Icma.az
close
up
RU
“Xameneinin ölkəni tərk etməsi mümkün ssenaridir” Türkiyəli ekspert

“Xameneinin ölkəni tərk etməsi mümkün ssenaridir” Türkiyəli ekspert

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran əhalisinin təxminən 45 faizindən çoxunun türk olması, gələcəkdə yenidən türk kimliyinə əsaslanan bir dövlət modelinin ortaya çıxma ehtimalını artırır

Yaxın Şərqdə baş verən geosiyasi proseslər beynəlxalq münasibətlər sisteminin ən həssas və mürəkkəb istiqamətlərindən biri olaraq qalmaqdadır. Xüsusilə ABŞ-İran münasibətləri regional təhlükəsizlik, enerji bazarları və qlobal güc balansı baxımından diqqətlə izlənilən mövzular sırasındadır. 

İran daxilində yaşanan siyasi və sosial narazılıqlar, nüvə proqramı ətrafında davam edən beynəlxalq mübahisələr, İsrail-İran qarşıdurması, eləcə də enerji bazarlarında müşahidə olunan dalğalanmalar mövcud vəziyyətin təkcə regional deyil, qlobal təsirlərə malik olduğunu göstərir. Bu proseslər fonunda ABŞ-nin mümkün hərbi addımları, İranın cavab potensialı, böyük güclərin maraqları və region ölkələrinin mövqeləri bir-biri ilə sıx şəkildə əlaqəlidir.

Mövcud mənzərə ABŞ-İran münasibətlərinin təkcə iki ölkə arasında deyil, eyni zamanda Rusiya, Çin, Avropa İttifaqı və Türk dünyası kimi aktorların da maraqlarını əhatə etdiyini sübut edir. 

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Hazırda ABŞ-İran münasibətləri necədir? ABŞ İrana hücum edə bilərmi?

-ABŞ, təhlükəsizlik doktrinasında “dünyanın jandarmı olmayacağıq” deyib. Bununla paralel olaraq, xüsusilə Suriya və Yaxın Şərq coğrafiyasında müəyyən geri çəkilmə addımları müşahidə olunur. Lakin İran hazırda daxili qarışıqlıqlar səbəbilə ABŞ və İsrail başda olmaqla dünya ictimaiyyətinin diqqət mərkəzində olan proses yaşayır. İranın guya nüvə fəaliyyətləri apardığı iddiası ilə ABŞ iyun ayında İsraillə birlikdə İranı bombardman etdi. Zaman-zaman İsrail və İran arasında hava hücumları və raket zərbələri baş verdi.

Hazırda ABŞ İrana qarşı açıq hücum təhdidləri səsləndirsə də, birbaşa hərbi müdaxiləyə ehtiyatla yanaşdığı müşahidə olunur. Bunun əsas səbəbləri arasında ABŞ-nin eyni zamanda Venesuela məsələsi ilə məşğul olması, Qrenlandiya mövzusunda Avropa ilə gərginlik yaşaması, Rusiya-Ukrayna müharibəsində Donald Trampın vəd etdiyi daimi atəşkəs və sülhü hələ təmin edə bilməməsi, eləcə də Tayvan-Çin böhranında Tayvanı siyasi cəhətdən dəstəkləməsi göstərilə bilər. Bu səbəblərə görə ABŞ-nin yaxın gələcəkdə İranı birbaşa bombalaması riskli görünür və proses sanki təxirə salınmış vəziyyətdədir. Çünki ABŞ-nin İsraillə birlikdə İrana müdaxiləsi qlobal neft böhranına yol aça bilər. İran isə belə bir hücum halında Hörmüz boğazını bağlayacağını, ABŞ və İsrailin hərbi bazalarını legitim hədəf sayacağını açıq şəkildə bəyan edib. Bu təhdidlər İranın əlini gücləndirən amillərdən biridir.

-Dünya neft bazarında qiymətlər yüksəlir. Bu kimin xeyrinə olacaq?

-Dünya neft bazarında qiymətlərin yüksəlməsi hazırda ABŞ və NATO-nun sanksiyalara məruz qoyduğu Rusiyanın xeyrinə ola bilər. Neft qiymətlərinin artması ilə paralel olaraq təbii qaz qiymətləri də yüksələcək və bu, enerji ixracatçısı olan Rusiyanın iqtisadi maraqlarına uyğun gələcək. Bu da ABŞ-nin İrana birbaşa müdaxiləni ertələməsinin əsas səbəblərindən biri kimi qiymətləndirilir.

-İranda rejim dəyişə bilər?

-İranda ciddi idarəetmə böhranı yaşanır. Xalq 1979-cu il inqilabından bəri ölkəni despotik üsullarla idarə edən mollalar rejimindən bezmiş vəziyyətdədir. Daxili siyasi dinamika əsasında rejim dəyişikliyi planlaşdırır. Bununla belə, ABŞ və Böyük Britaniya kimi Qərb ölkələrinin Şah Rza Pəhləvi nəslinin yenidən hakimiyyətə gətirilməsinə də isti baxmadığı anlaşılır.

Pəhləvi ailəsinin İranda sosial və siyasi qarşılığının zəif olması, bu ssenarinin də gözləmə mövqeyinə alınmasına səbəb olub. Görünən odur ki, İran daxilində parçalanmaya yol vermədən bir rejim dəyişikliyi daha məqsədəuyğun hesab edilir.

Bununla yanaşı, bəzi dairələrin İranın parçalanmasını istədiyi də müşahidə olunur.

-Baş verən hadisələrə Türk dünyasının mövqeyi necədir?

-Xüsusilə İran kürdləri arasında PKK-nın İran qolu olan PJAK (PESAK) xətti ilə “Kürdüstan” qurmaq ideyası mövcuddur. Bu isə Türkiyə və Türk dünyası üçün ciddi təhlükələr yarada bilər.

Türkiyə və Türk Dövlətləri Təşkilatının isə İranın parçalanmadan, mümkün olduğu təqdirdə türklərin idarə etdiyi bir dövlət olaraq qalmasını istədiyi görünür. Çünki 1925-ci ilə qədər İran faktiki olaraq Türk dövləti idi. İngiltərənin dəstəyi ilə Pəhləvi ailəsi hakimiyyətə gətirilərək Türk Qacar sülaləsi devrildi.

-Yəni İran yenidən Türk dövləti ola bilərmi?

-Bu gün İran əhalisinin təxminən 45 faizindən çoxunun türk olması, gələcəkdə yenidən türk kimliyinə əsaslanan bir dövlət modelinin ortaya çıxma ehtimalını artırır. Məhz bu səbəbdən İran xalqı xarici müdaxilələrdən çox, öz daxili dinamikaları ilə idarəetmə dəyişikliyini daha uyğun hesab edir. Xaricdən yönəldilən rejim dəyişikliyi İranın müstəmləkə mövqeyinə düşə biləcəyi qorxusunu doğurur.

Nəticə etibarilə, İranla bağlı proses son dərəcə gərgin, mürəkkəb və çoxqatlı bir mərhələdə davam edir.

-Aksiyalar necə dayandırılacaq?

-Hakimiyyət xalqla uzlaşma yolu tapa bilər. Xalqın tələblərini rəhbərlik dinləyərsə məqbul və rasional bir kompromis əldə olunar. Molla idarəçiliyinin rejim dəyişikliyinə razı olması və respublika idarəetmə formasına keçid bu çərçivədə mümkün ssenarilərdən biri kimi görünür.

Bu, olduqca çətin qərar olsa da, molla idarəçiliyinin siyasi hakimiyyətdən çəkilərək Türkiyədəki Diyanət İşləri Başkanlığına bənzər, daha çox dini-mənəvi sahə ilə məhdudlaşan bir institusional səviyyəyə endirilməsi müzakirə edilə bilər. Bu model çərçivəsində xalqın razılığı alınaraq küçə etirazlarının dayandırılması mümkün görünür.

Eyni zamanda, molla hakimiyyətinə bağlı olan İnqilab Keşikçiləri Ordusunun ləğv edilməsi və vahid İran dövlət ordusu modelinin qəbul edilməsi ilə mərhələli siyasi-hərbi transformasiya həyata keçirilə bilər. Belə bir dönüşüm prosesi xalq hərəkatlarının qarşısını almağa xidmət edər.

Bununla yanaşı, daha sərt və qanlı üsullarla xalq etirazlarının yatırılması variantının rejimin qəbul edilib-etməyəcəyi sual altındadır. Bu ssenarinin reallaşıb-reallaşmayacağını zaman göstərəcək.

-İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı hərbi birliklərin silahı yerə qoyaraq xalqla birlikdə hərəkət etməyə başladığına dair məlumatlar yayılır. Bu mümkündür? 

-İnqilab Keşikçiləri Ordusunun tamamilə ləğv edilməsinin praktikada olduqca çətin olacağı qənaəti formalaşır. Çünki İranda faktiki olaraq iki paralel hərbi struktur mövcuddur: biri birbaşa dini liderə tabe olan İnqilab Keşikçiləri Ordusu, digəri isə klassik İran Silahlı Qüvvələridir. Hər iki strukturun ayrıca quru, hava və dəniz qüvvələri mövcuddur. Bu vəziyyət ölkədə hərbi sahədə çoxbaşlılığın yaranmasına səbəb olub.

İnqilab Keşikçiləri Ordusunun birbaşa ali dini liderə bağlı olması, onun uzun müddət xalq üzərində təzyiq və qorxu aləti kimi istifadə edildiyini göstərir. Lakin bəzi bölgələrdə bu qüvvələrin xalqla həmrəylik nümayiş etdirməsi, yaxın perspektivdə İran daxilində daxili qaynaqlı rejim dəyişikliyi ehtimalını gücləndirir.

-Əli Xamenei xaricə gedə bilərmi?

-Ali dini lider Əli Xameneinin ölkədən çıxaraq xaricə getməyi qəbul etməsi də mümkün ssenarilər arasındadır. Belə bir addım atılacağı təqdirdə, onun xalqa və öz tərəfdarlarına, eləcə də İnqilab Keşikçilərinə səslənərək ölkənin qan gölünə çevrilməməsi üçün sakitliyə və təmkinə çağırış etməsi, müəyyən mənada xoş niyyət jesti kimi təqdim oluna bilər.

Dini liderlik və molla idarəçiliyinin bu cür bir keçidi qəbul etməmək üçün bütün imkanlarını səfərbər edəcəyi gözləniləndir. Eyni zamanda, rejimin xalqı genişmiqyaslı və çox qanlı üsullarla tam şəkildə basdırmağı da gözə ala bilər.

Nəticə etibarilə, vəziyyət hələlik qeyri-müəyyəndir və prosesin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Xaricdən edilən hər hansı bir müdaxilə isə İran xalqının milli hisslərini daha da gücləndirə və əks təsir yarada bilər. Ümumilikdə İran cəmiyyətinin xarici müdaxilələri qəbul etməyə meyilli olmadığı aydın şəkildə müşahidə olunur.

-İrandakı türklərin, Güney Azərbaycanlıların taleyi necə olacaq?

-İranda mümkün bir rejim dəyişikliyi baş verərsə, Güney Azərbaycan üçün müəyyən risklər yarana bilər. Bu risklərin səviyyəsi hakimiyyətə hansı qüvvənin gəlməsindən asılı olaraq artan və ya azalan şəkildə qiymətləndiriləcək.

Hakimiyyətə gələcək siyasi qüvvənin Azərbaycan türklərinə və ümumilikdə İrandakı digər türk xalqlarına hansı münasibəti göstərəcəyi hazırda qeyri-müəyyəndir. Bu münasibətin kinli, düşməncəsinə, yoxsa konstruktiv və barışdırıcı olacağı bilinmədiyi üçün mövzu hələlik daha çox nəzəri və ehtimal xarakteri daşıyır.

-Hansı alternativlər var?

-Birinci və əsas arzu olunan variant hakimiyyətin tam şəkildə türklərin əlinə keçməsidir.

İkinci variant mərkəzi hökumətə bağlı, lakin xüsusi statusa malik türk idarəetmə modelinin formalaşdırılmasıdır.

Digər ehtimallar isə müstəqil Güney Azərbaycan Türk Dövlətinin qurulması, Azərbaycan Respublikası ilə inteqrasiya yolu ilə birləşmə və ya birbaşa Azərbaycanın tərkibinə qatılma variantlarıdır. Lakin bu ehtimalların hamısı hələ də qeyri-müəyyən olaraq qalır. İranda rejim dəyişikliyinin hansı formada və hansı proseslər nəticəsində baş verəcəyi məlum olmadığından, bütün bu ssenarilərə yalnız alternativ və ehtimal çərçivəsində yanaşmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri