Icma.az
close
up
RU
Cəlilabadda Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Cəlilabadda Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Tədbirdə Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkanın keçirilməsində məqsəd aqrar sahədə innovativ yanaşmaların təşviqi, fermerlərlə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, toxumçuluq sektorunun inkişafı və bölgədə aqrar sahənin dayanıqlı inkişafına töhfə vermək olub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumları, digər dövlət strukturları, özəl şirkətlər və fermerlər iştirak ediblər. Fermerlər bu qurumların nümayəndələri ilə birbaşa ünsiyyət quraraq dəstək mexanizmləri, məhsullar və əməkdaşlıq imkanları barədə məlumat alıblar.

Festivala toxum, dərman vasitələri, ting və bitki mühafizəsi vasitələrinin satışı və istehsalı, eləcə də kənd təsərrüfatı texnikaları və suvarma sistemləri sahəsində fəaliyyət göstərən bir sıra şirkətlər də qatılıblar. Şirkətlər öz məhsul və xidmətlərini təqdim edərək fermerlərə müasir aqrotexniki yeniliklər, bitki mühafizəsi tədbirləri, düzgün suvarma və texniki təminatın əhəmiyyəti barədə məlumat veriblər.

Festivalda iştirak edən bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlara təqdim etdikləri güzəştli kreditlər, lizinq və sığorta xidmətləri barədə ətraflı məlumat veriblər.

Yarmarka çərçivəsində fermerlərə yüksək məhsuldarlığı ilə seçilən toxum sortları təqdim olunub. Bölgənin torpaq və iqlim şəraitinə uyğun olaraq “Yubiley-90”, “Ləyaqətli-80”, “Esperia” və “Qobustan” yumşaq buğda, “Xudafərin”, “Rəvan” və “Göytəpə” bərk buğda, həmçinin “Finola”, “Cəlilabad-19” və “Dəyanətli” arpa sortlarının istifadəsi tövsiyə olunub.

Festival çərçivəsində yerli istehsalçılar üçün satış imkanları yaradılıb, iştirakçılar bölgənin kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar və yeni əməkdaşlıq imkanları qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri