Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Xarici dil imtahanı, yoxsa gənc alimlər üçün əngəl?

Xarici dil imtahanı, yoxsa gənc alimlər üçün əngəl?

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə "525-ci qəzet"in redaksiyasına bir qrup doktorant və dissertant müraciət edərək Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan doktorant və dissertantlar üçün xarici dil minimum imtahanından şikayətlərini dilə gətiriblər. Onlar bu imtahanın Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş imtahanlar arasında ən çətin imtahan olduğunu və texniki baxımdan hər dəfə müxtəlif çatışmazlıqlarla yadda qaldığını bildiriblər. Şikayətçilərin iddiasına görə, ölkədə öz təhsilini başa vurmuş, artıq illərdir elmi işini və Ali Attestasiya Komitəsi tərəfindən qarşıya qoyulan bütün tələbləri yerinə yetirmiş yüzlərlə namizəd təkcə xarici dil minimum imtahanından yetərli balı yığa bilmədiklərinə görə müdafiəyə buraxılmırlar. Bu isə onlara həm mənəvi, həm də maddi mənada çox böyük zərər vurur. Mövcud problemlə bağlı ölkə rəhbərliyinə və uyğun qurumlara 67 nəfər doktorant-dissertantın imzaladığı ərizə ilə müraciət etdiklərini bildirən namizədlər mətbuatda da öz səslərini eşitdirmək niyyətindədirlər.

Bakı Dövlət Universitetinin doktorantı Türkan Qasımova iddia edir ki, xarici dil imtahanında çox zaman ixtisasla əlaqəsi olmayan, hətta bəzən absurd suallar salınır. Şikayətçi bu imtahanın yaşatdığı stress və gərginliyin onun səhhətində ciddi problemlərə yol açdığını da qeyd edir: "Son illər bir çox doktorant və gənc tədqiqatçı, xüsusilə də mənim kimi 2022-ci ildə doktorantura təhsilini başa vurmuş şəxslər ciddi çətinliklərlə üzləşirlər. Bu çətinliklərin başında isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanı durur.

Bu imtahanların məzmunu çox vaxt ixtisasla heç bir əlaqəsi olmayan sahələrdən - kosmos, biologiya, genetika, kimya və digər sahələrdən olan sualları əhatə edir. Belə suallar biz humanitar və ictimai elmlər üzrə tədqiqat aparan doktorantların real bilik və bacarıqlarını əks etdirmir. Nəticədə aylarla vaxtımız, enerjimiz, maddi vəsaitimiz bu imtahanlara sərf olunur, lakin nəticə əldə etmək çox zaman mümkün olmur. Bu isə artıq elmdən soyumağımıza, motivasiyamızın itməsinə və psixoloji gərginliyə düşməyimizə səbəb olur.

Şəxsi nümunəmi də təqdim etmək istəyirəm: Mən 2022-ci ildə doktoranturanı bitirmişəm. Lakin artıq 4 ildir ki, yalnız xarici dil imtahanının keçirilməməsi səbəbindən dissertasiya işimi müdafiə edə bilmirəm. Hər dəfə imtahan üçün hazırlaşmaq mənim üçün həm ailə həyatımda - körpə uşaq və ailə məsuliyyətləri fonunda, həm də sağlamlığım baxımından son dərəcə ağır zülmə çevrilib. Bu müddət ərzində əsəb sistemim tamamilə pozulub, həkim müayinəsindən sonra başımda 5 mm ölçüdə şiş aşkarlanıb. Elmə xidmət etmək istəyən bir alim üçün bu vəziyyətin nə qədər ağır və təhlükəli olduğu bəllidir.

Ən acınacaqlısı isə odur ki, xarici dil imtahanında cəmi 26-27 balla kəsilmişəm və bu nəticə mənim elmi fəaliyyətimi davam etdirməyimə əngəl yaradır. Yenidən bu ağır prosesi yaşamaq məcburiyyətindəyəm. Bu da bir daha sübut edir ki, bu imtahan sistemi təkcə akademik yox, həm də psixoloji və sağlamlıq baxımından zərərli nəticələr doğurur".

AMEA Folklor İnstitutunun dissertantı Günay Oruczadə mövcud sistemin həm məzmun, həm də təşkilati baxımdan yenidən nəzərdən keçirilməsinə ciddi ehtiyac olduğu qənaətindədir:

"Qeyd etmək istərdim ki, 2021-ci ildə xarici dil üzrə imtahandan 28 bal toplayaraq dissertanturaya qəbul olmuşam. Mövcud tələblərə əsasən, minimum üçün nəzərdə tutulan keçid balından cəmi 2 bal az topladığım üçün yenidən imtahan vermək məcburiyyətində qalmışam. Halbuki qəbul mərhələsində xarici dil üzrə müəyyən səviyyənin təsdiq olunması artıq baş vermişdir. Bu baxımdan, eyni istiqamətdə təkrar imtahan mexanizminin tətbiqi məqsədəuyğun görünmür.

Bundan əlavə, son illərdə imtahanın strukturunun mürəkkəbləşdirilməsi, yeni bölmələrin əlavə olunması və çətinlik səviyyəsinin artırılması  (C1 level) namizədlərin əsas elmi fəaliyyətindən yayınmasına səbəb olur. Xarici dil bacarıqlarının qiymətləndirilməsi elmi fəaliyyət üçün əhəmiyyətli olsa da, minimum imtahanın hazırkı formatı elmi-tədqiqat işinin prioritetliyini kölgədə qoyur. Dissertantın əsas vəzifəsi elmi araşdırma aparmaq, nəticələr əldə etmək və elmi yenilik ortaya qoymaqdır. Xarici dil imtahanına həddindən artıq zaman sərf olunması isə bu prosesə mənfi təsir göstərir.

Maliyyə və sosial aspekt də diqqətə alınmalıdır. İmtahana hazırlıq üçün aylıq təxminən 200 manat və imtahan üçün əlavə 110 manat ödəniş tələb olunur. Bu isə xüsusilə ailəli dissertantlar üçün ciddi maliyyə yükü yaradır. Eyni zamanda, iki övladı olan bir ana kimi bildirmək istərdim ki, intensiv hazırlıq prosesi ailə və valideynlik məsuliyyətlərinin icrasına da mənfi təsir göstərir. Akademik fəaliyyətlə yanaşı, ailə öhdəliklərini balanslaşdırmaq onsuz da çətin olduğu halda, minimum imtahanın yüksək stress və vaxt tələbi bu balansı daha da pozur.

Nəzərə alınmalıdır ki, dissertant artıq ali təhsilin növbəti pilləsində elmi fəaliyyətlə məşğul olan tədqiqatçıdır və onun xarici dil bacarığı əvvəlki mərhələlərdə müəyyən qədər qiymətləndirilmişdir. Bu səbəbdən, fikrimcə, əlavə minimum imtahanın tətbiqi əvəzinə, qəbul imtahanında əldə olunan nəticənin əsas götürülməsi daha səmərəli və rasional həll yolu ola bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, xarici dil üzrə minimum imtahanın ləğv olunması və ya ən azı mövcud formatının əsaslı şəkildə sadələşdirilməsi məqsədəuyğun hesab olunur. Bu addım dissertantların diqqətini əsas elmi fəaliyyətə yönəltməyə, maliyyə və psixoloji yükü azaltmağa və elmi məhsuldarlığı artırmağa xidmət edər".

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Turanə Cabbarzadə hər imtahanın özündən əvvəlkindən daha çətin, həm də bir çox texniki problemlərlə zəngin olduğunu iddia edir. O bu baxımdan 15.02.2026-cı il tarixində keçirilən xarici dil üzrə minimum imtahanının da təəssüf ki, gözləniləndən daha çətin və bir sıra təşkilati problemlərlə müşayiət olunduğunu bildirir:

"İmtahan C1 səviyyəsində təşkil edilmişdi və bu səviyyə özü yüksək hazırlıq tələb etsə də, əsas narazılıq məhz imtahanın keçirilmə forması və texniki çatışmazlıqlarla bağlı idi.

İmtahan kompüter vasitəsilə aparılırdı. Lakin dinləmə bölməsi üçün qulaqcıqların təqdim olunacağı gözlənilsə də, bu, təmin edilmədi. Bu hal iştirakçılar arasında narahatlıq yaratdı, diqqətin yayınmasına və tapşırıqların rahat yerinə yetirilməməsinə səbəb oldu.

"Reading" (oxu) bölməsində mətnlərin həcminin çox böyük və hissələrə aydın şəkildə bölünməməsi vaxt bölgüsündə ciddi çətinlik yaratdı. Nəticədə iştirakçılar həm vaxt itkisi yaşadı, həm də diqqət dağınıqlığı ilə üzləşdi. Bu isə ümumi nəticəyə birbaşa təsir göstərdi.

Yazı (esse) hissəsində də texniki problemlər müşahidə olundu. Kompüterdə yazı yazarkən durğu işarələrini (vergül, nöqtə və s.) tapmaq əlavə vaxt aparırdı. Bu səbəbdən bir çox iştirakçı tələb olunan 200-250 söz həcmində essenin vaxtında tamamlanmasında çətinlik çəkdi. Vaxt itkisi yazının keyfiyyətinə də təsirsiz ötüşmədi.

İmtahanın sonunda test tapşırıqlarının cavabları monitorda təqdim olunarkən nəticələr bir çoxumuz üçün gözlənilməz oldu. Aşağı nəticələrin əsas səbəbi bilik səviyyəsindən daha çox imtahanın texniki və təşkilati baxımdan qüsurlu keçirilməsi ilə bağlı idi.

Xüsusilə vurğulamaq lazımdır ki, 2019-cu ildə qəbul olunmuş və IELTS kimi beynəlxalq imtahan vasitəsilə dil biliyini artıq sübut etmiş doktorantların yenidən bu formada minimum imtahan verməsi məqsədəuyğun görünmür. Xarici dil minimum imtahanının müdafiə prosesinə maneə yaratması doktorantlar üçün əlavə akademik və psixoloji yük formalaşdırır.

Hesab edirik ki, mövcud minimum imtahanın ləğv edilməsi daha ədalətli yanaşma olardı".

Cənab Prezident İlham Əliyevin ötən il noyabr ayının 3-də AMEA-nın 80 illik yubiley tədbirindəki çıxışında, eləcə də 2026-cı ilin 5 yanvar tarixində yerli telekanallara müsahibəsində dilin saflığının mühafizəsi məsələsini xüsusi qeyd edərək onun yad təsirlərdən qorunmasını strateji vəzifə kimi dəyərləndirdiyini xatırladan şikayətçilər bildiriblər ki, ölkə başçısı tərəfindən dövlət dilinə bu qədər ciddi önəm verildiyi halda, öz ömürlərini Azərbaycan elminə həsr etməyə hazır olan gənc alimlərin xarici dil üçün bu qədər incidilməsi heç də məqsədəuyğun deyil.

Doktorantlar onu da qeyd ediblər ki, ölkəmizin beynəlxalq arenada günbəgün güclənən mövqeyini yaxşı anlayır və dəstəkləyir, eləcə də çağdaş dünyamızda hər bir alimin ən azı bir xarici dil biliyi olması fikri ilə onlar da razılaşırlar. Ancaq problem xarici dil imtahanından kəsilən namizədlərin yetərli dil biliklərinin olmaması yox, bu imtahanın yaratdığı əlavə çətinliklərdir. Onlar xüsusən, doktorantura pilləsinə qəbul olmaq niyyətində olan iddiaçıların xarici dil imtahanına cəlb olunmasına məqsədəmüvafiq və çox lazımlı addım kimi alqışlayır, dəstəkləyirlər. Lakin onlar həm də doktoranturaya qəbul olan namizədin sonrakı 3 il ərzində görəcəyi işin yalnız öz elmi araşdırması, tədqiqatı olmalı olduğunu, öz enerjisini, bilgisini, maddi və mənəvi resurslarını məhz bu istiqamətdə xərcləməli olduqları fikrindədirlər. Onların sözlərinə görə, bunun əksinə olaraq, doktoranturaya 30 baldan aşağı balla qəbul olan namizəd öz elmi işinə, tədqiqatına ayıracağı vaxtı və enerjini yenə də bu illər ərzində xarici dil imtahanına sərf etməli olur.

Bütün bunları nəzərə alaraq, şikayətçi doktorant və dissertantlar bir sıra təkliflər də irəli sürürlər:

1. Xarici dil imtahanı tələbinin dissertasiya müdafiəsində məcburi şərt olaraq saxlanılmasının yenidən nəzərdən keçirilməsi və artıq doktorantura təhsilini başa vurmuş şəxslərə bu tələbin tətbiq olunmaması;

2. Xarici dil imtahanlarının məzmununun sadələşdirilməsi və ixtisasa uyğunlaşdırılması;

3. Alternativ metodların - elmi fəaliyyət dövründə beynəlxalq tədbirlərdə iştirak, xarici jurnallarda məqalə nəşrləri və s. - dil biliyinin sübutu kimi qəbul edilməsi;

4. Gənc alimlərin elmi fəaliyyətlərini dayandırmadan müdafiə hüququ qazanmaları üçün inzibati baryerlərin aradan qaldırılması;

5. Mövcud vəziyyətin ali rəhbərlik səviyyəsində nəzarətə götürülməsi və aidiyyəti dövlət qurumlarına konkret tapşırıqların verilməsi.

Gül BƏNİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri