Icma.az
close
up
RU
Azərbaycan Orta Dəhlizin cənub qolunu yeni nəqliyyat assosiasiyası vasitəsilə gücləndirir

Azərbaycan Orta Dəhlizin cənub qolunu yeni nəqliyyat assosiasiyası vasitəsilə gücləndirir

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Orta Dəhliz çərçivəsində əməkdaşlıq 2026-cı ildə "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyası vasitəsilə praktik nəticələr mərhələsinə keçə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, 2026-cı il Orta Dəhliz üçün yeni dinamika ilə başlayıb. O bildirib ki, region artıq "vəhşi kapitalizm" mərhələsini geridə qoyub və qloballaşmanın tələb etdiyi koordinasiyalı fəaliyyət mərhələsinə daxil olub - nəqliyyat dəhlizlərinin inkişafı, ticarətin genişlənməsi və bu dəhlizlər boyunca biznesin böyüməsi.

E. Məmmədov qeyd edib ki, Çin artıq bir neçə ildir bu istiqamətdə daha fəal mövqe nümayiş etdirir, hazırda isə Avropa nəqliyyat tərəfdaşları tərəfindən də oxşar açıq yanaşma müşahidə olunur: "Onlar proseslərdə sadəcə kənardan müşahidəçi olmaqdan çıxıb, dəhlizin inkişafında aktiv iştirak etmək istəyirlər".

"Bu gün "Avrasiya Nəqliyyat Marşrutu" assosiasiyasının ilk işçi iclası keçirilib. Bu, Orta Dəhlizin cənub hissəsinin gücləndirilməsi istiqamətində bizim üçün praktik addımdır. 2026-cı il əməkdaşlığın regional iqtisadi inteqrasiyada artıq görünən nəticələr verməyə başladığı il ola bilər", - deyə müşavir yazıb.

Daha əvvəl ADY bildirirdi ki, 2026-cı ildə Orta Dəhlizin inkişafının növbəti mərhələsi yüklərin şərq istiqamətində daşınması olacaq.

Xatırladaq ki, 20 sentyabr 2024-cü il tarixində Bakıda ADY, "Özbəkistan Dəmir Yolları", "Qırğız dəmir yolu" milli şirkəti və "Tacikistan Dəmir Yolları"nın iştirakı ilə "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyaya sədrlik Azərbaycana həvalə olunub.

Assosiasiyanın əsas məqsədi tranzit yüklərin cəlb edilməsi, inteqrasiya olunmuş logistika məhsullarının inkişafı, daşımalar üzrə vahid texnoloji prosesin formalaşdırılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri