Icma.az
close
up
RU
Xaricdə yaşayan azərbaycanlılarla bağlı AFFA ya təklif bunu etsələr, futbolumuz xeyrini görəcək

Xaricdə yaşayan azərbaycanlılarla bağlı AFFA ya təklif bunu etsələr, futbolumuz xeyrini görəcək

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dinamo" Moskva klubunun gənc futbolçusu Ülvi Babayevin AFFA-nın təklifini geri çevirib, Rusiya millisinə dəvət alması yenə bu məsələni aktuallaşdırıb. Xaricdə, xüsusən də Rusiyada yaşayan, başqa ölkələrin vətəndaşları olan həmyerlilərimizlə bağlı məsələ hələ də açıq qalır.

Ötən əsrin 90-cı illərində ölkəmizin üzləşdiyi çətin iqtisadi durumla əlaqədar milyonlarla azərbaycanlı Rusiyaya köçüb, orada yaşayıb, qonşu ölkənin vətəndaşlığını alıblar. İndi həmin adamların nəinki övladları, hətta nəvələri də böyüyüblər. Onlar arasında futbolla məşğul olanları, peşəkar karyera quranları da var. Aralarında elələri də olub ki, Rusiya futbolunda irəliləyə bilməyib, amma Azərbaycan futboluna faydalı ola biləcək səviyyəyə qədər yetişiblər. Məsələn, Aleksey İsayev, Rəhim Sadıxov, Abdulla Xaybullayev kimilərini nümunə gətirmək olar. 

Lakin xaricdə yaşayan həmyerlilərimizə milli pasportun verilməsi ilə bağlı ciddi sıxıntılar var. Əvvəlki AFFA rəhbərliyi ölkəmizə heç bir aidiyyəti olmayan o qədər adama pasport verib ki, Gənclər və İdman nazirliyi daha buna imkan vermir. Əslində, nazirliyin yanaşması da doğru deyil. Bir var Ozobiçə, Almeydaya bizim pasportun verilməsi, bir də var məsələn, Ayxan Hüseynova. Amma görünən odur ki, son illər AFFA ilə nazirlik bu məsələdə heç cür ortaq məxrəcə gələ bilmirlər. 

Bizim bu məsələnin çözümünə dair öz təklifimiz var. Hal-hazırda Misli Premyer Liqasında legionerlərə görə verilən rüsum belə müəyyənləşib: ilk 7 futbolçunun hərəsinə görə 5 min manat, növbəti 5 oyunçuya görə 10 min, sonrakının hərəsinə görə 100 min, 16-cı legionerdən başlayaraq hər birinə görə 200 min manat. Göründüyü kimi, legioner sayı artdıqca rüsumun qiyməti də artır.

Xaricdə yaşayan əslən azərbaycanlı oyunçulara milli pasportun verilməsi çətin prosedurdur. Ona görə bir qədər fərqli yolla getməliyik. Qərar çıxarmaq olar ki, vətəndaşlığı olmayan həmyerlilərimiz Premyer Liqada legioner sayılsın, amma onlara görə rüsum ödənməsin. Bu məsələ ilə məşğul olmaq üçün işçi qrupu yaradılmalı, həmin futbolçuların ölkəmizə nə qədər bağlı olması da ciddi araşdırılmalıdır. Əgər xaricdə yaşayan futbolçumuz valideynlərindən birinin azərbaycanlı olmasını təsdiqləyən sənəd təqdim edərsə, arxiv idarəsi ilə aparılan dəqiqləşdirmədən sonra həmin adamın rüsum ödəmədən çempionatımızda oynamasını təmin etmək olar. 

Həmin futbolçular legioner kimi çıxış edəndə, onsuz da klub sifariş vərəqəsindəki 17 əcnəbi limitini aşa bilməyəcək. Sadəcə rüsum ödəmirlər deyə, belə futbolçuları heyətinə cəlb etmək imkanından yararlanacaqlar. Belə qərar verilsə, Premyer Liqamızda gələcəkdə milli üzvünə çevrilmək ehtimalı olan onlarla futbolçu peyda olacaq. Bu da bir vasitədir. Ölkə futbolu elə bir durumdadır ki, hər mümkün üsuldan istifadə olunmalıdır. Tək özümüzdə yetişən yox, xaricdə yetişən həmyerlilərmizin də potensialından yararlanmalıyıq.

Emin Abbasov

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri