Icma.az
close
up
RU
Şəkidə Aqrar Biznes Festivalı və Toxum Sərgi Satış Yarmarkası keçirilib

Şəkidə Aqrar Biznes Festivalı və Toxum Sərgi Satış Yarmarkası keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları uğurla davam etdirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası Şəki şəhərində təşkil edilib.

Tədbirin əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sektorun dinamik inkişaf etdiyini vurğulayıb. O, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin olunması, innovativ texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında festival və sərgi-satış yarmarkalarının regionlarda toxumçuluq sahəsinin inkişafına təkan verdiyini, fermerlərin keyfiyyətli toxum materiallarına daha rahat çıxış imkanlarına malik olduğunu və aqrar sahibkarlar arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdığını vurğulayıb.

Sərgi çərçivəsində Şəki şəhərindən toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub, habelə təlimlər keçirilib.

Festival iştirakçılarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş vahid stenddə regionun aqroiqlim və torpaq şəraitinə uyğun tövsiyə olunan toxum növləri, o cümlədən “Yubiley 90”, “Mətin”, “Əsgəran”, “Arsenal”, “Lider” və “Ləyaqətli 80” yumşaq buğda sortları və “Dəyanətli”, “Cəlilabad 19”, “Sadiq”, “İdra” və digər arpa növləri təqdim olunub.

Festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisi Vüqar Hacıəhmədzadə tərəfindən “Payızlıq taxıl əkinlərində sertifikatlı toxumlardan istifadə” mövzusunda təlim keçirilib. Təlimin məqsədi payızlıq taxıl sahəsində fermerlərin bilik və bacarıqlarını artırmaq, innovativ yanaşmaları tətbiq etmələrinə dəstək verməkdir.

Təlim zamanı iştirakçılara sertifikatlı toxumların seçilməsi və tətbiqi, məhsuldarlığın artırılması üçün düzgün texnologiyaların tətbiqi, eləcə də regionun aqroiqlim şəraitinə uyğun əkin üsulları barədə ətraflı məlumat verilib. Təlimdə fermerlər və toxum istehsalçıları birbaşa mütəxəssislərlə müzakirələr apararaq praktik tövsiyələr alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri