Icma.az
close
up
RU
Xarici KİV in ölkə ərazisində fəaliyyəti tənzimlənəcək RƏY

Xarici KİV in ölkə ərazisində fəaliyyəti tənzimlənəcək RƏY

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici ölkələrin media subyektləri, eyni zamanda onların filialları ölkə ərazisində dövlətlərarası razılaşmalara əsasən fəaliyyət göstərir. Bu razılaşmalar əldə edilərkən xarici KİV-in ölkə ərazisində fəaliyyətinin forma, məzmun və şərtləri müəyyən edilir. Əlavə olaraq xarici KİV-lər ölkə ərazisində fəaliyyət göstərmək üçün xarici işlər nazirliyində akkreditasiyadan keçirlər və akkreditasiyadan keçərkən də yenə də fəaliyyətin forma və şərtləri məzmunlaşdırılır.

Bundan əlavə olaraq Azərbaycanda media haqqında qəbul olunmuş yeni qanun, yəni, 2022-ci ildə qüvvəyə minmiş qanun həm də bu sahədə yeni müəyyən şərtləri irəli sürür. Belə ki, media haqqında yeni qanuna əsasən, göstərilir ki, ölkəmizdə xarici media nümayəndələrinin və media subyektlərinin fəaliyyəti həmin ölkələrdə Azərbaycan mediasının fəaliyyətini yaradan şəraitə adekvat olacaqdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bu fikirləri Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli vurğulayıb ki, bu, çox zəruri bir düzəlişdir və Azərbaycanın indiyə qədər məruz qaldığı haqsızlıqları aradan qaldırması üçün müəyyən şərtlər yaradır. Yəni, artıq nəzərə almaq lazımdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, özünün nüfuzunu, imicini qorumaq imkanlarındadır. Azərbaycan ərazisində, Azərbaycan informasiya məkanını təmin edən kifayət qədər böyük informasiya vasitələri mövcuddur. Artıq burada xarici KİV-lərin fəaliyyətinə o qədər də zərurət yoxdur.

"Azərbaycan ərazisində kimlərsə fəaliyyət göstərmək istəyirsə, onlar da özlərinin fəaliyyətlərini Azərbaycanın bu qanunvericiliyinə, eyni zamanda dövlətlərarası razılaşmalarda nəzərdə tutulmuş forma və şərtlərə əlavə etməlidirlər. Eyni zamanda, onlar da öz ərazilərində Azərbaycan media subyektlərinin, Azərbaycan jurnalistlərinin fəaliyyəti üçün adekvat şərtlər yaratmalıdırlar".

Müşfiq Ələsgərli hesab edir ki, indiki qərarın verilməsi, şərtlərin, formaların yenidən işlənməsi, Azərbaycanda informasiya məkanının təhlükəsizliyinin qorunmasına, eyni zamanda Azərbaycanın haqq səsinin xarici ölkələrdə yayılmasına qarşılıqlı, bərabərhüquqlu münasibətin, fəaliyyətin göstərməsinə şərait yaradır.

“Etiraf etmək lazımdır ki, indiyə qədər xarici ölkələrin Azərbaycan ərazisində fəaliyyəti bir sıra problemlərə yol açırdı. Onlar bura informasiya əldə etmək adı ilə daxil olurdular. Ancaq Azərbaycanın informasiya məkanında müəyyən pozuculuq əməlləri törədirdilər, burada müəyyən dezinformasiyalar yaratmasına şərait yaradırdılar. İndi isə qanunvericiliyin təkmilləşməsi, eyni zamanda xarici media qurumları ilə əməkdaşlığın forma və məzmununun qətiləşməsi, artıq bu cür sui-istifadə hallarının aradan qaldırılmasına şərait yaradacaqdır. Çoxdandır ki, Azərbaycan ərazisində fəaliyyət göstərən digər KİV-lərə də bunun tətbiq olunması, Azərbaycan informasiya məkanının layiqli şəkildə mühafizə olunmasına xidmət göstərən addımlardır”, - deyə MŞ rəsmisi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 17 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri