Icma.az
close
up
RU
Xankəndində Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Xankəndində Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 10-da Xankəndi şəhərində növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirdə bir çox kənd təsərrüfatı şirkətləri və fermerlər iştirak ediblər.

Festivalda çıxış edən Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı təkcə fiziki yerləşmə ilə məhdudlaşmır:

“Köç prosesinin uğuru yalnız infrastruktur layihələrinin icrası ilə ölçülməməlidir. Əsas məqsəd insanların bu torpaqlarda dayanıqlı, təhlükəsiz və sosial baxımdan inteqrasiya olunmuş həyat qurmasıdır. Dayanıqlı məskunlaşmanın əsasında əhalinin məşğulluğunun təmin edilməsi dayanır”.

Səbuhi Qəhrəmanov qeyd edib ki, keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsində kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyət daşıyır:

“Əkin üçün istifadəyə verilməsi nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaqların sərhədlərinin dəqiqləşdirilməsi və keçmiş məcburi köçkünlərə verilməsi, həmçinin həyətyanı ərazilərin bölgüsünün müəyyən edilməsi istiqamətində aparılan işlər əhalinin məşğulluğunun təmin edilməsi ilə yanaşı, sosial adaptasiya prosesinə də öz töhfəsini verəcək.

Bu baxımdan Xocalı rayonunun Ballıca və Xanyurdu kəndləri üzrə torpaqların sakinlərə icarəyə verilməsi və Xankəndi şəhərində təşkil edilən Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasının keçirilməsi mühüm addımlardan biridir”.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar yerli fermerlərin istehsal etdiyi məhsullarla, müxtəlif toxum və aqrar texnologiyalarla tanış olublar.

Yarmarkada Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan olan 20 toxum istehsalçısı ilə yanaşı, toxumçuluq sahəsində fəaliyyət göstərən iri şirkətlər də məhsullarını təqdim edib. Qarabağ iqtisadi rayonu üzrə yumşaq buğdanın, arpanın bir neçə növünün əkilməsi də tövsiyə olunub.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri