Xankəndidə keçiriləcək Yeni Dünya Nizamına Doğru mövzusundakı 7 ci ADA Siyasi Forumu iştirakçılarının Qarabağa səfəri başlayıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçiriləcək 7-ci ADA Siyasi Forumunun iştirakçılarını gətirən xüsusi təyyarə Füzuli Hava limanına enib.
APA xəbər verir ki, 44 ölkəni təmsil edən qonaqlar buradan Xankəndi şəhərinə yola düşüb.
Xatırladaq ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.
“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.
Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətiriləcək.
Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















