Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır Davit Manukyan
Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan evində tapılmış silahlar barədə də danışıb.
Aznews.az xəbər verir ki, təqsirləndirilən şəxs sərbəst ifadəsi zamanı Xankəndidəki mənzilində iki silahı olduğunu deyib:
“Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 06 Mart 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















