Icma.az
close
up
RU
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub AzPolitika onlayn siyasiictimai qəzet

Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən Sohrabi Akbar Ghesmat adlı əcnəbiyə hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Sohrabi Akbar Ghesmat Azərbaycan vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib və strateji obyektlərlə bağlı məlumatları toplayıb dövlət təhlükəsizliyinə zidd olaraq digər ölkəyə ötürüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

seeBaxış sayı:100
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri