Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Xaricilərlə evlilik Azərbaycan üçün hansı təhlükəni gətirir? Ekspertdən SOS

Xaricilərlə evlilik Azərbaycan üçün hansı təhlükəni gətirir? Ekspertdən SOS

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ənənəvi cəmiyyət dövründə (əvvəllər) başqa xalqlarla, millətlərlə nikah münasibətlərinə cəmiyyətdə yaxşı baxılmırdı. Bizim arxetiplərimiz (kollektiv şüur) var idi. Onlar imkan vermirdi ki, vətəndaşlarımız digər xalqların nümayəndələri ilə ailə qursun”. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev azərbaycanlıların xarici vətəndaşlarla ailə qurması barədə statistikadan danışarkən deyib. O, əcnəbilərlə nikahın genofondu təhlükəyə atdığını söyləyib:

“Xatırlayırsınızsa, sovetlər birliyi dövründə oğlanlar əsgər gedəndə, valideynlər tapşırırdı ki, şərəflə xidmət elə, ancaq orada - yəni SSRİ məkanına daxil olan digər ölkə vətəndaşları ilə ailə qurma, öz elinə, obana qayıt. Çünki bəzi hallar olurdu ki, hərbi xidmətdən rus, yaxud ukraynalı qızlarla qayıdırdılar. Bizdə belə hallara çox pis baxılırdı.

Çünki milli, identiklik məsələsinə, çox həssas, konservativ yanaşılır, bu, genofonda təhlükə kimi qiymətləndirilirdi. Hətta deyirdilər ki, qanı başqa millətin qanı ilə qarışdırmaq olmaz. Bu, SSRİ süquta uğrayana qədər davam etdi. Bundan sonra artıq Azərbaycan açıq cəmiyyətə inteqrasiya olundu. Xarici ölkələrə get-gəl, xarici seriallar, filmlər, bütün bunlar başqa xalqlarla nikahları təşviq etdi. 

Əvvəlcə bu formada başladı ki, məsələn, bizim cəmiyyətdə nişanı qayıdan qızla, boşanan qadınla ailə qurmaq məsələsinə heç də yaxşı baxılmırdı. Buna görə də həmin qızlar, qadınlar əcnəbi vətəndaşlarla ailə qurmağa maraq göstərməyə başladılar. Səbəb də budur ki, xarici vətəndaşlar onlardan daha əvvəl nişanlı ya da ailəli olub-olmadığını soruşmurdu. 

Sonra isə ənənəvi cəmiyyət funksionallığını itirdikcə, liberal dəyərlər gəldikcə, cəmiyyətin fərd üzərində nəzərati, ictimai qınaq azaldıqca, artıq kişilərimiz də xarici vətəndaşlarla ailə qurmağa başladılar. 

İl ərzində təxminən 1500-1600 belə nikahın bağlanmasını müşahidə eləmək olur. Artıq ənənəvi cəmiyyət stereotipləri əriyir, ağsaqqallar, ağbirçəklər öz funksionallığını itirir, gənclərə, yeni nəsillərin seçimlərinə sərt müdaxilə edə bilmirlər. Beləliklə,gənclər də eqoist və müstəqil şəkildə qərar verirlər. Fikirləşirlər ki, öz həyatımdır və istədiyim kimi yaşayacağam. Hətta bunu bəzən də vətəndaş nikahı şəklində reallaşdırırlar, rəsmi şəkildə ailə qurmurlar.

Bu, genofondun təhlükəsizliyi baxımından ciddi bir məsələdir. Eyni zamanda, demoqrafik artım baxımından da problem ola bilər.

Çünki görürük ki, Azərbaycanda qızlar evlənməyə oğlan tapmağa çətinlik çəkir, yaxud da əksinə. Bu da sonunda genefond təhlükəsizliyi ilə bağlı problemə çevrilir”. 

Sosioloqun sözlərinə görə, xaricilərlə nikah mövzusuna daha ciddi yanaşan ölkələr var:
“Bir çox ölkələrdə belə mövzularda SOS siqnalı var. Bəzi Avropa ölkələrində sanki millətin qanını qorumaq təəssübkeşliyi deyilən bir anlayış var. Bəzən belə bir mövqe göstərirlər ki, miqrantlar fransızlarla, almanlarla nikaha girir və beləliklə,təmiz fransızlar və təmiz almanların gələcəyi sual altında qalır. Bu, həm genofond təhlükəsizliyi, həm də ailə dəyərləri baxımından vacib məsələdir. 
Bizim klassik Azərbaycan ailə dəyərləri instiutumuz var. Fərqli ölkələrin vətəndaşları ilə nikahlar şübhəsiz ki, institutun məzmun və strukturunda dəyişikliyə gətirib çıxarır”.

Ü.Şəfiyev hesab edir ki, bunun qarşısını təbliğatla almaq mümkündür: “Digər tərəfdən, biz vətəndaşların ailə qurarkən seçim haqqına girə bilmərik. Sadəcə təbliğat aparılmalıdır ki, öz millətimizlə, Azərbaycanda yaşayan insanlarla ailə qurmaq daha məqsədəuyğundur. Bu, həm milli identikliyi, həm ailə dəyərlərini qoruyub saxlamaq üçün vacibdir. Digər xalqların nümayəndələri evlənəndə ailə dəyərləri zəif olur, boşanmalar çox ola bilir. Çünki xarakter, ailə tərzləri fərqlidir. 

Öz xarakterinə, öz milli dəyərlərinə bələd olduğun insanlarla nikaha girmək ailə dayanıqlığına müsbət təsir göstər. Amma xaricilərlə bizimkilərin uğurlu nikahları da var. Məsələn, azərbaycanlı qız hansısa bir ingilislə evlənir, amma Azərbaycan ailə dəyərləri, bizim ailə institutuna məxsus olan xüsusiyyətləri qoruyub saxlayır. Hətta həmin oğlanı Azərbaycanın təəssübkeşi, Azərbaycanı müdafiə edən bir şəxs kimi də sosiallaşdıra bilir. Amma yaxşı olar ki, bütün hallarda öz vətəndaşlarımızla ailə qursunlar”.

Sosioloq artıq Qərb dəyərlərinin Azərbaycan ailələrinə ciddi şəkildə təsir göstərdiyini düşünür: 
“Etiraf etməliyik ki, artıq Qərb dəyərləri Azərbaycan ailəsinə müdaxilə etməyi bacarıb. Boşanmaların sayının artması, nikahların sayının azalması, boz boşanma - yəni 50 yaşdan yuxarı insanlar arasında boşanma sayının çoxalması və xarici vətəndaşlarla nikaha girənlərin sayını anrtması onu göstərir ki, bizim ailə institumuzda əsaslı dəyişikliklər baş verir. Bu, özü bir SOS siqnalıdır. 

Məsələn, 30 il qabaqkı Azərbaycan ailəsi ilə indikiləri müqayisə edəndə görürük ki, çox ciddi fərqlər. Oxşar tendensiya davam eləsə, cəmiyyətin sosial xarakterində əsaslı dəyişiklikləri müşahidə edəcəyik. Bu proseslər son nəticədə cəmiyyətimizdə çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Hesab edirəm ki, bütün müvafiq qurumlar çalışmalıdır ki, biz Azərbaycana məxsus milli-mənəvi dəyərləri qoruyaq və gələcək nəsillərə ötürməyi bacaraq.

Çünki bizi biz edən məhz Azərbaycanın özünəməxsusluğu, ailə institutudur. Təəssüf ki, bizdə Qərb ölkələrindən olan müdaxilələr, serialar, filmlər və s. bu gün cəmiyyətdə ailə institutuna çox ciddi təsir göstərib. Nəticədə Azərbaycan cəmiyyəti üçün heç vaxt xarakterik olmayan boşanma saldosu var”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin statistikasına görə, bu ilin 9 ayında 1 570 Azərbaycan vətəndaşı ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikah bağlanıb.
Məlumata görə, nikahlar daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları arasında baş tutub.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:396
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri