Icma.az
close
up
RU
Xarici ticarət balansımız üç dəfə azalıb: Səbəb nədir?

Xarici ticarət balansımız üç dəfə azalıb: Səbəb nədir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Pərviz Heydərov yazır...

Dövlət Statistika Komitəsi (DSK) tərəfindən ötən ilin yanvar-dekabr ayları ərzində ölkəmizin sosial-iqtisadi yekunlarına dair bir sıra nəticələr açıqlansa da, Gömrük Komitəsinin statistikasına əsasən hələ ki 2024-cü ilin yalnız yanvar-noyabr aylarının yekunu bəllidir. Buna rəğmən, yenə də qeyd edə bilərik ki, xariclə alış-verişimiz azalır.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin rəsmiləşdirilməyən hələ tam başa çatdırılmamış ixrac olunmuş xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsinin həcmi 42 milyard 813 milyon 700 min ABŞ dolları təşkil edib ki, bunun 24 milyard 042 milyon dolları və ya 56.2 %-ni ixrac, 18 milyard 771 milyon 700 min dolları, yəni 43.8 %-i isə idxal məhsullarının dəyərinə bərabər olub.

Nəticədə 5 milyard 270 milyon 300 min dollar müsbət saldo yaranıb.

Müqayisə üçün qeyd edim ki, 2023-cü ilin eyni dövrünə nəzərən bu, xarici ticarət dövriyyəsi üzrə faktiki qiymətlərlə 1.1 % artım ifadə etsə də, real ifadədə 3.1 %, o cümlədən ixracda 5.4 % azalma, idxalda isə 0.6 % artım deməkdir.

Ümumiyyətlə, ölkəmizin xarici ticarət dövriyyəsi ilkin olaraq 2023-cü ildən etibarən azalmağa başlayıb. Bu, niyə baş verir sualına cavab olaraq həmişə yazmışam ki, səbəb təkcə neft-qaz sektoruna aid deyil, qeyri-neft-qaz məhsulları ixracının və dəyərinin azalmasında da axtarılmalıdır. Halbuki, statistikaya görə ölkə iqtisadiyyatı durmadan artır və bu, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir.

2024-cü ilin yanvar-noyabr ayları ərzində də qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 090 milyon 600 milyon dollar təşkil etməklə 2023-cü ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1.9 % artım nümayiş etdirdiyi halda, real ifadədə 11 % azalma göstərib. Bütövlükdə ötən ilin dekabr ayı istisna olmaqla 11 ayı ərzində idxal və ixrac əməliyyatların dinamikasına diqqət yetirdikdə də ixracın enib-qalxan xətt üzrə hərəkət etdiyi fonda, idxalın dayanıqlı şəkildə üzü yuxarıya doğru düz xətlə yüksəldiyini görürük.

Bəs, bu nə ilə bağlıdır? Neft-qaz sektoru üzrə azalmanın səbəbləri aydındır: dünya bazarlarında qiymətlər əlverişli deyil, hasilat enir və sair... Bəs, qeyri-neft-qaz məhsulları?

Ölkədə istehsal olunan qeyri neft-qaz sektoru məhsullarının ümumi ixracda payı onsuz da cüzidir. Hələ ki, heç bir ciddi əhəmiyyətli kütləvi istehlak tələbatına malik sənaye məhsulu istehsal etmirik. Əsas kənd təsərrüfatı məhsullarıdır, meyvə-tərəvəzdir və sair. Bunların da ixracı azalıb və azalmaqda da davam edir. Niyə?

Təbii ki, Rusiya-Ukrayna müharibəsi... Ölkəmizdən qeyri neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan məhz üçüncü ildir ki, qeyd olunan müharibənin yaratdığı fəsadlardır, konkret desək, eyni bazardan asılı olmağımızdır. Odur ki, 2023-cü ildəndir xarici ticarətimizdə iqtisadiyyatın hər iki sektoru üzrə ixracımız enir və bu sanki, dayanıqlı xarakter almaq istəyir.

Ölkəmizin iqtisadiyyatının inkişafında Rusiyanın böyük önəmi var və bu, ənənəvi xarakter daşıyır. Qeyd etmək istədiyim odur ki, qeyri neft-qaz sektoru ixracı potensialımız üzrə şaxələnmiş bazar şəraiti imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üzrə. Bu isə çox ciddi mənfi haldır.

Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədə isə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik, nail olunması ən vacib məsələlərdən sayılır.

Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə xırda istehsalçılar, fərdi təsərrüfatlar sayılırlar. Bizdəsə qeyd olunan kontingentdə olanlar Rusiyaya alternativ heç bir bazar tanımırlar. İş ondadır ki, neçə illərdir qeyri neft-qaz sektorunun inkişafını prioritet seçilsə də vəziyyət eyni olaraq qalır.

Artıq üçüncü ildir ki, sözügedən bazar öz səmərəlilik səviyyəsini itirib və qeyd olunan bazar adi meyvə-tərəvəz satışı üçün də əvvəlki kimi effektli sayılmır.

Sözün qısası, vəziyyət elədir ki, ölkəmizdən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəz ixracı sahəsində mövcud tənəzzülün qarşısının alınacağı və bu prosesin səngiyəcəyi, tezliklə əks tendensiyanın start götürəcəyi sanki gözlənilmir.

Halbuki, neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri neft-qaz sektoruna daxil məhsulların ixracı gərək azalmasın, artsın. Yeri gəlmişkən, qeyri neft-qaz sektoru məhsulları ixracı üzrə dinamik artım olsaydı belə, onun sürəti neftdən və qazdan əldə etdiklərimizi əvəz edən deyildi.

Yuxarıda qeyd etdim ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi üzrə müsbət saldo 5 milyard 270 milyon 300 min dollardır. Müqayisə üçün xatırladım ki, 2023-cü ilin yekununa görə isə bu rəqəm 16 milyard 613 milyon 210 min dollara bərabər idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri