Icma.az
close
up
RU
Xaricdən qızıl alırıq: devalvasiya təhdidi, yoxsa...

Xaricdən qızıl alırıq: devalvasiya təhdidi, yoxsa...

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Azərbaycan artıq yeddinci aydır ki, ard-arda xaricdən irihəcmli qızıl alışını davam etdirir. 2024-cü ilin aprelindən oktyabr ayına qədər ümumilikdə 27 176 kiloqram həcmində qızıl idxal edilib və bu qızılın idxal dəyəri 2 milyard 122.9 milyon ABŞ dolları həcmində olub. Qızıl dünya banklarının 2022-ci ildən bu tərəfə tətbiq etdiyi sərt monetar siyasəti yavaş-yavaş cari ilin əvvəlindən etibarən endirməsi və geosiyasi risklərin artması fonunda bahalaşmaqdadır. Sarı metal 2024-cü ildə tarixi rekord səviyyə olan bir unsiya üçün 2800 dollara qədər bahalaşdı. Qızılın bahalaşmasında digər məsələ isə iri mərkəzi bankların onu alması oldu. 

Qeyd etdiyimiz kimi, qızılın qiyməti adətən qlobal iqtisadi və siyasi faktorların təsiri ilə dəyişir. Bəzi ekspertlər hesab edir ki, qızılın qiyməti qalxırsa, demək ki, ölkələrin iqtisadi vəziyyəti qənaətbəxş deyil. Bu həm də gələcəkdə devalvasiyanın olacağı anlamına gəlir. 

Ekspertlər ölkələrin qızıl alışını və qızılın qiymətinin artmasının bir neçə səbəblə əlaqələndirirlər. İlk olaraq burada inflyasiya qorxusundan danışılır. Dünyada yüksək inflyasiya səviyyəsi investorları daha etibarlı aktivlərə, o cümlədən qızıla yönəldir. Qızıl tarixi olaraq inflyasiyaya qarşı dayanıqlı sərmayə vasitəsi hesab olunur.

Eyni zamanda, qlobal siyasi sabitsizlik, münaqişələr və regional böhranlar qızıla tələbatı artırır. Məsələn, Orta Şərq, Rusiya-Ukrayna münaqişəsi kimi problemlər investorları qızıla sərmayə qoymağa təşviq edir.

Ən vacib, ABŞ dollarının məzənnəsində eniş qızılın qiymətini artırır, çünki qızıl dollarla qiymətləndirildiyi üçün onun dəyəri dolların düşməsi ilə yüksəlir. ABŞ Federal Rezerv Sistemi və digər mərkəzi bankların faiz dərəcələri ilə bağlı siyasəti qızılın qiymətinə təsir göstərir. Aşağı faiz dərəcələri adətən qızıla marağı artırır. Eləcə də, zərgərlik və texnologiya sənayesində qızıla artan tələbat, həmçinin mədən hasilatında azalma qiymət artımına səbəb ola bilər.

Ümumiyyətlə, ölkələr öz beynəlxalq rezervlərini genişləndirərkən yalnız xarici valyutalara deyil, həmçinin real aktivlərə, yəni qızıla yönəlirlər. Bu yanaşma portfel risklərini azaltmağa və ehtiyatların sabitliyini təmin etməyə kömək edir. Beynəlxalq bazarlarda qızıl yüksək likvidliyə malikdir, yəni istənilən vaxt başqa bir aktivə çevrilə bilər. Bu, mərkəzi banklar üçün qızılın cəlbediciliyini artırır. Bəzi ölkələr (Çin, Rusiya və s.) mövcud beynəlxalq maliyyə sisteminin (dollar mərkəzli sistemin) dəyişməsini dəstəkləməyə çalışır. Onlar qızıl ehtiyatlarını artıraraq iqtisadi müstəqilliyi möhkəmləndirmək istəyirlər. Məsələn, son illərdə Çin, Hindistan və Rusiya kimi ölkələrin qızıl alışını kəskin artırdığı müşahidə olunub. Bu, həm rezervlərinin diversifikasiyası, həm də iqtisadi və geosiyasi güclərini artırmaq cəhdləri ilə izah edilir. Bütün bu faktorlar ölkələrin qızılın həm iqtisadi, həm də strateji dəyərinə olan marağını artırır.

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “2024-cü ildə    dünyanın bütün mərkəzi bankları qızıl alışına üstünlük verdilər və bunların içində çox böyük ölkələr var, Hindistan, Çin və bəzi Avropa ölkələrinin mərkəzi bankları qızıl alışlarını artırdılar. Bu, qızılın qiymətinin yüksəlməsinə səbəb oldu. Hesab edirəm ki, qızıl alışının artması gələcəkdə, aparıcı valyutaların - xüsusən dollarla bağlı təlatümlə əlaqədar ola bilər. Dünyada gedən siyasi proseslər bəzi hallarda dolların alıcılıq qabiliyyətində təzyiq yaradır. Digər tərəfdən ABŞ-də dolların ucuzlaşması prosesi uçot dərəcələrini azaldır, buna görə də qızıla sabit investisiya aləti kimi daha çox üstünlük verilir. 

Fikrimcə, ölkəmizdə də qızılın idxalına yönəlmiş siyasət bununla bağlıdır, qızıl daha sabit və gələcəkdə dəyərini artırma potensialı olan bir aktiv olaraq istifadə olunur. Qızıl ehtiyatlarının  artması müsbər bir haldır, manatın sabitliyini təmin edən, manatın məzənnəsini tənzimləyən amildir. Eləcə də ölkənin kredit qabiliyyətinin artırılması baxımından mühüm amildir. Gələcəkdə ölkəmiz beynəlxalq təşkilatlardan kredit əldə etmək istəsə, bunlardan ən əhəmiyyətlisi qızıl ehtiyatlarıdır. Qızıl alışı aktivlərimizin artmasına da təsir edəcək. Bu baxımdan ölkəmizdə qızıl idxalını müsbət qiymətləndirirəm". 

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 min 167,1 ton qızıl istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,9 ton və ya 1,7 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 390,3 ton təşkil edib ki, bu da illik müqayisədə 102,5 ton və ya 35,6 faiz çoxdur. Xatırladaq ki, ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 287,8 ton olub.

Cari ilin 9 ayının nəticələrinə əsasən Azərbaycandan İsveçrəyə 115 milyon 265,3 min dollar dəyərində 2 min 902 ton qızıl ixrac edilib. Xarici ölkələrdən isə, ümumilikdə, 1 milyard 833,9 milyon dollar dəyərində 23 min 859 tona yaxın qızıl idxal edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see242

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see141

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see119

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see115

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Niko Uilyams Atletiklə danışıqlara başlayıb

03 İyun 2025 16:34see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

Süni intellekt irəliləyir, insanlar işsiz qalırlar: Microsoft daha 300 əməkdaşını ixtisar etdi

03 İyun 2025 16:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri