Icma.az
close
up
RU
Məktəblərdə dərsdən sonra təşkil edilən dərnək və düşərgələr niyə yoxa çıxıb? EKSPERTDƏN AÇIQLAMA FOTO

Məktəblərdə dərsdən sonra təşkil edilən dərnək və düşərgələr niyə yoxa çıxıb? EKSPERTDƏN AÇIQLAMA FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illər ölkədə təhsil sahəsində müxtəlif islahatlar həyata keçirilsə də, məktəbdənkənar fəaliyyətlər – dərsdən sonrakı kurslar və dərnəklər demək olar ki, bir çox məktəblərdə ya ümumiyyətlə mövcud deyil, ya da formal şəkildə təşkil olunur. Halbuki bu cür fəaliyyətlər şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların maraq və qabiliyyətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Məktəbdənkənar dərnək və kurslar uşaqlarda yaradıcılıq, ictimai fəallıq, praktiki bacarıqların formalaşması üçün vacibdir. Lakin bəzi hallarda müəllim çatışmazlığı, maddi-texniki baza problemləri, valideyn marağının azlığı və inzibati nəzarətin zəifliyi bu istiqamətdə problemlər yaradır.

Bəs görəsən, məktəblərdə dərsdən sonrakı kursların və dərnəklərin fəaliyyət göstərməməsinin əsas səbəbi nədir?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, çox təəssüf ki, dünənə qədər məktəblərdə dərsdən sonrakı kurs və dərnəklərin fəaliyyəti ilə bağlı ciddi bir problem yox idi:

“Lakin təhsil sahəsində verilən radikal qərarlardan biri də bu sahəyə aid oldu. Dərnəklər, ümumiyyətlə, sovet dövrü təhsilində də hər zaman olub. Dünya təcrübəsində də bir çox məktəblərin tədris modelində dərsdənkənar fəaliyyətlər, müxtəlif funksiyalı dərnəklər həmişə olub, bu gün də var və gələcəkdə də olacaq. Çünki bu, təhsilin ayrılmaz bir hissəsidir.

Təhsili yalnız dərs prosesi ilə əlaqələndirmək olmaz. Təhsil bir neçə istiqamətdən ibarətdir. Onlardan biri də şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan dərsdənkənar fəaliyyətdir. Bizdə bu fəaliyyətlər əsasən dərnəklər və müəyyən kurslar, məşğələlər vasitəsilə həyata keçirilirdi.

Bu fəaliyyətlərin olmaması bəlkə də dərhal ciddi nəticə yaratmayacaq. Amma olmalıdır. Yəni bu, bir problemdir. Çünki son illərdə bu dərnəklər və dərsdən sonrakı fəaliyyətlər o qədər zəifləyib, o qədər formal xarakter alıb ki, artıq onların olub-olmaması belə hiss olunmur. İndi də bu fəaliyyətlər rəsmi şəkildə dayandırıldıqda, insanlar böyük boşluq hiss etmirlər. Halbuki hiss etməlidirlər.

Ətrafınıza baxın ailənizdə, yaxın çevrənizdə məktəbliləri olanlar var. Onlardan hər hansı birində uğurlu dərnək fəaliyyəti varmı? Yəqin ki, yoxdur. Əgər varsa, zəhmət olmasa deyin. Bu, belə olmamalıdır”.

Ekspert əlavə olaraq qeyd edib ki, əslində, biz məsələyə belə yanaşmalıyıq:

“Nə üçün dərnəklər və dərsdənkənar digər fəaliyyətlər bu qədər zəiflədi? Niyə formal xarakter aldı? O qədər formalaşdı ki, indi onların yoxluğunu belə hiss etmirik.

Bu fəaliyyətlərin faydası nə idi? Kağız üzərində, nəzəri tövsiyələrdə hər şey var. Amma icraya gələndə, praktik tətbiqdə, təəssüf ki, çox geri qalırıq. Təhsilə nəzəri baxımdan yanaşdıqda, konsepsiyalar, strategiyalar, təhsil modelləri baxımından, dünya ölkələrindən geri qalmırıq. Hətta bəzən onlarla yanaşı gedirik. Amma icrada, tətbiq hissəsində ciddi çatışmazlıqlar var.

Dərsdənkənar fəaliyyət metodları da bu çatışmazlıqlardan biridir. Müəllimlər və şagirdlər bu sahədə böyük əziyyət çəkirlər. Bu, ciddi boşluqdur.

Bu boşluğu aradan qaldırmaq lazımdır. Dərnəklərin funksiyası, dərsdənkənar fəaliyyətin faydalılığı üçün yeni mexanizmlər hazırlanmalıdır. Bu mexanizmlərlə şagirdlər düzgün istiqamətə yönəldilməlidir.

Şagirdin işi yalnız dərsdə tənlik əzbərləmək və ya mexaniki şəkildə şeir söyləməkdən ibarət olmamalıdır. Şagird hərtərəfli inkişaf etməlidir. Məktəb də bu inkişafın təminatçısı olmalıdır.

Bu gün məktəb öz funksiyasını bir çox sahələrdə yetirə bilmir. Onlardan biri də dərsdənkənar fəaliyyət sahəsidir. Əgər biz məktəbi həqiqi mənada “məktəb” görmək istəyiriksə, onun missiyasını qaytarmaq istəyiriksə, bu boşluğu mütləq doldurmalıyıq”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri