Icma.az
close
up
RU
Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ildönümü qeyd olunub FOTO VİDEO

Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ildönümü qeyd olunub FOTO VİDEO

Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə Xankəndi şəhərində Qarabağ Universitetinin İncəsənət fakültəsi tərəfindən konsert-sərgi proqramına start verilib.

APA xəbər verir ki, yerli ictimaiyyət nümayəndələri, universitetin akademik müəllim heyəti və təhsil naziri Emin Əmrullayevin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra universitetin rektoru Şahin Bayramov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq tədbir və universitet haqqında məlumat verib. Bundan sonra Emin Əmrullayev tribunaya çıxaraq tədbir iştirakçılarını salamlayıb, universitetinin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbir Universitetdə çalışan incəsənət xadimlərinin çıxışları ilə davam edir. Tədbir proqramına uyğun olaraq incəsənət fakültəsinin yaradıcı heyətinin müəllifi olduğu sənət nümunələri sərgilənir.

https://t.me/apa_az/91045

seeBaxış sayı:46
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri