Icma.az
close
up
RU
Ekspert: Azərbaycan Gürcüstan tərəfdaşlığı Orta dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir MÜSAHİBƏ AZƏRTAC

Ekspert: Azərbaycan Gürcüstan tərəfdaşlığı Orta dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan və Gürcüstan uzun illərdir ki, əməkdaşlığı ardıcıl şəkildə gücləndirir, qarşılıqlı tərəfdaşlıqdan nəzərəçarpacaq fayda əldə edirlər. Bu ölkələrin birgə səyləri də regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. İkitərəfli qarşılıqlı fəaliyyət nümunəsi göstərir ki, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi əməkdaşlığın səmərəliliyinin artırılmasına kömək edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonra Bakıya ötən həftəki səfəri Azərbaycanın Tbilisinin xarici siyasət prioritetlərində əsas rolunu vurğulayan mühüm hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmliyini və zənginliyini xüsusi qeyd etdi, onların strateji əhəmiyyətini vurğuladı.

Gürcüstanlı ekspert, Strateji Təhlillər Mərkəzinin həmtəsisçisi, Gürcüstanın Rusiyadakı keçmiş səfiri Valeri Çeçelaşvili ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında iştirak etmək üçün ilk xarici səfərini Azərbaycana edib. Sizcə, Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın gələcəyini necə görür?

- Gürcüstanın istənilən hökuməti, tərkibindən asılı olmayaraq strateji tərəfdaşlıq və müsbət qarşılıqlı asılılıq prinsiplərinə əsaslanaraq Azərbaycanla münasibətlərini daim inkişaf etdirəcək. Bu iki dövlətin qarşılıqlı əlaqəsi onların geosiyasi əhəmiyyətini xeyli artırır. Bundan başqa, praqmatik nöqteyi-nəzərdən bu, Azərbaycan üçün əsas ixrac bazarlarına çıxış, Gürcüstan üçün isə enerji təhlükəsizliyinin təminatı deməkdir.

- Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə hansı töhfəni verir?

- Gürcüstan və Azərbaycan arasında tərəfdaşlıq, o cümlədən Gürcüstanın Türkiyə ilə əməkdaşlığı və onların Ankara-Tbilisi-Bakı formatında üçtərəfli münasibətləri beynəlxalq aləmdə regional subyektivliyin gücləndirilməsində əsas rol oynayır. Bu qarşılıqlı əlaqələr regionun sabitliyi və inkişafı üçün təməl rolunu oynayır, çünki bu çərçivədə mühüm infrastruktur layihələri həyata keçirilib.

- Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyinə ümid etdiyini bildirib. Sizcə, qarşıdan gələn görüşdə hansı məsələlər müzakirə oluna bilər?

- Xanım Maka Boçorişvili, eləcə də cənab İrakli Kobaxidze bu gün “Gürcü arzusu” partiyasını təmsil edirlər. Üçtərəfli formatda görüşün keçirilməsinə gəlincə, bu, özlüyündə müsbət addımdır. Bu əməkdaşlığın əhəmiyyəti bütün tərəflər üçün aydındır, lakin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən nəqliyyat-kommunikasiya potensialından daha səmərəli istifadəyə yönəlmiş konkret problemlərin həllinə diqqət yetirməyin vaxtı çatıb.

Bu marşrutu çox vaxt Orta Dəhliz adlandırırlar, baxmayaraq ki, mən “Mərkəzi Dəhliz” termininə üstünlük verirəm.

Tarif və gömrük siyasətinin əlaqələndirilməsi, o cümlədən logistik prosedurların sadələşdirilməsi dəhlizin yük sahibləri üçün cəlbediciliyini artıracaq və marşrutun tam dolu olmasını təmin edəcək ki, bu da bütün iştirakçılara - Azərbaycan, Gürcüstan və Türkiyəyə iqtisadi fayda gətirəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə Gürcüstan siyasətinin sabitliyində maraqlı olmalıdır ki, bu da nəqliyyat layihələrinin uğurla həyata keçirilməsində əlavə amilə çevriləcək.

- Sizcə, Orta Dəhlizin inkişafına yönəlmiş layihələrin icrası zamanı hansı çətinliklər yarana bilər və onların öhdəsindən necə gəlmək olar? Orta Dəhlizin inkişafında Azərbaycanın və Gürcüstanın rolu nədən ibarətdir?

- Müvafiq inzibati orqanların gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi və sinxronlaşdırılması üzərində fəal işləməsi zəruridir. Yük sahiblərinin vahid koordinasiya orqanı ilə, istər müştərək müəssisə olsun, istərsə də ixtisaslaşmış strukturla qarşılıqlı əlaqədə ola biləcəyi mexanizm yaratmaq vacibdir. Bu, yüklərin bu dəhlizlə təhlükəsiz, sürətli və qənaətcil daşınmasını təmin edərdi. Bu gün Mərkəzi Nəqliyyat və Kommunikasiya Dəhlizinin potensialından tam istifadə olunmur. Azərbaycan-Gürcüstan tərəfdaşlığı onun uğurlu fəaliyyətinin əsas elementidir və bu əməkdaşlığın daha da inkişafı dəhlizin strateji potensialını tam üzə çıxarmağa imkan verəcək.

- Sizcə, bu dəhliz digər nəqliyyat marşrutları ilə müqayisədə hansı üstünlüklər təklif edir?

- İlk növbədə, əlverişli coğrafiyadır ki, bu da nəqliyyat məsafəsinin azaldılmasını təmin edir. Bundan əlavə, marşrutun sabit iqlim şəraiti var ki, bu da fasiləsiz nəqliyyat rabitəsini asanlaşdırır.

- 2024-cü ildə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi əhəmiyyətli həcmə çatıb. Sizcə, ölkələrimiz arasında ticarətin bu qədər artmasına səbəb olan əsas amillər hansılardır?

- İlk növbədə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı xarakterizə edən strateji dostluq münasibətlərini qeyd etmək lazımdır. Hər iki ölkənin sahibkarları və işgüzar dairələri arasında qarşılıqlı əlaqə rahatdır ki, bu da iqtisadi əlaqələrin daha da inkişafı üçün mühüm amildir. Bununla belə, Gürcüstan tərəfinin dərc etdiyi statistik məlumatlar əsasında dövlətlər arasında ticarət dövriyyəsinin strukturunun təhlili onun nisbi mühafizəkarlığını göstərir. Son illərdə nə ixracda, nə də idxalda yeni məhsul xətləri meydana çıxmayıb. Bu, daha dərin iqtisadi inteqrasiyaya doğru irəliləmənin zəruriliyini nümayiş etdirir.

- Azərbaycan və Gürcüstan digər iri regional layihələrin həyata keçirilməsində təcrübələrini nəzərə alaraq, Yaşıl Enerji Dəhlizi layihəsinin inkişafına hansı töhfəni verə bilər? Belə böyük layihələr fonunda regionun geoiqtisadi və enerji xəritəsinin dəyişdirilməsində Azərbaycanın və Gürcüstanın rolunu necə qiymətləndirirsiniz? Yaşıl Enerji Dəhlizi layihəsi uğurla həyata keçirilərsə, region üçün hansı perspektivlər açılacaq?

- Bu layihə uğurlu icrası üçün bütün zəruri ilkin şərtlərə malik olan strateji təşəbbüsdür. O, enerji resurslarının mövcudluğuna, yaxşı qurulmuş əməkdaşlıq mexanizmlərinə və Avropa İttifaqı (Aİ) formasında hazır satış bazarına əsaslanır. Azərbaycan enerji mənbəyi kimi çıxış edir, tranzit isə Azərbaycan və Gürcüstan ərazisindən həyata keçirilir. Eyni zamanda, Gürcüstanın da bu enerji dəhlizinin həyata keçirilməsində iştirak etmək potensialı var. Nəzərə alsaq ki, son iki ildə ölkə elektrik enerjisinin əhəmiyyətli xalis ixracatçısına çevrilib. Maraqlıdır ki, onun elektrik enerjisinin 90 faizi su elektrik stansiyaları tərəfindən istehsal olunur və “yaşıl”dır. Bu əməkdaşlığı tənzimləyən əsas sənədlər artıq imzalanıb. Xüsusilə, 2022-ci il iyulun 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Bakıya səfər edib və burada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda strateji əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan və onun Xəzər boyunca Mərkəzi Asiya tərəfdaşları arasında yaranan etimad genişmiqyaslı Transxəzər təşəbbüslərinin, o cümlədən Yaşıl Enerji Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Artıq bütün maraqlı tərəflər bunu həyata keçirməyə hazır olduqlarını bildiriblər. Sazişin imzalanmasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın hökumət başçıları iştirak ediblər.

Bu layihə təkcə aşkar iqtisadi faydalarına görə deyil, həm də Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə görə prioritet diqqət tələb edir. Təşəbbüsün həyata keçirilməsi əsas qlobal oyunçuların, o cümlədən Avropa İttifaqının geosiyasi maraqlarında Bakının və Tbilisinin rolunu artıracaq. Bu, öz növbəsində, gələcək əməkdaşlığın ən mühüm sahəsi olaraq qalan digər enerji və infrastruktur layihələrinin, ilk növbədə, Transxəzər layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq.

- Azərbaycan və Gürcüstanın həyata keçirdiyi hansı qlobal layihələri ən uğurlu hesab edirsiniz?

- Ən uğurlu layihəni, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri hesab etmək olar. Bu, stabil fəaliyyət göstərən və neft axınını, o cümlədən Qazaxıstandan cəlb edən strateji əhəmiyyətli marşrutdur. Qazaxıstan neftinin həcmi hələ də cüzi olsa da, onun nəqli faktının özü layihəyə tələbatı təsdiqləyir. BTC 50 milyon ton tranzit potensialına malikdir və dünya neft istehlakının təxminən 2 faizini nəql edir. Əsas istiqamət İtaliya limanlarıdır. Ona görə də bu layihə geosiyasət və iqtisadi təsir baxımından ən əhəmiyyətli layihədir. Bununla yanaşı, Azərbaycan və Gürcüstanın ikitərəfli formatda həyata keçirdiyi Bakı-Tbilisi-Supsa layihəsinin sıçrayış xarakterini qeyd etməmək olmaz. Bu, kənar müdaxilə olmadan həyata keçirilən ilk layihədir. Onun həyata keçirilməsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi sonrakı təşəbbüslərin təməli oldu.

Gürcüstan üçün ən mühüm layihə stabil və etibarlı qaz təchizatı hesabına ölkənin enerji təhlükəsizliyini təmin edən Bakı-Tbilisi-Ərzurum layihəsidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı qlobal enerji qeyri-sabitliyi fonunda bir çox Avropa ölkələri qaz qiymətlərində kəskin dalğalanmalarla üzləşib. Lakin Gürcüstanda bu problem ölkə hökuməti ilə SOCAR arasında səmərəli əməkdaşlıq sxemi sayəsində praktiki olaraq hiss olunmur. Bunun nəticəsidir ki, SOCAR nəinki sərfəli şərtlərlə qaz tədarük edir, həm də Gürcüstanda şəbəkəsini inkişaf etdirir.

Bütün layihələr birlikdə Cənubi Qafqazın vahid nəqliyyat-kommunikasiya sistemini təşkil edir ki, bu da onun beynəlxalq əməkdaşlıqdakı rolunu kökündən dəyişir. İnfrastrukturun inkişafına kompleks yanaşma regiona qlobal nəqliyyat və enerji axınları üçün əsas mərkəzə çevrilməyə imkan verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri