Icma.az
close
up
RU
Xaricdə alınmış diplomların ölkə standartlarına uyğunluğunu yoxlamaq üçün bu imtahan VACİBDİR

Xaricdə alınmış diplomların ölkə standartlarına uyğunluğunu yoxlamaq üçün bu imtahan VACİBDİR

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanda peşə tanınması əsasən dörd istiqamət üzrə həyata keçirilir: müəllimlik, tibbi sahələr, hüquq və mühəndislik ixtisasları. Bütün ixtisaslar üçün deyil, yalnız bu sahələrdə peşə tanınması imtahanı tələb olunur. Məsələn, mühəndislikdə inşaat, geoloji və digər texniki ixtisaslar, hüquqda isə müəyyən ixtisas qrupları bu imtihana cəlb olunur. Digər sahələr, məsələn, iqtisadiyyat və maliyyə bu dörd qrupa daxil olmadığından imtihandan keçmir".
Bunu Demokrat.az-a açıqlamasında "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O, bildirib ki, peşə tanınması imtahanının əsas məqsədi təhsilin keyfiyyətinə nəzarət, peşə məsuliyyəti və etibarlı qiymətləndirmə aparmaq, həmçinin bərabər rəqabət prinsipi yaratmaqdır:
"Xaricdə alınmış diplomların ölkə standartlarına uyğunluğunu yoxlamaq üçün də bu imtahan vacibdir, çünki bəzi ölkələrdə təhsil səviyyəsi aşağıdır, proqramlar uyğunsuz olur və diplom fabrikləri mövcuddur. İmtahan bu sahələrdə minimum peşə biliklərini yoxlayır və həm xaricdə, həm də daxildə təhsil almış şəxslər üçün eyni standartları tətbiq edir. Yüksək riskli və dövlət tənzimlənən sahələrdə, məsələn, həkimlik, stomatologiya, tibbi texniki ixtisaslar, müəllimlik, hüquq və mühəndislik zəif hazırlıq şəxslərin fəaliyyətinə ciddi risk yarada bilər".
Ekspert bildirib ki, imtahanın qiymətləndirməsi üç komponentdən ibarətdir: 
"Peşə üzrə nəzəri biliklər, sahəyə uyğun tətbiqi bacarıqlar və peşə etikası, yerli qanunvericilik bilikləri. Xaricdə təhsil alanlar üçün də ölkədə fəaliyyətə başlarkən yerli standartlara uyğunluq yoxlanılır. Bal sistemi 0–100 arasında dəyişir və minimum keçid balı müəyyən olunub. Suallar müstəqil ekspert şurası tərəfindən hazırlanır. Bu şuraya yerli universitetlərin professorları, peşə birlikləri və beynəlxalq standartlara uyğun müstəqil ekspertlər daxildir. İmtahan dövründə insan müdaxiləsi minimuma endirilir və nəticələr elektron formada qeyd olunur. Əgər şübhə yaranarsa, müraciət edilərək cavabların yenidən yoxlanması mümkündür".
Onun sözlərinə görə, peşə tanınması imtahanı həm də xaricdə təhsil almış şəxslərin biliyini ölkə standartlarına uyğun qiymətləndirən bir mexanizmdir:
"Bu sistem diplom keyfiyyətini şübhəli ölkələrdən gələn şəxslər üçün filtrasiya rolu oynayır və eyni zamanda daxili universitetləri bitirənlərin və xaricdə təhsil alanların eyni standartlarla qiymətləndirilməsini təmin edir. Nəticədə, imtahan modeli dövlətə real olaraq göstərir ki, hansı ölkələrdən gələn diplomlarda problemlər daha çoxdur, hansı ixtisaslarda bilik çatışmazlığı mövcuddur və hansı sahələrdə kadr boşluğu var. Bu isə təhsil sisteminin planlaşdırılmasını asanlaşdırır və keyfiyyətin yüksəldilməsinə xidmət edir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri