Icma.az
close
up
RU
Xaricdə təhsil gənclərin inkişafında hansı rola malikdir? TƏHLİL

Xaricdə təhsil gənclərin inkişafında hansı rola malikdir? TƏHLİL

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Hazırda müasir gənclik artıq təhsili yalnız diplom əldə etmə vasitəsi deyil, həm də özlərini yenidən kəşf etməyin, dünyaya fərqli pəncərədən baxmağın yolu kimi görürlər. Məhz bu səbəbdən Azərbaycanda xaricdə təhsil almağı seçən gənclərin sayı da artmaqdadır. Bu seçim təkcə fərdi inkişaf, daha yüksək akademik keyfiyyət, geniş imkanlar və beynəlxalq tanınan diplom deyil, ölkənin gələcəyi üçün də strateji bir investisiyadır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-2024-cü il xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 997 nəfər olub.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil eksperti, xaricdə təhsil üzrə mütəxəssis Rəşad Abbasov bildirib ki, Azərbaycan tələbələri arasında xaricdə təhsil üçün ən perspektivli hesab olunan ölkələr - Amerika, Böyük Britaniya, Almaniya, Çin, Cənubi Koreya, Polşa, Macarıstan və Türkiyədir.

Ekspertin sözərinə görə, Amerika, Böyük Britaniya xaricdə təhsil almaq istəyən gənclər üçün ən böyük xəyal olsa da, bu ölkələrdə yerləşən universitetlər təhsil haqqları baha olduğu üçün təqaüdlü təhsil almadıqda oxumaq çətin olur:

“Hazırda Almaniya, Çin, Macarıstanda, Polşada təhsildaha əlçatandır. Çünki bu ölkələrdə təqaüd proqramları ilə təhsil almaq nisbətən daha rahatdır. Türkiyə azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox müraciət etdiyi ölkə olaraq hələ də qalır. Səbəb isə mədəni, coğrafi yaxınlıq, uyğun qiymətə keyfiyyətli təhsil almaq fürsəti, eyni zamanda Türkiyə universitetlərin ölkəmizdə və regiondakı nüfuzunun yüksək olması ilə bağlıdır.

Ümumiyyətlə, Azərbaycanlı tələbələr üçün təhsil sonrası yerli iş bazarına inteqrasiya baxımından Avropa və Amerikada geniş imkanlar var.

Tələbə məzun vizası vasitəsilə bir müddət artıq daha qalaraq iş vizasi əldə etmək fürsəti qazanır. Hətta Avstralya məzunlarına əlavə iş tapmaq üçün 2-4 il müddətində möhlət verir. Böyük Britaniyada isə bu müddət iki ildir. Xüsusilə də doktorantura məzunlarının iş tapmaq imkanları genişdi. Bəzi ölkələrdə məsələn Polşada isə, tələbə vizası ilə orda təhsil alan gənclər iş tapıb, çalışa bilirlər. Amerika və Avropada mühəndislik, səhiyyə və tədqiqat sahələrində ixtisaslı kadra ehtiyac böyükdür. Azərbaycanlı tələbələr üçün Kanada, Almaniya, Niderland, Avstraliya və İngiltərə kimi inkişaf etmiş ölkələrdə həm təhsil sonrası qalmaq, həm də iş bazarına inteqrasiya baxımından ən əlverişli ölkələr hesab olunur. Türkiyə isə daha çox dil və mədəni uyğunluq üstünlüyü baxımından praktik seçimdir, lakin rəsmi prosedurlar 2020 ci ildən etibarın daha sərtləşdirilmişdir. Elə ona görə, artıq Türkiyədə rəsmi işləyən həmvətənlilərimizin sayı azalmaqdadır”.

Rəşad Abbasov qeyd edib ki, xaricdə təhsil almış şəxslər təhsili yüksək reytinqli universitetdə və praktik yönümlü ixtisasda alınıbsa, işəgötürənlər üçün bu ciddi üstünlük sayılır:

“Xaricdə təhsil almaq tələbələrə yalnız akademik bilik qazandırmır, həm də beynəlxalq sertifikatlara çıxışı asanlaşdırır. ACCA, PMP, CFA, TOEFL, IELTS kimi sertifikatlara xaricdə təhsil zamanı daha rahat şəkildə hazırlaşmaq və imtahanlara qatılmaq mümkündür. Bu sertifikatlar həm qlobal karyera, həm də yerli əmək bazarında uğur qazanmaq üçün mühüm "açar" rolunu oynayır.Eyni zamanda, fərqli ölkələrdə təhsil almaq tələbələrdə mədəni uyğunlaşma bacarığını formalaşdırır. Bu bacarıq isə beynəlxalq şirkətlərdə işləmək istəyənlər üçün vacib üstünlükdür. Xaricdə fəaliyyət göstərən universitetlərdə praktiki yanaşma və geniş təcrübə imkanları mövcuddur. Xüsusilə mühəndislik, tibb, biznes və informasiya texnologiyaları (İT) sahələrində bu cür təcrübə həyati əhəmiyyətə malikdir. Magistratura və doktorantura səviyyəsində isə tədqiqat yönümlü tədris, tələbələrin akademik analiz, elmi məqalə yazımı və problemləri həll etmə bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirir. Universitetlərdə həyata keçirilən layihələr və komanda əsaslı fəaliyyətlər, tələbələrdə liderlik, əməkdaşlıq və məsuliyyət hissini gücləndirir.

Nəticə etibarilə, xaricdə təhsil həm şəxsi inkişaf, həm də karyera baxımından insanı bir neçə pillə yüksəldən dəyərli bir təcrübədir”.

Xaricdə təhsil almağı planlaşdıran hər bir gənc seçdiyi ölkə və universitetlə yanaşı, həmin təhsilin Azərbaycanda hüquqi tanınma şərtlərini də öncədən araşdırmalıdır. Bu məsələyə də münasibət bildirən Rəşad Abbasov qeyd edib ki, xaricdə təhsil almağı planlaşdıran hər bir gənc oxuyacağı universitetin rəsmi akkreditasiyasının olub-olmadığını mütləq yoxlamalıdır:

“Xaricdə əldə olunan diplomların Azərbaycanda tanınması prosesi Təhsilin Tanınması və Ekvivalentliyinin müəyyən olunması adlanır və bu prosesə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məsuldur. TKTA-nın yaradılması ilə bu prosedur daha sistemli və şəffaf şəkildə həyata keçirilməyə başlanıb.

Əsas şərtlərdən biri, yalnız akkreditə olunmuş universitetlərdən alınmış diplomların tanınmasıdır. Təhsil əyani formada həyata keçirilməlidir və tələbə təhsil aldığı dövrdə həmin ölkədə fiziki olaraq iştirak etməlidir. Bu iştirak sərhəd keçid möhürləri, yaşayış icazəsi, viza və ya immigrasiya arayışları ilə təsdiqlənməlidir.

Bundan əlavə, məzun tələbə diplom və diplom əlavəsini təhsil aldığı ölkədə “apostil” etdirməlidir. “Apostil” sənədi diplomun beynəlxalq hüquqi qüvvəyə malik olduğunu təsdiqləyən mühüm sənədləşmə addımıdır.

Bəzi ixtisaslar üzrə – xüsusilə tibb, hüquq, müəllimlik və mühəndislik sahələrində – TKTA tərəfindən müsahibə mərhələsi də tələb oluna bilər. Digər ixtisaslarda isə, sənədlər tam və düzgün təqdim olunarsa, müsahibəyə ehtiyac olmadan diplom tanına bilər”.

Ekspertin fikrincə, xaricdə olduğu kimi, Azərbaycanda da əmək bazarında tələb görən ixtisaslar demək olar ki, eynidir. O bildirib ki, tibb və səhiyyə sahəsinə aid ixtisaslar ənənəvi olaraq əmək bazarında daha sabit və geniş iş imkanları ilə seçilir. Bu sahələr üzrə mütəxəssislərin iş tapması, digər sahələrlə müqayisədə daha asan və sürətli baş verir:

“Mobilləşən dünyamızda ağıllı şəhərlərin aktuallaşması, mühəndislik sahələrinə olan tələbatı ciddi şəkildə artırıb. Bu tendensiya fonunda elektrik mühəndisliyi, inşaat mühəndisliyi və avtomatika mühəndisliyi kimi sahələrə maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. Eyni zamanda, kompüter mühəndisliyi və onunla əlaqəli sahələr – xüsusilə kiber təhlükəsizlik və süni intellekt – əmək bazarında həm yüksək tələb, həm də geniş iş imkanları ilə seçilir. Bu ixtisaslar üzrə mütəxəssislərin iş tapması daha asan və sürətlidir.

Ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması qida mühəndisliyi və keyfiyyətin idarəolunması (kalite yönətimi) sahələrinə olan marağı artırmış, bu istiqamətlər üzrə kadr ehtiyacını ön plana çıxarmışdır.

Bundan əlavə, "Temu", "Trendyol" kimi beynəlxalq e-ticarət platformalarının Azərbaycana daxil olması logistika və yükdaşıma ixtisaslarına olan tələbatı da artırıb.

Son dövrlərdə psixologiya və genetika kimi sahələrə də artan maraq müşahidə olunur. Gənclər bu ixtisasları yalnız əmək bazarına çıxış baxımından deyil, həm də insan davranışını və sağlamlığını daha dərindən anlamaq məqsədilə seçirlər.

Qeyd olunan ixtisaslar xaricdə fəaliyyət göstərən universitetlərdə də yüksək səviyyədə və müasir yanaşmalarla tədris olunur ki, bu da onları tələbələr üçün daha cəlbedici edir”.

Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini Günel Vahabzadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu gün gənclərimizin xaricdə təhsilə maraq göstərməsinin bir sıra mühüm səbəbləri var. Onun sözlərinə görə, bu marağın əsas motivlərindən biri dünyanın nüfuzlu universitetlərindən diplom əldə etməkdir:


“Belə bir diplom, gənclərə qlobal miqyasda tanınmaq, rəqabətli əmək bazarında yer tutmaq və karyera imkanlarını genişləndirmək baxımından ciddi üstünlük qazandırır. Beynəlxalq diplom yalnız təhsilin keyfiyyət göstəricisi deyil, həm də beynəlxalq standartlara uyğun bilik və bacarıqların sübutudur.

Xaricdə təhsil alanlar, xüsusən də müasir texnologiya və innovasiya yönümlü ixtisaslar ilə maraqlanır və bu, əmək bazarında üstünlük təmin edir.

Təhsilin keyfiyyəti, müasir texnologiyalar və müxtəlif mədəniyyətlərlə tanışlıq, gənclərin şəxsi inkişafına böyük təsir göstərir. Xaricdə təhsil almaq təcrübəsi, özünəinam və sosial mühitdə daha sərbəst hərəkət imkanı verir. Gəlirlərin və həyat şəraitinin yaxşılaşa biləcəyi ölkələrə diqqət artıb və məqsəd birbaşa olaraq güclü və dayanıqlı gəlir təmin etməkdir. Hazırda yeniyetmələr arasında İngiltərə, ABŞ, Almaniya və Sinqapur kimi ölkələrdə təhsil almaq populyarlığını qoruyur. Onların maraq göstərdiyi əsas sahələr isə İKT və texnologiya, biznes və maliyyə, həmçinin tibb və biotibb sahələridir ki, bu da əmək bazarının tələbləri və innovativ inkişafla birbaşa əlaqəlidir.

Düşünürəm ki, həm bazar tələbləri, həm də trendlər və sosial təsirlər gənclərin seçimlərinə təsir edir”.

Günel Vahabzadə qeyd edib ki, valideynlər və müəllimlər gənclərin xaricdə təhsil seçimində əsas istiqamətverici qüvvə kimi çıxış edir, onların sabit və gəlirli sahələrə yönəlməsində mühüm rol oynayırlar.

“Bu, onların əmək bazarına dair bilik və təcrübəsi düzgün qərarların verilməsinə şərait yaradır. Eyni zamanda, xaricdə təhsil alan gənclərin vətənə qayıtmaq istəyinin formalaşması üçün iqtisadi təşviqlər, yerli imkanların gücləndirilməsi və vətənpərvərlik dəyərlərinin aşılanması olduqca vacibdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 İyul 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri