Icma.az
close
up
RU
Xaricdəki trolların menyusuna yeni tezislər əlavə olunur ANALİZ

Xaricdəki trolların menyusuna yeni tezislər əlavə olunur ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Bu gün soyuna- kökünə, vətəninə, xalqına bağlı olan hər bir kəs azərbaycanlı olması ilə fəxr edir, qürur duyur. Təkcə ona görə yox ki, şərəfli tariximiz fonunda, bugünkü sosial, iqtisadi, mədəni, elmi uğurlarımız var, həm də 30 illik erməni işğalına son qoymaqla adını hərb tarixinə qəhrəman, mübariz xalq olaraq yazdırdı. Lakin elə şəxslər var ki, qazanılan möhtəşəm qələbələrimizə xor baxmaq, nailiyyətlərə kölgə salmaq yolunu tuturlar. Belə cılız düşüncə sahiblərinin sayı az olsa da, hər halda nankor məxluqlar var və bu da təəssüf doğurur. Söz yox ki, nankorluq ondan irəli gəlir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Sevinc Osmanqızı, Trol Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Arif Məmmədov və digər satqınlar özlərini xarici mərkəzlərin maddi və mənəvi dəstəyindən asılı vəziyyətə salıblar. Düzdür, xaricdəki antimilli ünsürlərin vəziyyətləri buradakı xainlərdən bir qədər ağırdır. O mənada ki, antimilli ünsürlər Almaniyada, Fransada və digər Avropa ölkələrində yaşamaq izni almaq problemi qarşısındadırlar. Təbii ki, Almaniyanın, Fransanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməyəcəkləri təqdirdə, Azərbaycana deportasiya olunacaqları şübhəsizdir. Nəzərə almaq lazımdır ki, son bir il ərzində Almaniyadan Azərbaycana 2345 nəfər deportasiya olunub. Deportasiya olunanlar arasında ölkəmizin milli maraqlarına qarşı təhqirlər səsləndirən, lakin sonradan səhv yolda olduqlarını anlayıb, mövqelərindən geri çəkilənlər var. Bu cür mövqe dəyişkənliyi Almaniyanın faşist rejimi tərəfindən narazılıqla qarşılanıb və onları tələm-tələsik Azərbaycana deportasiya ediblər. Bu baxımdan, oradakı mühacirlər Almaniyanın nasist rejiminin istənilən çaldığı havanı oynamağa məcburdur. Əgər belə olmasa idi, oradakı azərbaycanlılar Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyinə etiraz edərdilər. Ən azı almaniyalı deputat Frank Şveberin təklifi ilə AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə etiraz əlaməti olaraq Bundenstaqın önündə aksiya keçirərdilər. Lakin bu hal baş vermədi. Əksinə, Frank Şveber kimi nasistin Azərbaycanla bağlı qərəzli mövqeyinə və fəaliyyətinə haqq qazandıran fikirlər səsləndirdilər. Bu azmış kimi adı bir sıra cinayətlərdə çəkilən Leyla Yunus F.Şveberə ölkəmizdə “siyasi məhbus”ların olmasına dair cəfəng məktublar ünvanladı. Sevinc Osmanqızı, Trol Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Arif Məmmədov kimi satqın və xainlər göstərişlərə əsasən ölkəmizin maraqlarına zidd olan videolar paylaşıb, fikirlər səsləndirdilər.

Nasist Almaniyasının faşist təfəkkürlü prezidentinin paylaşımı terrorçuları “ruhlandırmağa” hesablanmışdır

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri zamanı Azərbaycanla bağlı etdiyi kobud səhvinə nəinki Avropada yaşayan antimilli ünsürlər, ümumiyyətlə Almaniyada trolluq edən mühacirlər də reaksiya vermədilər. Ermənistandakı fransız bacılarını ziyarət edən nasist Almaniyasının faşist təfəkkürünə və zehniyyətinə malik prezidenti Frank-Valter Ştaynmayer Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Fransa prezidenti Makronsayağı iddialar və fikirlər səsləndirib. Bununla kifayətlənməyən Hitler məktəbinin yetirməsi sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağını yerləşdirib və onun altında böyük Azərbaycan xalqının hiddət və qəzəbinə səbəb olan cızma-qaralar yazıb. Söz yox ki, onu bu cür cılız ifadələr yazmağa erməni lobbisi məcbur edib. Əks halda kifayət qədər yaşı və başı olan Frank-Valter Ştaynmayer bütün demokratik dünya xalqlarının nifrətinə səbəb olan paylaşımı etməzdi. Düzdür, Azərbaycan dövlətinin sərt münasibətindən sonra Almaniya hakimiyyəti tez-tələsik kobud səhvi düzəlməyə və Azərbaycan xalqından üzr istəməyə məcbur oldu. Almaniya Federativ Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Dövlət katibi Dörte Dingerin Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanladığı məktubda qeyd olunur ki, Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub və səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib: “Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir. Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm. Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır”.

Xaricdəki antimilli ünsürlər niyə susdular?

Almaniya hakimiyyəti qoca nasistin sayıqlamasına görə Azərbaycan dövlətindən və xalqından üzr istədi. Ancaq bu məqamda bir məsələ diqqəti çəkir: Nədən xaricdəki antimilli ünsürlər Frank-Valter Ştaynmayerin sayıqlamasına və separatçı paylaşımına münasibət bildirmədilər? Nəyə görə, şivənçilər dəstəsi Almaniya prezident administrasiyası önündə etiraz aksiyaları keçirmədilər? Etirazlar olmadı, narazı fikirlər də səslənmədi, susmağa üstünlük verdilər. Çünki “gəmidə oturub, gəmiçi ilə dalaşmaq olmaz”, Azərbaycanın el məsəlinə əsasən dillərini qısa etməyə və baş verənlərə seyrçi qalmağa məcbur oldular. Xırda cəsarətli fikrin bildirilməsi, onlara baha başa gələ bilər. Ən azı Almaniyadan deportasiya olunar, hətta ciddi şəkildə cəzalana bilərdilər. Bütün bunlar onu deməyə əsas verir ki, xaricdəki antimilli ünsürlər Almaniyanın, Fransanın xüsusi xidmət orqanlarının təsiri altındadırlar. Hər bir səslənən fikir, atılan addım xüsusi xidmət orqanlarının əməkdaşları ilə razılaşdırılır. Yəni onların azadlıqları tamamilə əllərindən alınıb və kölə vəziyyətinə salınıblar.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri