Icma.az
close
up
RU
Xankəndidə tibbi aksiya keçirilib FOTOLAR

Xankəndidə tibbi aksiya keçirilib FOTOLAR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad olunmuş ərazilərdə əhalinin ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

“Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, iyulun 3-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedləri, fizioterapevtləri, pediatr və infeksionist həkimlərin iştirakı ilə keçirilən aksiya zamanı Xankəndidə ödənişsiz tibbi müayinələr aparılıb.

Müayinələr çərçivəsində dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq vəziyyəti, eləcə də infeksion xəstəliklərlə bağlı müayinələr həyata keçirilib. İlkin tibbi yardım göstərilib, tibbi məsləhətlər verilib, əlavə müayinə və ya ixtisaslaşmış müalicəyə ehtiyacı olan şəxslər müvafiq tibb müəssisələrinə yönləndirilib.

Fizioterapevtlər tərəfindən reabilitasiya tədbirləri aparılıb, hərəkət funksiyalarının bərpası və gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fərdi tövsiyələr təqdim olunub.

Aksiya zamanı 200-ə yaxın Xankəndi sakini müayinə edilərək konsultasiya və tibbi xidmətlərdən faydalanıb.

Sakinlər göstərilən tibbi xidmətin operativ təşkilini və həkimlərin peşəkar yanaşmasını yüksək qiymətləndirərək, belə aksiyaların regionda yaşayan əhali üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Səyyar tibbi müayinələrin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və reabilitasiya xidmətlərinin əlçatanlığının təmin edilməsidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə səyyar tibbi müayinə və maarifləndirici aksiyalar təşkil edilir.

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyul 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri