Icma.az
close
up
RU
Xaricdə Təhsil üzrə Dövlət Proqramı: Artan inflyasiya maliyyə normalarına yenidən baxılmasını zəruri edir

Xaricdə Təhsil üzrə Dövlət Proqramı: Artan inflyasiya maliyyə normalarına yenidən baxılmasını zəruri edir

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın gənc nəslinə geniş imkanlar açan "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-cı illər üçün Dövlət Proqramı"  artıq bir sıra mühüm uğurları ilə yadda qalıb. Bu proqram çərçivəsində minlərlə Azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində oxumaq imkanı qazanıb, yüksək bilik və bacarıqlar əldə edərək ölkəmizin elmi-intellektual potensialını gücləndiriblər. Hökumətin bu sahədə həyata keçirdiyi siyasət insan kapitalının inkişafına yönələn strateji addım kimi dəyərləndirilməlidir. Son illər Elm və Təhsil Nazirliyi və Dövlət Proqramının İdarəetmə Qrupu Azərbaycanlı gənclərin təhsil üçün xaricə göndərilməsi istiqamətində böyük həcmli iş görüb. Gəncləri şəffaf və obyektiv meyarlar əsasında seçmək, onları xaricə göndərib hərtərəfli təmin etmək planlı və uzun müddətli iş tələb edir. Neft Fondundan ayrılan vəsaitlər sayəsində yüzlərlə gənc müxtəlif ixtisaslar üzrə — mühəndislikdən ictimai elmlərə qədər — dünyanın qabaqcıl ali məktəblərində təhsil alırlar. Nəticədə Azərbaycan gəncləri qlobal akademik mühitə inteqrasiya edir, əldə etdikləri təcrübə ilə ölkənin sosial-iqtisadi inkişafına töhfə verirlər. Bu baxımdan, Xaricdə Təhsil üzrə Dövlət Proqramı gələcəyimizə yönəlmiş strateji sərmayə kimi qiymətləndirilməlidir.

Lakin bu uğurlu layihənin davamlılığı üçün mühüm bir məqam diqqətdən qaçmamalıdır: Dövlət Proqramın maliyyə şərtləri illər öncə təsdiqlənib və ötən müddət ərzində dünya iqtisadi reallıqları da ciddi şəkildə dəyişib. Hazırda Qərb ölkələrində, xüsusilə də Avropada inflyasiya sürətlə artır, gündəlik xərclər isə ildən-ilə bahalaşır.

Belə ki, Dövlət Proqramı çərçivəsində, məsələn Böyük Britaniyada oxuyan tələbələrə ayda yaşam xərci üçün orta hesabla 1300–1500 funt sterlinq ödəniş edilir. Bunun böyük hissəsi — təqribən 700–800 funt — yalnız kirayə və ya yataqxana ödənişinə gedir. Qalan məbləğ isə nəqliyyat, qida, dərs vəsaitləri və digər gündəlik xərclər üçün nəzərdə tutulur. Lakin bahalaşmanın davam etdiyi indiki şəraitdə gənclərimiz bəzən ailələrinin də əlavə maliyyə dəstəyinə möhtac qalırlar. Yəqin hamı razılaşar ki, xaricdə dövlət hesabına oxuyan bizim tələbə artan xərcləri qarşılamaq üçün Bakıdakı ailəsinin ümidinə qalmamalı və yaxud oxuduğu şəhərdə paralel iş axtarmamalıdır. 

Mütəxəssislərin fikrincə, vəziyyətdən çıxış yolu aydındır: Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi proqram üzrə aylıq xərc normasına təcili şəkildə yenidən baxmalı, onu mövcud iqtisadi şərtlərə uyğunlaşdırmalıdır. İnflyasiya səviyyəsi, yaşayış xərclərinin artımı və təhsil alan ölkələrin real bazar qiymətləri nəzərə alınaraq yeni maliyyələşdirmə normaları qəbul edilməlidir. Bu, zamanın tələbidir.

Bu addım tələbələrimizin yalnız akademik uğurlarına deyil, həm də sosial rifahına zəmanət verəcək. Xaricdə təhsil alan gənclər özlərini dövlətin tam dəstəyi altında hiss etdikdə, bütün potensiallarını elmi fəaliyyətə və inkişaflarına yönəldə bilərlər.
Ümumiyyətlə, Dövlət Proqramı ölkənin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir. Onun dayanıqlı uğuru isə maliyyə şərtlərinin zamanın çağırışlarına uyğunlaşdırılmasından keçir. Bu sahədə atılacaq hər bir addım Azərbaycan gənclərinin daha rahat və məhsuldar təhsil almasına, nəticədə ölkəmizin gələcək inkişafına xidmət edəcək.

Bəhram Abdullayev
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri