Icma.az
close
up
RU
Xanımlar var ki, gəliri çox olan bəylə ailə qurur və bir uşağı olandan sonra boşanır, böyük miqdarda aliment alır

Xanımlar var ki, gəliri çox olan bəylə ailə qurur və bir uşağı olandan sonra boşanır, böyük miqdarda aliment alır

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial mediada zaman-zaman geniş müzakirə olunan məsələlərdən biri də boşandıqdan sonra uşaqlara alimentin verilməsi məsələsidir. Fikirlər var ki, bir çoxları sırf aliment pulu üçün boşanırlar. Hətta bəziləri belə hesab edir ki, boşanaraq pul qazanmaq istəyənlərin qarşısını almaq üçün aliment sistemi ləğv edilməlidir.

Bəs həqiqətən boşanmalara əsas səbəb budur?

Mözu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, aliment uşaqlar üçün nəzərdə tutulan ödənişdir və bu qadına, yaxud kişiyə ödənilən ödəniş deyil:

"Boşandıqdan sonra uşaq hansı valideyndə qalırsa, ona ödənilir ki, uşağın yaşayışını təmin etsin. Bunun da məbləği bir uşağa görə sabit gəlir və əmək haqqının dörddə biri qədər, iki uşağa görə sabit gəlir və əmək haqqının üçdə biri qədər, nəhayət, üç və daha çox uşağa görə 50 faizi qədər ödənişdir. Bunun artırılması ilə bağlı da parlamentdə müzakirələr olub. Alimentin məbləği yaşayış minimumu uşaqlar üçün nəzərdə tutulan miqdarı qədərdir. İndiki halda bu 246 manat hesab olunur. Parlament müzakirələrində də bildirilib ki, yaşayış minimumu artsa da, alimentin artırılmasına bu təsir etməsin kimi bir yanaşma da var. Elə məhz ziddiyyətli məqam nəzərə alınır ki, guya alimentin artırılması sanki boşanmaları təşviq edir. Əfsuslar olsun ki, belə hallar da var. Bəzi insanlar var ki, məvacibi, gəliri çox olan bəylə ailə qurur və bəlli bir müddətdən sonra, yəni bir uşağa sahiblənəndən sonra boşanır, böyük miqdarda aliment alır. Belə bir tendensiya var".

Sosioloqun sözlərinə görə, bəzi xanımlar fürsətçilik edirlər:

"Amma boşanmaların böyük faizi üçün bu deyil. Amma bütövlükdə mexanizm fikirləşmək olar ki, verilən aliment nə dərəcədə uşağa xərclənir? Uşağın haqqına girən valideynlər də var ki, uşaqlar üçün nəzərdə tutulan bu vəsaiti özünə mənimsəyir, heç uşağa bu vəsaiti yönəltmir. Ona görə ola bilər ki, sosial agentlər vasitəsilə bu proses izlənilsin. Əgər belə hallara yol verən valideynlər varsa, onlar valideynlik hüququndan da məhrum oluna bilər, uşaq himayədara verilə bilər və yaxud sosial xidmət müəssisəsinə verilə bilər, alimentin uşağa yönəldilməsinə nail olmaq mümkün olsun. Bununla bağlı hesab edirəm ki, bir qədər təkmilləşməyə ehtiyac var. Yəni alimentin xərclənməsinə nəzarət mexanizmi fikirləşmək olar ki, məhz bundan xanımlar və bəzi bəylər fürsətçi şəkildə istifadə etməsinlər. Çünki belə tendensiyalar var. Amma bütün hallarda aliment verilməlidir, çünki bu, uşaqların yaşaması üçün ayrılan vəsaitdir".

Müsahibimiz vurğuladı ki, aliment qadına və yaxud kişiyə verilən vəsait kimi nəzərdə tutulmur:

"Bu istiqamətdə düşünmək lazımdır ki, elə bir mexanizm formalaşsın ki, bu alimentdən valideynin hər hansı biri uşaq mənafeyinə zidd xərcləməsin. Bəlkə də düşünmək olar ki, aliment natural şəkildə verilsin, uşağın yeməyi, paltarı alınsın, mütəmadi olaraq verilsin. Belə bir mexanizm formalaşdırmaq olar. Pul şəklində yox, natural formada mexanizm nəzərdə tutulur. Məsələn, qidası, paltarı və digər xərcləri qarşılansın. Heç bu valideynə verilməsin. Hətta bu gün alimentin ödənilməsi ilə bağlı problemlər var. Bəzi boşanmış valideyn işləmədiyinə əsas gətirərək ödəmir və ya məqsədli şəkildə yayınmağa çalışır. Bununla bağlı xeyli məhkəmə çəkişmələri var. Ona görə təklif olunurdu ki, aliment fondu yaradılsın. Əgər boşanmış valideyn işləmirsə, o iş tapana qədər aliment fondundan aliment ödənilsin. Çünki aliment ödənməsə, yaşayışında problem və çətinliklər olar. Amma valideyn iş tapdıqdan sonra onun əməkhaqqından aliment fonduna transfer olunsun, çünki aliment fondu onun uşağı üçün aliment ödəyib. Belə mexanizmlər də düşünülür".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri