Xameneinin ofisindən Pezeşkianın istefa xəbəri ilə bağlı TƏCİLİ AÇIQLAMA
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Dünən İranın ali rəhbəri Müctəba Xameneinin ictimaiyyətlə əlaqələr ofisi prezident Məsud Pezeşkianın guya istefa məktubuna verilən cavabla bağlı yayılan məlumatları təkzib edib.
Moderator.az “Azad İran”a istinadən xəbər verir ki, bəyanat, İran “Hizbullah” təşkilatının baş katibi və Xameneinin qohumu Məhəmmədbağır Xərrazinin Pezeşkianın yenidən istefa verməsi halında Xameneinin bunu qəbul edəcəyi barədə iddialarından sonra yayılıb.
“Sosial mediada ali liderin hörmətli prezidentin məktubuna verdiyi cavabla bağlı irəli sürülən iddialar tamamilə yalandır və həqiqətə uyğun deyil”, - Xameneinin ofisinin açıqlamasında bildirilir.
Bəyanatda, habelə, qeyd olunub ki, cəmiyyətdə fikir ayrılığına səbəb olan və dövlət rəsmiləri barədə həqiqətə uyğun olmayan məlumatların yayılması İranın düşmənlərinin maraqlarına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 Avqust 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















