Icma.az
close
up
RU
Xarici dil imtahanı zamanı...

Xarici dil imtahanı zamanı...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Nə, necə dəyişəcək?

Gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağı ilə bağlı fikirlər var. Ekspertlər bu dəyişikliklərin xarici dil fənninə aid olacağını iddia edirlər. Qeyd edək ki, ilin sonunda 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlanacaq.

11-ci siniflərdə dəyişiklik yoxdur

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı açıqlama verib. O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: “Ötən il hansı model tətbiq olunubsa, yenə də həmin model tətbiq olunacaq”.

Yeniliklərdən biri

Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq: “Bu, yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarətdir. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə, bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür”.

Xarici dildə 26 sual olacaq

A.Batıyeva qeyd edib ki, xarici dil imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq: “Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun qiymətləndirilməsi isə fərqlidir”.

Maraqlıdır, ekspertlər qəbul imtahanlarına ediləcək yenilikləri necə dəyərləndirirlər?

“Tam doğru və əsaslandırılmış addımdır”

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Təhsil haqqında”  və “Ümumtəhsil haqqında” qanunlarda tam orta təhsilin əsas məqsədlərindən biri olaraq məzunların bir və ya bir neçə xarici dildə ünsiyyət qurmaq bacarığına malik olması göstərilir: “2024-cü ildən etibarən 9-cu siniflərdə, yəni ümumi orta təhsil səviyyəsində tətbiq edilən bu yenilik 2027-ci ildə tam orta təhsil səviyyəsində, yəni 11-ci sinif buraxılışlarında da tətbiq olunacaq. Hazırda ümumtəhsil məktəblərində tədris planı üzrə ən çox dərs saatı ayrılan fənlərdən biri xarici dildir. Qanunvericiliyə əsasən, ölkədə altı xarici dil tədris edilə bilər: ingilis dili, fransız dili, alman dili, rus dili, ərəb dili və fars dili. Bununla belə, ən çox tədris olunan xarici dillər ingilis və rus dilləridir. Fransız, alman, ərəb və fars dilləri isə yalnız az sayda məktəbdə tədris olunur. Lakin təəssüf ki, ümumtəhsil məktəblərində şagirdlərin xarici dil bacarıqlarının inkişafı zəifdir. Bunun əsas səbəblərindən biri bir çox müəllimin yetərli ünsiyyət bacarıqlarına malik olmamasıdır. Müəllimlərin xarici dil üzrə qrammatik bilikləri ilə yanaşı, ünsiyyət bacarıqlarına da malik olması vacibdir. Tətbiq edilən yeniliklər məhz bu bacarıqların yoxlanmasını və təkmilləşdirilməsini hədəfləyir. Düzgün istiqamət seçilsə də, bu qərarın bir qədər gecikmiş olduğunu söyləmək mümkündür. Buna baxmayaraq, bu, tam doğru və əsaslandırılmış addımdır. Növbəti illərdə prosesin daha da sərtləşdirilməsi və tələblərin genişləndirilməsi vacibdir. Bu, xarici dil tədrisinin keyfiyyətini artırmaq baxımından əhəmiyyətlidir”.

Yeniliklərin mənfi tərəfləri də var...

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, DİM-in 2024-cü ilin buraxılış imtahanlarında tətbiq edəcəyi yeniliklər təhsil sisteminin keyfiyyətini artırmağa və şagirdlərin biliyini daha dəqiq qiymətləndirməyə yönəlib: “Bu yeniliklər xüsusilə 9-cu siniflərin buraxılış imtahanlarında özünü göstərir. Yeni imtahan modeli oxuyub-anlama və tətbiqetmə bacarıqlarını daha əhatəli şəkildə yoxlamağa imkan verəcək. Eyni zamanda, 11-ci siniflər üçün xarici dil üzrə imtahan modelində heç bir dəyişiklik edilməməsi sabitlik prinsipi ilə izah olunur. Lakin bu yeniliklərin həm müsbət, həm də mənfi tərəfləri var və onların hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.

DİM-in təqdim etdiyi məlumatlara əsasən, 9-cu siniflərin imtahanlarında tətbiq ediləcək yeni model şagirdlərin məntiqi düşüncə qabiliyyətini, analitik yanaşma bacarığını və mətni dərk etmə səviyyəsini ölçməyə yönəlib. Yeni modelə görə, şagirdlər 4 fərqli mətnlə qarşılaşacaq. Bu mətnlərdən 3-ü kiçik həcmli, cəmi 1-2 cümlədən ibarət olacaq. Hər bir kiçik mətnə əsasən bir qapalı sual təqdim ediləcək. Dördüncü mətn isə daha böyük həcmli olub, şagirdlərin oxuyub-anlama və məlumatı tətbiqetmə bacarıqlarını yoxlamağa xidmət edəcək. Belə bir yanaşma mətn əsaslı öyrənmənin əhəmiyyətini ön plana çəkir”.

Dəyişiklik adaptasiya çətinlikləri yarada bilər...

Ekspertin fikrincə, məsələnin müsbət tərəflərindən biri odur ki, bu dəyişikliklər tədris prosesində oxuyub-anlama və məzmunu tətbiqetmə bacarıqlarına diqqəti artıracaq: “Şagirdlər mətnlərdən yalnız məlumat almayacaq, həm də həmin məlumatı analiz etmək, tətbiq etmək və uyğun nəticələr çıxarmaq qabiliyyətlərini inkişaf etdirəcəklər. Təhsildə uzun müddət əsas problem kimi göstərilən mexaniki əzbərləməyə söykənən yanaşma bu cür imtahan modelləri ilə azaldıla bilər. Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək və oxuyub-dərk etmə qabiliyyətlərini daha dəqiq ölçmək üçün bu yeniliklər mühüm addımdır. Məktəblərdə də müəllimlər bu istiqamətdə tədris metodlarını yeniləyə bilərlər.

Amma bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Yeniliklər hər zaman müəyyən adaptasiya çətinlikləri yarada bilər. Şagirdlər və müəllimlər yeni modelə uyğunlaşmaq üçün əlavə vaxt və resurslara ehtiyac duyacaqlar. Dörd mətnli imtahan formatı şagirdlərin vaxtı səmərəli idarə etməsini tələb edir və bu, xüsusən vaxtla bağlı çətinliklər yaşayan şagirdlər üçün əlavə təzyiq yarada bilər. Kiçik mətnlər üzrə verilən sualların sayı məhdud olduğundan şagirdlərin əhatəli bilik səviyyəsini tam şəkildə əks etdirməyə bilər”.

Valideynlər tərəfindən birmənalı qarşılaşmır...

E.Əfəndi hesab edir ki, imtahan modellərində dəyişikliklər valideynlər tərəfindən də birmənalı qarşılanmaya bilər: “Əgər yeniliklər barədə geniş izahat və maarifləndirmə işi aparılmasa, valideynlər bu modellərin faydalılığını tam anlamaya bilər və əlavə narahatlıq yarana bilər.

Ümumilikdə, 2024-cü ilin buraxılış imtahanlarında planlaşdırılan yeniliklər müasir təhsil tələblərinə cavab verir və şagirdlərin daha çox tətbiqetmə və analitik düşüncə bacarıqlarını ölçməyə yönəlib. Bu dəyişikliklər Azərbaycan təhsilinin qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər”.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see610

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see467

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see387

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see364

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see262

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see245

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see240

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see218

Livitt istefa verdi

13 Avqust 2026 00:16see217

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see209

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see197

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see181

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see181

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see180

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see178

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see174

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see169

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see166

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see163

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri