Icma.az
close
up
RU
Xaosa zərbə; davam edir xaos TƏHLİL

Xaosa zərbə; davam edir xaos TƏHLİL

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Santuş Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən göndərildi. Portuqaliyalı mütəxəssislə qalan 2+1 illik müqaviləyə xitam verildi. Maraqlıdır ki, onun bura gəlişi də, gedişi də ani oldu.

Santuş xəyanəti (?)

Əslində, Santuşun gedişi haqda qərarın sabah keçiriləcək Ukrayna ilə oyundan əvvəl verilməsi gözlənilməz olsa da, göndəriləcəyi bir müddət əvvəldən bilinirdi. Bu məsələyə qayıdacağıq, indi onun təyinatından bəhs edək.

AFFA-da rəhbərlik dəyişiləndən sonra ümidlər cücərmişdi. Operativ olaraq milli komandalara yeni baş məşçilərin təyinatı, futbola peşəkar baxış sərgiləyəcək sistemin yaradılacağına inam vardı. Lakin ümidlərə ilk zərbə milliyə baş məşqçi təyinatıyla dəydi. Santuş anidən “peyda oldu”, mətbuat konfransı olmadan təqdimatı keçirildi. Qapalı təqdimatda (?!) AFFA-nın ovaxtkı vitse-prezidenti Sərxan Hacıyev təmsilçilik edirdi.
İndi ondan soruşulsa ki, Santuşla müqavilə hardadır, bilməyəcək. Ümumiyyətlə isə Hacıyev heç nə danışmayacaq, danışa bilməyəcək və belə bir xarakteri də yoxdur. Yalnız ötən ilin sonlarında İTV-nin efirində müzakirələrı səbəb olan tok-şouda israrla Santuş təyinatının uğurlu olacağını müdafiə etmişdi.

Hazırda Sərxan Hacıyev icraçı vitse-prezident postunda Santuşla uğradığımız biabırçı nəticələrə məyus olan işini icra etməkdədir, başqa hansısa ideya, təşəbbüs və ya tərpənişini müşahidə etmirik.

Əlqərəz, Santuşla yollar ayrılsa da, ona nə qədər təzminat ödəndiyi, ümumiyyətlə, ayrılıq barədə razılaşmanın nədən ibarət olduğu barədə heç bir açıqlama yoxdur. 2-4,5 milyon avro arasında təzminat məbləğləri yazılır, lakin xəbərlər nə təkzib, nə təsdiq olunur.
Santuş təyinatının gizlinləri hələ də açılmadığı üçün bunu xəyanət kimi qələmə vermək mümkündür.

Geridönüş oldu, bəs xarakter..?

Hələ Millətlər Liqasında D divizionuna yuvarlanarkən Santuşun qovulması AFFA-nın kuluarlarında gündəmə gəlib. Nəticələrin ən yüksək instansiyalarda ciddi narazılıq yaratdığı üçün…

Təəssüf ki, təzminat məbləğinin yüksək olması AFFA-nı konkret addım atmaqdan çəkindirib.

AFFA deyərkən, bu məqamda biz vahid orqanizm deyil, 2-3 fərqli xətdən ibarət isteblişmentdən bəhs edirik. Məsələn, Santuşu burda anidən peyda olmasında təşəbbüskar olmuş assosiasiya prezidenti Rövşən Nəcəf və onun pis nəticələrindən sonra qovulmasına nail olmuş Cahangir Fərəcullayev & Co və s.

Rövşən Nəcəfi “verbovka” etdirib, İcraiyyə Komitəsinin xəbəri olmadan Santuşun gizlicə, zorən təyinatına nail olunmasına vadar edən qüvvə müəyyənləşdirilməlidir. Ölkə futbolunun inkişafı üçün atılan addımlara zərbə məhz o “kamuflyaj” olunmuş qüvvədən gəlir. Bu məsələlər İK-nın üzvlərindən Qurban Qurbanovun, vitse-prezident Balakişi Qasımovun və s. taym-out götürüb, geri çəkilməsinə səbəb olmuşdu. Onlar şəffaf atılmayan addıma görə proseslərdə aktiv iştirakdan yayınır, məsuliyyəti götürmək istəmirdilər.

Hələ “Neftçi”də rəhbər olarkən Elşad Nəsirovun “əsirinə” çevrilmiş Rövşən Nəcəf AFFA prezidenti kimi də ilk addımlarını özbaşına atır, İK-nı əksərən saya almırdı.

Sərxan Hacıyev inisiativi ələ alıb, Rövşən bəyin təsir altında özbaşına verdiyi qərarlara qarşı İK-ya arxalanaraq qarşı çıxmağın əsaslarını yaratmalıydı, lakin o, özünü qorumaqdan başqa nəyəsə güc sərf etmədi/gücü çatmadı.

Sonra onu bu məziyyətlərinə görə “səhnədən çəkib”, Cahangir Fərəcullayevi eşafota atdılar.

Kimlər?

Nəsirov və klanına qarşı olanlar. Bura Cahangir Fərəcullayevi döyüşə ataraq arxasında qalan qüvvələr aiddir.

Məhz bu dayaq Fərəcullayevin ilk çıxışlarda qətiyyətli danışmasına rəvac vermişdi. O, “sıfırdan başlamaq” ifadəsini işlətməklə məşhurlaşmışdı…

İdarəolunmaz xaos…

Fərəcullayev meydana desibeli yüksək iddialarla gəlsə də, atdığı addımlar əks-effektə səbəb olurdu. Çünki o, əsas missiyanın öhdəsindən gəlməmişdi/gəlməyib…

Elxan Məmmədov dövründən qalan “drujina” dağıdılmayınca kəskin gedişlər etmək, nəticələr qazanmaq müşküldür. Ölkə futbolunda, xüsusən AFFA-da həmin “drujina” hələ də çoxluq təşkil edir və irəli addımların stoplanmasına səbəbdirlər…

Fərəcullayevin ilk və tutarlı uğuru isə bu gün bərqərar oldu. İslandiyaya 5 cavabsız qola məğlubiyyətdən sonra brifinq keçirməsi və “Santuş istefa verməzsə, lazımi addımlar atılacaq” deməsi qətiyyətli fikir olsa da, “lazımi addımın” atılacağına inananlar az idi.
Bu prosesdə əsas təkanverici qüvvə idman mətbuatı oldu. Reykyavikdəki oyunsonrası mətbuat konfransında Satuşla media arasında “atışma”, portuqalın hörmətsiz/biganə davranışı, konfransın Avropa mediasına yayılması və rezonans yaratması münbit zəmin yaratdı və bu gün açıqlandı – Santuşla müqaviləyə xitam verilib.

Bunu Ukrayna ilə oyunu gözləmədən etmək də bir simvolikadır. Sanki Santuşun rədd edilməsinə nail olmaq üçün dişlərini qıcamış qüvvə Ukrayna ilə matçda mümkün “yaxşı nəticə” ehtimalını nəzərə alaraq qərarın operativ verilməsinə nail oldu.

Santuşla müqavilə hardadır, bilinmir. Onunla niyə uzunmüddətli müqavilə imzalanmışdı, bilinmir. Müqavilə ümumiyyətlə varmı?! – Rövşən Nəcəfdən başqa kimsə bilmir.

“Beşiktaş”dan qovulan Santuşun təzminatı əvəzi Azərbaycan millisində “işlədilməsi” ona xoş deyildi və təxmin edirəm ki, bu amil onun həvəssiz işləməsinə səbəb idi.

Bəs təzminatı AFFA ödəyəcək? Fikrimcə, onu AFFA bütöv bir orqan halında verilmiş qərar nəticəsində gətirməmişdi deyə, məsuliyyət də AFFA-da deyil, gizli sövdələşməyə gedən Rövşən Nəcəfdədir.

Onu buna inandıran kim idi – Elşad Nəsirov, yoxsa “Demirören group”?!

Hüquqi cəhətdən səhih davranıb təzminatı da məsuliyyəti boynuna götürməli olanlara “yükləmək olar”

Bundan sonra?

Santuş hadisəsi bizə göstərdi ki, AFFA-da maraqlar toqquşması, daxili çəkişmə mövcuddur. “Soyuq müharibə”nin fəsadları isə ölkə futbolunun bugününü, sabahını zərbə altına salır.

Cahangir Fərəcullayevin dediyi sözə əməl etməsi ona etimad göstərənlərin ciddi qələbəsi sayılmalıdır. Artıq Rövşən Nəcəf də addım atarkən “yüz ölçüb, bir biçməli olduğunu” biləcək. Bilərsə, onda AFFA-nın vahid orqanizm halına salmaq mümkün olacaq. Məhz bu halda Futbolun İnkişafı Strategiyası adlı proqramın makulaturaya çevrilməkdən qurtulması mümkündür.

Bunun üçünsə ilkin olaraq futbolyönlü peşəkar və təmiz işləmiş futbol adamlarının AFFA-ya cəlb olunması, təxirəsalınmaz addımların atılmasıdır.

Fərəcullayev və Co bu gün qalib gələ bilər, lakin unutmamalıdılar ki, “düşmən daim pusqudadır” və onların kandarındadır, uzaqda deyil.

Fərəcullayev və Co Santuşun rədd edilməsi kimi ağır bir prosesi operativ və qəti mövqe ilə həll etməklə diqqətləri özünə çəkə bildisə, indi əsas məsələ bundan sonrakı addımlardır.

“Çistka” prosesi unudulmamaq şərtiylə, ictimai fikir, medianın təhlilləri nəzərə alınmaqla radikal addımlar atılmalıdır.

Məsələn, 0:5 uduzmuş Santuşu göndərib, yerinə 0:5 uduzmuş Ayxan Abbasovu qoymaq tələsik, naşı addımdır. Ok, Abbasov Portuqaliya kimi güclü rəqibə qarşı aciz qalıb, ancaq məsələ həm bunda deyil, həm də bundadır. Bundan başqa, Abbasovun milli komanda təcrübəsi yox, iddialı klub təcrübəsi yox. Böhran vəziyyətində idarəetməni yaxşı bacardığı şübhəsizdir, ancaq Arif Əsədov kimi daha təcrübəli adlar varkən ekspromt addım risklidir. Ekpromtların riskli olmaması üçün futbolda təcrübəsi olan kadrlar AFFA-ya cəlb olunmalı və gələcək qərarlar konsultasiya şəklində, kollegial verilməlidir.

Məhz bundan sonra demək olar ki, AFFA xaotik idarəçilikdən qurtuldu.

Hələliksə idarəolunan və ya idarəolunmayan xaos davam etməkdədir…

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see408

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see371

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see351

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see338

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see330

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see299

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see258

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see252

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see238

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see226

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see193

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see184

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see180

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see178

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see175

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see167

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri