Xameneidən Trampa: Bu, yaxşı etirafdır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
İranın ali lideri Əli Xamenei bəyan edib ki, ABŞ heç vaxt İslam Respublikasını devirməyə nail ola bilməyəcək və xəbərdarlıq edib ki, hətta dünyanın ən güclü silahlı qüvvələri belə sarsıdıcı məğlubiyyətlə üzləşə bilər.
Ölkə.Az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
“ABŞ prezidenti son çıxışlarından birində dedi ki, 47 il ərzində Amerika İslam Respublikasını məhv edə bilməyib və bundan öz xalqına şikayətləndi. 47 il ərzində Amerika İslam Respublikasını məhv edə bilməyib! Bu, yaxşı etirafdır, bundan sonra da bacarmayacaqsınız”, - o Şərqi Azərbaycan vilayətinin sakinləri ilə görüşdə bildirib.
Xameneinin bu fikirləri Donald Trampın bir neçə gün əvvəl “rejim dəyişikliyinin baş verə biləcək ən yaxşı şey olacağını” deməsindən sonra səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Fevral 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















