Icma.az
close
up
RU
Xarici diplomun yaratdığı süni prestij elmi keyfiyyəti azaldır Professorun YAZISI

Xarici diplomun yaratdığı süni prestij elmi keyfiyyəti azaldır Professorun YAZISI

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prof. Zahid Fərrux Məmmədov

Müasir ali təhsil sistemində tədqiqatçıların akademik reputasiyası yalnız elmi nəticələrdən deyil, həm də sosial və institusional statusdan təsirlənir. Robert K. Mertonun “Matfey effekti” nəzəriyyəsi göstərir ki, artıq üstünlüyə malik olan şəxslər əlavə imkanlar əldə edir və prestij spiralına daxil. Bu mexanizm kümülatv üstünlüklərlə sıx bağlıdır: ilkin üstünlük zamanla yeni üstünlüklər doğurur.

Xaricdə diplom almaq da, təəssüf ki, bu mexanizmlərin sosial təzahürü kimi funksional rol oynayır. Bir çox hallarda diplom sahibinin elmi bacarığı ilə sosial prestiji arasında ciddi fərq yaranır və bu fərq akademik mühitdə süni üstünlüklərin formalaşmasına gətirib çıxarır.

Merton “Matfey effekti”ni elmi mühitdə nüfuz və prestijin paylanması ilə izah etmişdir. “Matfey effekti” məşhur alimlər daha çox kredit qazanır, az tanınmış alimlər isə real töhfələrinə baxmayaraq “görünməz qalır” prinsipinə əsaslanır.

“Kümülatv üstünlüklər” nəzəriyyəsi isə göstərir ki, ilkin üstünlük zamanla resursların və imkanların artmasına səbəb olur . Bu mexanizm yalnız fərdlər arasında deyil, institutlar və universitetlər səviyyəsində də müşahidə olunur.

Xarici diplomun sosial dəyəri yalnız onun təqdim etdiyi biliklə ölçülmür. Burdye simvolik kapitalı “obyektiv dəyəri olmadan dəyər kimi tanınan sərvət” kimi təsvir edir. Xaricdə diplom daşıyıcısının prestiji real bilik və bacarıqdan daha çox diplomun brend dəyəri ilə bağlı olur. Bu fenomen akademik qərarvermə mexanizmlərində və tədqiqat mühitində süni üstünlüklərin yaranmasına şərait yaradır.

Diplom sahibi, real tədqiqat və bilik bazası nə qədər zəif olsa da, xarici universitetin brendi ona müəyyən üstünlük təmin edir.

Simvolik kapital, sosial gözlənti və institusional legitimləşdirmə mexanizmi vasitəsilə aktivləşdirilir:

1. Institusional legitimləşdirmə: Diplom sahibi işə qəbul, akademik vəzifələr və qrant imkanlarında daha çox üstünlük əldə edir. Məsələn, bir universitetdə dekan təyin edilərkən tədqiqat göstəricilərindən çox diplomun mənşəyi nəzərə alınır.

2. Sosial prestij: Xaricdə diplom alan şəxslər tez-tez akademik tədbirlərdə ekspert kimi təqdim olunur, sosial mediada və ictimai platformalarda yüksək görünürlük qazanır. Bu prestij isə əlavə imkanlar və resurslar doğurur.

3. Görünən keyfiyyətin süni formalaşması: Diplom sahibi özünü bilikli kimi təqdim edə bilir, baxmayaraq ki, onun bilik və tədqiqat bacarığı yerli kontekstdə kifayət qədər inkişaf etməmiş ola bilər.

“Matfey effekti” çərçivəsində simvolik kapital xarici diplom vasitəsilə aşağıdakı şəkildə kümülatv üstünlük yaradır:

-Diplom sahibi ilkin prestij qazanır.

-Bu prestij onu daha çox görünən edir və əlavə imkanlar gətirir.

-Yeni imkanlar isə daha çox prestij və sosial kapital yaradır.

Nəticədə diplomun brendi və sosial gözlənti bilik və akademik fəaliyyətlə müqayisədə üstünlük qazanır, yəni süni üstünlüklər formalaşır. Bu həm yerli elmi mühitdə, həm də beynəlxalq təhsil bazarında akademik reputasiyanın inflasiyasına səbəb olur.

Praktik nümunələr və müşahidələr:

-Bir çox hallarda “xaricdə oxumuşam” statusu avtomatik olaraq konfranslarda, seminar və layihələrdə spiker və ekspert statusu verir.

-Yerli alimlər, hətta uzun illər elmi fəaliyyət göstərsələr belə, sosial kapitalı zəif olduğu üçün görünməz qalırlar.

-Xarici diplom sahibi tez-tez qrant, layihə və maliyyə dəstəyi almaqda üstünlük qazanır, nəticədə elmi məhsuldarlıqdan çox prestijli görünmə ön plana çıxır.

Beləliklə, diplom sahibi daha çox görünürlük və resurs topladıqca, yerli alimlər üçün imkanlar daralır, akademik bərabərsizlik artır.

Xarici diplom yalnız bilik və tədqiqat göstəricilərini deyil, həm də simvolik kapital və prestij mexanizmlərini aktivləşdirir. Bu, akademik sistemin strukturunu dəyişdirir və “Matfey effekti”nin tətbiqi ilə süni üstünlüklər yaradır. Elm yalnız brend diplomla deyil, real bilik və məhsuldarlıqla ölçülməli, simvolik kapitalın aşırı təsiri isə minimuma endirilməlidir.

Xaricdə diplom almaq avtomatik olaraq yüksək bilik və tədqiqat bacarığı ilə eyniləşdirilmir. Diplom sahibi:

-akademik araşdırma aparmaya bilər,

-metodoloji bacarıqları zəif ola bilər,

-yerli kontekstdə problemləri düzgün qiymətləndirməyə bilər.

Bu halda diplom yalnız süni prestij yaradır. Bir dəfə xarici diplom alan şəxs:

-İş vəzifələrinə seçilir,

-Tədbirlərdə ekspert kimi dəvət olunur,

-Media və sosial şəbəkələrdə görünürlük qazanır,

-Növbəti akademik qərarlarda üstünlük əldə edir.

Bu spiral nəticəsində real akademik performansın əhəmiyyəti azalır. Süni prestij mexanizmi aşağıdakı nəticələri yaradır:

-Həqiqi tədqiqatçılar görünməz qalır,

-Elmi keyfiyyət deyil, etiketi qiymətləndirilir,

-Akademik qərarvermədə ədalətsizlik yaranır,

-Tədqiqat mədəniyyəti zəifləyir.

Bəzi institusional çatışmazlıqlar mövcuddur ki, bu zaman akademik performans və tədqiqat göstəricilərinə bəzən kifayət qədər diqqət yetirilmir və diplomun brendi əsas meyar kimi nəzərə alınır. əmək bazarının kommersiyalaşması nəticəsində diplomlar həm bazar qiyməti, həm də sosial prestij baxımından qiymətləndirilir; bu isə xarici diplom sahiblərinə əlavə imkanlar yarada bilir. Media və sosial təsir mexanizmi xarici diplom sahiblərinin ictimaiyyət qarşısında ekspert statusunu gücləndirir, belə ki, onların real elmi bilik və təcrübəsi görünən prestij ilə müşahidə olunur. Daxili meyarların və obyektiv qiymətləndirmə mexanizmlərinin tam tətbiq olunmaması yerli mütəxəssislərin elmi töhfələrinin kifayət qədər tanınmasına mane ola bilər və onların karyera imkanlarını məhdudlaşdıra bilər; nəticədə akademik bərabərsizlik məsələsi diqqət tələb edən sahə kimi qalır.

Problemin həlli yolları və tövsiyələr:

-Akademik vəzifələr və qrantlar yalnız real nəticə və tədqiqat göstəricilərinə əsaslanaraq verilməlidir, beləliklə elmi fəaliyyətin obyektiv qiymətləndirilməsi təmin olunmalıdır;

-Xarici diplom yalnız avtomatik üstünlük kimi qəbul edilməməli, əksinə fərdin potensial imkanlarını göstərən bir göstərici kimi qiymətləndirilməlidir;

-Yerli alimlərin tədqiqat fəaliyyətinə daha çox dəstək verilməli, onların akademik nailiyyətləri həm institusional, həm də maliyyə resursları baxımından təşviq olunmalıdır;

-Akademik reputasiya inflyasiyasının qarşısı alınmalı və sosial prestij ilə real elmi performans arasındakı fərq minimuma endirilməlidir;

-Elmi keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi institusional auditlər vasitəsilə həyata keçirilməli, obyektiv standartlar və kriteriyalar tətbiq olunmalıdır.

“Matfey effekti” və "Kümülatv üstünlüklər” nəzəriyyəsi göstərir ki, xaricdə diplom almaq – əgər tədqiqat və bilik dəstəklənmirsə – yalnız süni prestij yaradır. Bu, akademik mühitdə:

-real tədqiqatçıların marginalizasiyasına,

-akademik reputasiyanın inflasiyasına,

-elmi keyfiyyətin azalmasına səbəb olur.

Elm yalnız diplom brendi ilə deyil, real bilik və nəticələrlə ölçülməlidir. Hər bir akademik sistem üçün əsas prinsip budur: “Status yox, keyfiyyət dəyərləndirilməlidir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Noyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri