Icma.az
close
up
RU
Xameneyinin kölgəsi: İran liderinin tənəzzülə doğru son səhnəsi SENSASİON DETALLAR KONKRET

Xameneyinin kölgəsi: İran liderinin tənəzzülə doğru son səhnəsi SENSASİON DETALLAR KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Demək olar ki, yarım əsr ərzində Ayətullah Əli Xameneyinin qurduğu və balans üzərində saxladığı incə “sabitlik oyunu” nəhayət, alov içində boğuldu. Uzun illər boyu Qəzza, Livan, Suriya və Yəməndə başqalarının əli ilə aparılan müharibə indi onun öz qapısını döyür. On milyardlarla dollar sərf edilərək qurulan “müqavimət oxu” bu gün başsız və zəif tenteküllər yığınına çevrilib.

KONKRET.az xəbər verir ki, HƏMAS Qəzza xarabalıqları üzərində qan içində boğularkən, liderini itirmiş “Hizbullah” Beyrutun şiə məhəllələrində gizlənib, Bəşər Əsəd rejimi isə tarix xəritəsində silinmiş bir kölgəyə çevrilib. Bütün bunların fonunda qocalmış, əldən düşmüş və ailəsi ilə birlikdə sığınacağa çəkilmiş Xameneyi “İran heç vaxt təslim olmayacaq” deməyə davam edir. Lakin bu sözlər artıq keçmişin mənasız mantrasına çevrilib.

İslam inqilabının heç vaxt sönməyən alovu indi yalnız ayətullah rejiminin başı üzərində tüstülənən simvolik dumandır.

Əli Xameneyi İslam Respublikasının başına ilahi bir seçimlə deyil, 1989-cu ildə Ayətullah Xomeyninin ölümündən sonra yaranmış siyasi fürsət nəticəsində gətirildi. O, nə karizmatik ruhani idi, nə də tanınmış ilahiyyatçı. Ancaq tarix çox zaman məhz belə “uyğun” fiqurlardan qəddar diktatorlar yaradır. Xameneyi öz daxilindən hakimiyyəti qorxu və təzyiqlə idarə edən dəmir mexanizm yaratdı və İranda mollokratik rejimi qoruyan dəmir halqaya çevrildi.

Xameneyi Məshəddə kasıb bir ruhani ailəsində böyüdü. Nəcəf və Qumda təhsil aldı, yalnız dini biliklərlə deyil, həm də postkolonial nifrətlə silahlandı. Gəncliyində Viktor Hüqonu oxusa da, sonradan “qisasçı”ya çevrildi. Onun Qərbə, sionizmə və azadlığa olan nifrəti radikal inqilabi ideologiyanın əsas yanacağı oldu. “Müsəlman Qardaşları”nın ideoloqu Səid Qutbun əsərlərini tərcümə edərək islamçılığı antikapitalizm ideyaları ilə birləşdirdi və gələcək inqilab üçün ideoloji zəmin hazırladı.

1979-cu ildəki İslam inqilabından sonra o, Xomeyninin ən yaxın silahdaşlarından birinə çevrildi. 1981-ci ildə sui-qəsddən möcüzə ilə sağ çıxan Xameneyinin sağ əli iflic oldu və bu fakt sonradan onun “canlı şəhid” obrazının yaradılmasında istifadə edildi. Bu “şəhidlik” onun təqibləri və repressiyalarını “əxlaqi olaraq” əsaslandırmaq üçün əlverişli ideoloji alətə çevrildi.

1980-ci illərdə İran prezidenti olan Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusu ilə yaxın əlaqələr qurdu və sonradan bu qurum onun şəxsi hakimiyyət dayağına çevrildi. Xomeyninin ölümündən sonra, ilahiyyat sahəsində nüfuzu olmasa da, Xameneyi Ekspertlər Məclisi tərəfindən “uyğun namizəd” kimi ali liderliyə gətirildi. Amma əslində o, siyasi yırtıcı idi.

Konstitusiyanı dəyişdirdi, məhkəmələri, ordunu, parlamenti və mediaya nəzarəti ələ aldı. Xalq üçün yaradıldığı iddia edilən “Setad” adlı nəhəng iqtisadi imperiyanı şəxsi rejimin maliyyə dayağına çevirdi. Özünü təvazökar və sadə yaşam tərzi ilə təqdim etsə də, Tehrandakı sarayı – dini təvazökarlığın arxasında gizlənmiş kiçik bir “dövlət”dir.

Xameneyi İranı “çoxqollu” bir dövlətə çevirdi – “Hizbullah”dan tutmuş HƏMAS-a, Yəməndəki husilərdən İraqdakı şiə milislərinə qədər bir çox proksi-ordu və terror şəbəkəsinin memarına çevrildi. General Qasım Süleymaninin vasitəsilə bu inqilabı region boyu ixrac edirdi – Suriya, Yəmən, Livan və Qəzzada, sanki zəhər tək paylayırdı. Məntiqi sadə idi: düşmənlər öz evində yansın, İran toxunulmaz qalsın.

Lakin 7 oktyabr qırğınından sonra İsrailin cavab zərbəsi bu sistemi darmadağın etdi. “Rəhbər” artıq özünü yalnız, çökmüş proksilərin içində, çökmüş iqtisadiyyatla və ruhdan düşmüş ordu ilə tapdı. Son çıxışlarında “İran təslim olmayacaq” deyə təkrar etsə də, bu daha çox çarəsiz qocaların fəryadına bənzəyir. O, artıq öz qurduğu fəlakətin memarı deyil – sadəcə beton bunkerdə dünyadan təcrid olunmuş qoca bir adamdır.

86 yaşlı Xameneyinin səhhəti kəskin şəkildə pisləşir – prostat xərçəngi, çoxsaylı əməliyyatlar və ictimaiyyətdən yoxa çıxması artıq açıq siqnaldır. O, faktiki olaraq dövləti birbaşa idarə etmir. Hakimiyyət parçalanıb və hər fraksiya özünü “sonra nə olacaq” mübarizəsinə hazırlayır.

Varis də yoxdur. Əvvəlki favorit sayılan İbrahim Rəisi faciəli şəkildə helikopter qəzasında həlak oldu. Oğlu Müctəba Xameneyi atasının avtoritar izləri ilə irəliləyir, lakin nə karizması, nə də xalq tərəfindən qəbul ediləcək legitimliyi var. Atadan oğula keçid cəhdləri isə İranda islam inqilabının hədəfə aldığı monarxiyanı xatırlatdığı üçün xalqda qəzəb doğuracaq.

Hazırda İranda kütləvi etirazlar olmasa da, cəmiyyətin dərin qatlarında parçalanma aydın hiss olunur. İqtisadiyyat dağılmış, gənclər rejimə nifrət edir, qadınlar hicab taxmaqdan imtina edir, “Diktatora ölüm!” şüarı küçələrdə yayılıb. “Müqavimət oxu” məhv olub, dünya isə artıq bu rejimlə dialoqa həvəs göstərmir.

Rejimin başındakı nərdivanın yuxarı pilləsində isə – xəstə, ətrafı ölmüş müttəfiqlər və ümidsiz düşmənlərlə əhatələnmiş bir qoca dayanır. Əli Xameneyi həyatını tənha başa vurur. Amma nə lider, nə yol göstərən, nə də qəhrəman kimi. Sadəcə, yaratdığı diktaturanın divarındakı qorxmuş bir kölgə kimi.

Mənbə: https://haqqin.az/news/351842

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyun 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri