Icma.az
close
up
RU
Xarici serial və mədəniyyət məhsulları gənclərin milli kimliyini zəiflədir? MÜNASİBƏT BİLDİRİLDİ

Xarici serial və mədəniyyət məhsulları gənclərin milli kimliyini zəiflədir? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Cəmiyyətlərin milli və dini kimliyinə təsir edən bir çox daxili və xarici amillər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu amillərdən biri də xarici ölkələrdən kütləvi şəkildə idxal olunan televiziya serialları, filmlər və cizgi filmləridir. Bu audiovizual məhsullar xüsusilə gənc nəslin psixologiyasına və əxlaqi baxışlarına birbaşa təsir göstərməkdədir. Tarixə nəzər salsaq, bu tendensiyanın 40-50 il öncə Hindistan filmləri ilə başlandığını, sonralar Meksika serialları ilə davam etdiyini, bu gün isə əsasən Türkiyə serialları vasitəsilə geniş miqyasda yayıldığını müşahidə edirik. Bu filmlərdə tez-tez ailədaxili xəyanət, evli şəxslərin qanunsuz münasibətləri, açıq-saçıq səhnələr, alkoqol və siqaret kimi vərdişlərin normallaşdırılması, ata-övlad münasibətlərində qarşıdurmalar və s. kimi mənfi nümunələr təbliğ olunur. Nəticədə, gənclər bu serial qəhrəmanlarını özlərinə kumir seçərək onların həyat tərzini təqlid etməyə başlayırlar. Gənclərin xarakter formalaşmasında rol oynayan bu filmlər onlarda əxlaqsız davranışları adi və qəbulolunan bir norma kimi təqdim edir. Məsələn, siqaret və alkoqol istifadəsi adi hal kimi qarşılanır, ailədaxili sadiqlik dəyərdən düşür və qeyri-əxlaqi münasibətlər “azad seçim” kimi göstərilir. Saç düzümü, geyim və danışıq tərzində belə serial qəhrəmanlarının təqlid olunması müşahidə olunur. Bu isə gənclərin ümumi əxlaqına, mənəvi dünyagörüşünə və nəticə etibarilə milli-dini dəyərlərinə ciddi şəkildə mənfi təsir göstərir.

Digər tərəfdən, ölkəmizdə təşkil edilən beynəlxalq mədəni tədbirlər də bu prosesin bir hissəsinə çevrilmişdir. Xüsusilə “Eurovision” kimi tədbirlərdə iştirak edən bəzi ifaçıların şəxsi həyat tərzi və təqdim etdiyi mədəni dəyərlər yerli adət-ənənələrimizlə uyğun gəlmir. Bu tədbirlərdə tez-tez LGBT yönümlü ifaçılar iştirak edir və onların qalib gəlməsi, cəmiyyətin bəzi təbəqələrində yanlış örnəklərin nüfuz qazanmasına səbəb olur. Məsələn, “Eurovision” müsabiqəsində qalib gəlmiş avstriyalı müğənni Konçita Vurst cəmiyyətə fərqli, lakin birmənalı qarşılanmayan geyim və davranış tərzi ilə təqdim olunmuşdu. Onun uğuru bir çox gənc üçün nümunəyə çevrildi. Halbuki bu nümunə, gənclərin milli-mənəvi köklərindən uzaqlaşmasına, fərdiyyətçilik adı altında milli və dini dəyərlərə qarşı laqeyd münasibətin yaranmasına səbəb olur. Bu cür xarici təsirlər – istər film və seriallar, istərsə də beynəlxalq tədbirlər – milli kimliyin, dini dəyərlərin, ailə institutunun və əxlaqın zəifləməsinə yol aça bilər. Bu səbəbdən də bu kimi mədəni məhsul və tədbirlərə yanaşmada daha məsuliyyətli, seçici və tənqidi olmaq vacibdir. Gənc nəslin tərbiyəsində, onların baxış bucağının formalaşmasında milli və dini dəyərlərin qorunması prioritet məsələ olmalıdır.

Müəllif: Günel Rəşadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri