Icma.az
close
up
RU
Xarici xəbər resurslarının əks təbliğatlarının dəfələrlə şahidi olmuşuq Rəfail Becanov

Xarici xəbər resurslarının əks təbliğatlarının dəfələrlə şahidi olmuşuq Rəfail Becanov

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Xarici ölkələrin xəbər nümayəndəliklərinin redaksiya formasında fəaliyyətlərinin ləğv edilməsi çoxdan həllini tapmalıydı. Əslində, uzun illər bu subyektlər ölkəmizin və xalqımızın maraqlarını nəzərə almadan, baş ofislərindən aldıqları xüsusi təlimatla fəaliyyət göstəriblər. Ona görə  də bu, çoxdan həllini tapmalı məsələ idi. Lakin illərlə uzanırdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, xüsusilə, bizim Qarabağ zəfərimizdən sonra onların əks təbliğatlarının dəfələrlə şahidi olmuşuq:
"Məlumatları elə hazırlayıb yayımlayırdılar ki, xalqda bir ruh düşkünlüyü yaransın, nail olduğumuz milli birliyə mümkün qədər zərbə vurulsun. Qələbəmizə bir şübhə yaransın. 
Ümumiyyətlə, hər hansı ölkənin xəbər resursunun bir redaksiya olaraq Azərbaycanda fəaliyyət göstərməsinə heç bir səbəb və ehtiyac yoxdur. Birincisi, Azərbaycanın xəbər subyektləri həmin ölkədə hansı formada fəaliyyət göstərirsə, onların da bizim ölkədəki fəaliyyəti ona adekvat olmalıdır. İkincisi, ictimai fikirdə həmin subyektlərin informasiya resursundan çox, kəşfiyyat xarakterli fəaliyyət sərgiləməsi formalaşmışdı. Çünki onların özləri üçün ölkənin daxili işlərinə müdaxilə etməyə qədər bir mexanizm hazırladıqları ilə bağlı hər zaman şübhə olub".
Onun sözlərinə görə, fəaliyyəti ləğv edilən “Rossiya Segodnya”nın (“Sputnik- Azərbaycan”) nümayəndəliyi 2015-ci ildən bir xəbər resursu kimi yox, bizim bildiyimiz qədər təbliğat qurumuna çevrilmişdi:
"Dəfələrlə bu məsələ ictimai müzakirəyə də çıxarılıb, mediada bununla bağlı yazılar gedib, açıqlamalar olub. Ola bilsin ki, başqa istiqamətlərdə də fəaliyyətləri olub və düşünürəm, bu da araşdırılmalı məsələdir. O cümlədən digər ölkələrə məxsus subyektlərlə də bağlı analoji araşdırma aparılması vacibdir. Rəsmi məlumatda da bildirilir ki, fəaliyyətləri ləğv edilən subyektlər bir müxbirlə yenidən akkreditasiyadan keçə bilərlər. Ona görə də bunu qadağa hesab etmirəm, Azərbaycan qanunvericiliynə uyğunlaşma, Azərbaycan dövlətinin və xalqının maraqlarının nəzərə alınması hesab edirəm".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri