Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Xarici ekspert: Azərbaycan mühüm logistika qovşağı və Orta Dəhlizin hərəkətverici qüvvəsi qismində əhəmiyyətli rola malikdir MÜSAHİBƏ

Xarici ekspert: Azərbaycan mühüm logistika qovşağı və Orta Dəhlizin hərəkətverici qüvvəsi qismində əhəmiyyətli rola malikdir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

AZƏRTAC logistika üzrə ekspert, “NFident GmbH” şirkətinin nümayəndəsi Verner Piterslə müsahibəni təqdim edir. “NFident GmbH” nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırılması üzrə ixtisaslaşmış texnoloji logistika həllərinin aparıcı tərtibatçısı və operatoru olan “Nafith International Group”un bir hissəsidir. Verner Piters logistika sahəsində rəqəmsal və innovativ həllərin təşviqi ilə məşğuldur, onun fəaliyyəti Azərbaycanda və Orta Dəhlizdə iştirak edən digər ölkələrdə nəqliyyat infrastrukturunun inkişafı və modernləşdirilməsinə kömək etmək məqsədi daşıyır.

- Asiya-Avropa nəqliyyat dəhlizlərinin həyata keçirilməsində Azərbaycanın rolu nədən ibarətdir və “Nafith” kompaniyası bu regiondakı şirkətlərə təchizat zəncirlərinin optimallaşdırılmasına necə dəstək ola bilər?

- Azərbaycan mühüm logistika qovşağı və Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu), habelə Beynəlxalq “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin hərəkətverici qüvvəsi kimi əsas rola malikdir. Onun strateji mövqeyi, müasir infrastrukturu, xüsusən də Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla mühüm layihələri Asiya ilə Avropa arasında yüklərin rahat daşınmasını təmin edir. Bu marşrutlar ənənəvi dəniz və hava yollarına alternativ təklif edir və regional əlaqənin gücləndirilməsinə töhfə verir.

Azərbaycan özünün tranzit potensialını artırmaq məqsədilə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi, o cümlədən avtomobil və dəmir yollarının, liman qurğularının inkişafı üzrə layihə və proqramları fəal şəkildə həyata keçirir.

“Nafith International” kompaniyası ticarət proseslərinin səmərəliliyini artıran, cəmiyyətin və ticarətin rifahı naminə ortaq yükdaşıma infrastrukturundan istifadəni optimallaşdıran texnologiyaya əsaslanan xidmətlərin yaradılması və idarə edilməsi sahəsində ixtisaslaşıb. Bizim xüsusi həllərimiz məlumat mübadiləsini sadələşdirmək, marşrutdan istifadəni artırmaq və onun potensialını optimallaşdırmaqla ölkələrə mövcud və gələcək infrastruktur investisiyalarından maksimum istifadə etməyə kömək edir. Məhsullarımızı uyğunlaşdırmaq yolu ilə iqtisadi və texniki inkişafın müxtəlif səviyyələrini nəzərə alır və geniş şəraitdə səmərəliliyi təmin edirik.

- “Nafith Logistics International”ın yaxın 2-3 il ərzində Qafqaz regionunda biznesin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi ilə bağlı planları nədən ibarətdir?

- Son bir il ərzində komandamız diqqətini Orta Dəhliz boyunca yerləşən ölkələrə yönəldib. Rəqəmsallaşma həllərimiz hazırda bu marşrutdan səmərəli istifadəyə mane olan bəzi əməliyyat və infrastruktur problemlərini həll edə bilər. Biz artıq Poti və Bakı limanlarının maraqlı tərəfləri ilə intensiv görüşlər keçiririk və keçən həftə “Nafith International” və “Kurık Port Development” (Qazaxıstan) Orta Dəhliz boyunca avtomobil nəqliyyatı üçün rəqəmsal həllərin işlənib hazırlanmasına yönəlmiş Anlaşma Memorandumu imzalayıb. İmzalama mərasimi İordaniya Kralı II Abdullahın Qazaxıstana səfəri zamanı baş tutub.

“Nafith” kompaniyası dövlət-özəl tərəfdaşlıq və regional əməkdaşlıq formasında strateji sərmayələr vasitəsilə avtomatlaşdırma və rəqəmsal idarəetmə sistemlərinin tətbiqinə - limanın hinterlandında yük maşınlarının hərəkətinin optimallaşdırılması, habelə yük axınının təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün keçid məntəqələrinin avtomatlaşdırılmasına sərmayə qoyur. Növbəti 2-3 il ərzində bu səylər davam edəcək və genişlənəcək ki, bu da “Nafith” kompaniyasına Cənubi Qafqazda və daha geniş Orta Dəhliz regionunda logistika və nəqliyyat infrastrukturunun modernləşdirilməsində aparıcı mövqe tutmağa imkan verəcək.

- “Nafith” kompaniyası regionda yükdaşımaların şəffaflığına və təhlükəsizliyinə necə töhfə verir?

- İstər quru, istər dəniz, istərsə də dəmir yolu ilə yüklərin daşınması malları potensial zədələrdən, oğurluqlardan və ya itkilərdən qorumaq üçün ciddi təhlükəsizlik tədbirləri tələb edən kritik prosesdir. Bugünkü dinamik qlobal dünya nizamında tədarük zənciri, innovativ strategiyalar və təhlükəsizlik tədbirləri müxtəlif nəqliyyat növləri üzrə malların təhlükəsiz və etibarlı daşınmasının təmin edilməsində mühüm rol oynayır.

“Nafith” kompaniyasının davamlı, yüksək texnologiya üzrə həlləri real vaxt rejimində məkana, limana girişə və yük statusuna nəzarət etmək üçün mobil proqramlar, RFID, IoT sensorları və blokçeyn kimi texnoloji vasitələr tətbiq etməklə yükdaşımalarının şəffaflığını və təhlükəsizliyini artırır. Bundan əlavə, riskləri proqnozlaşdırmaq üçün süni intellektdən istifadə olunur, həmçinin fiziki təhlükəsizlik tədbirləri, o cümlədən patentləşdirilmiş elektron açılma möhürləri və mükəmməl süni intellektlə işləyən smart portal kameraları mövcuddur. Bu strategiyalar yüklərin hərəkətinin dəyişməz şəkildə qeydə alınmasına imkan yaradır, təhlükəsizlik pozuntuları barədə ani xəbərdarlıqlar verir və izlənilmə səviyyəsini artırmaq və fırıldaqçılıq risklərini azaltmaq üçün təchizat zəncirinin idarə edilməsini təkmilləşdirir.

- Logistika sahəsində hansı innovativ tendensiyaların Azərbaycanda tətbiqini daha perspektivli hesab edirsiniz?

- Ümumilikdə, logistika texnologiyalarının gələcəyi perspektivli görünür. Çünki yeni texnologiyalar və tendensiyalar sənayedə əhəmiyyətli dəyişikliklərə səbəb olur. Süni intellekt, blokçeyn, avtonom nəqliyyat vasitələri və robototexnika yüklərin daşınması, izlənilməsi və idarə edilməsi üsulunu dəyişdirir. Bu yeniliklər təkcə səmərəliliyi artırmır və ya xərcləri azaltmır, həm də davamlılığı və müştəri məmnuniyyətini təmin edir.

Orta Dəhlizdə çoxsaylı təchizat zəncirinin iştirakçılarının olması məlumat axınının ləngiməsinə və yüklərin izlənilməsində çətinliklərə səbəb olur. Limanlar və logistika şirkətləri “NEXUS Hinterland Community System” kimi proqram platformalarımızı tətbiq etməklə, bizim avtomatlaşdırma həllərinin potensialından istifadə edə bilərlər. Bu, müxtəlif təchizat zəncirinin maraqlı tərəfləri arasında ucdan-uca inteqrasiyadır. Bunlar, həmçinin ticarətin asanlaşdırılması tədbirlərinin həyata keçirilməsi, inteqrasiya olunmuş sərhəd idarəçiliyi və rəqəmsallaşma dəhlizlərin inkişafı üçün əsas ilkin şərtlərdir. Ən yaxşı təcrübələrin hər bir ölkənin sərhəd keçid məntəqələrində tətbiqini təmin etmək üçün addımlar atıldıqdan sonra növbəti mərhələ konkret prosesin yalnız bir dəfə həyata keçirilməsi üçün agentliklərə iki ölkə arasında prosedurları əlaqələndirməyə və səlahiyyət verməyə imkan yaradan hüquqi və institusional çərçivənin hazırlanmasıdır. Bunun üçün bir-biri ilə əlaqəli İT sistemləri və elektron məlumat mübadiləsi tələb olunur ki, bu, öz növbəsində, tam rəqəmsallaşma tələb edir. Orta Dəhliz böyük potensiala malikdir və “Nafith”in təcrübəli komandası onu gücləndirə bilər.

- “Nafith Logistics” Azərbaycan limanları, gömrük orqanları və logistika şirkətləri ilə necə qarşılıqlı fəaliyyət göstərə bilər? Həyata keçirilən layihələrdən konkret nümunələr təqdim edə bilərsinizmi?

- Hazırda Orta Dəhlizdə ən aktual problemlərdən biri məlumatların görünməməsidir: yükgöndərənlər qarşılıqlı əlaqədə olan çoxsaylı operatorlar və interfeyslər səbəbindən zəif şəffaflıq və gözlənilməz xərclərlə üzləşirlər. Rəqəmsal transformasiyanın, məlumat axınlarının təkmilləşdirilməsi və qarşılıqlı fəaliyyət göstərən sistemlərin yaradılması bu marşrutlar üzrə şəffaflığı və səmərəliliyi artıracaq. “Nafith” bu problemlərin aradan qaldırılması, limanlar və hinterlandlar arasında daha sürətli və dəqiq məlumatın ötürülməsi üçün qabaqcıl texnologiyalarımızı inteqrasiya etmək məqsədilə Orta Dəhliz boyunca yerləşən müxtəlif ölkələrlə fəal danışıqlar aparır.

“Nafith International” kompaniyası artıq iyirmi ildən artıqdır ki, İordaniyada və 2016-cı ildə İraqdakı liman terminallarında, azad zonalarda və oxşar obyektlərdə həyata keçirdiyi tədbirlərlə avtomobil daşımaları əməliyyatlarının inteqrasiyası və sinxronlaşdırılmasına xüsusi diqqət yetirmək yolu ilə yükdaşımaları təkmilləşdirmək üçün qabaqcıl intellektual nəqliyyat sistemlərini layihələndirir, qurur və istismar edir.

Kompaniya 2025-ci ilin fevral ayında Misirin “Egytrans” şirkəti ilə birlikdə Qərbi Port-Səid limanında yol nəqliyyatı əməliyyatlarını modernləşdirmək və rəqəmsallaşdırmaq üçün Misirdəki Süveyş Kanalı İqtisadi Zonasının (SCZONE) Baş idarəsi ilə 25 il müddətinə dövlət-özəl tərəfdaşlıq müqaviləsi imzalayıb. “Nafith Egypt” adlanan birgə müəssisə vasitəsilə ən müasir yük maşını növbələrinin təşkili meydançasının (Truck Marshaling Yard, TMY) tikintisi və tıxac problemlərinin həlli, habelə limanda logistika səmərəliliyini artırmaq üçün qabaqcıl avtomatlaşdırma sistemlərinin tətbiqi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri