Icma.az
close
up
RU
Xarkov və Sumı istiqamətində nə baş verir? “Hələ ki, konkret hücum görmürük”

Xarkov və Sumı istiqamətində nə baş verir? “Hələ ki, konkret hücum görmürük”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski, onun ardınca isə Baş komandan Aleksandr Sırski Rusiyanın Xarkov və Sumı vilayətləri istiqamətində geniş miqyaslı hücuma başladığını bəyan ediblər. Lakin hərbi müşahidəçilər rus ordusunun hər hansı kəskin irəliləyişini müşahidə etmirlər.

“AzPolitika” xəbər verir ki, tanınmış hərbi ekspert, Almaniyanın “Bild” nəşrinin baş redaktoru Yulian Repke Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin Rusiyanın Sumı və Xarkov vilayətlərində faktiki olaraq hücuma keçməsi barədə sözlərini şərh edib: “Sumı rayonunda sərhədə yaxın 2-3 kiçik yaşayış məntəqəsi var ki, hazırda onlara ruslar nəzarət edir. Biz təzyiq görürük, amma hələlik orada konkret hücum görmürük. Kursk əməliyyatı ukraynalılara Sumı vilayətində yaxşı hazırlaşmaq, orada müdafiə strukturları yaratmaq imkanı verdi”.

Repkenin dediyinə görə, Xarkov vilayətində şərq istiqamətində Ukrayna qüvvələrinə təzyiq var, lakin genişmiqyaslı hücum yoxdur: “Ancaq başqa bir problem də var: rus qoşunları bir neçə yerdə Oskol çayını keçə biliblər və hazırda çayın qərb sahilində yerləşən altı kənd onların nəzarətindədir. Bu, onlara Xarkov vilayətinin qərbi və cənubu istiqamətində hücumda təzyiqi inkişaf etdirmək imkanı verir”.

Repke əlavə edib ki, ruslar Kursk vilayətini demək olar, tam azad edib, lakin sərhədə yaxın iki kənd var ki, onlara hələ də ukraynalılar nəzarət edir: “Belqorod vilayətində döyüşlər davam edir. Ruslar iki kəndi geri ala bilmədilər, ona görə də vəziyyət onlar üçün çətin olaraq qalır”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri