Xarkovun əsas yollarından birinə hücum edildi Avtomobillər yandı, ölən və yaralananlar var
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Rusiya Ukraynanın Xarkov vilayətinə idarə olunan aviabombalar ilə növbəti zərbələr endirib, ölənlər və yaralananlar var. Avtosfer.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun teleqram kanallarına istinadən "RBK-Ukrayna" məlumat yayıb. "Partlayışlar həm şəhər ətrafında, həm də birbaşa vilayət mərkəzində baş verdi. İlkin məlumata görə, zərbə Şevçenko rayonuna endirilib", - Terexov bildirib.
Daha sonra şəhər rəhbəri dəqiqləşdirib ki, zərbə Xarkov vilayətinin ən işlək yollarından birinə endirilib. Nəticədə bir neçə avtomobil yanıb, ətraf evlərin pəncərələri sınıb. Yanan maşınlarda insanlar olub.
***
Rusiyanın Xarkova idarə olunan aviabombalarla hücumu nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.
Bu barədə "RBK-Ukrayna" Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram"dakı bəyanatına istinadən məlumat yayıb.
O, bombalanan rayonda yalnız mülki yaşayış infrastrukturu və təhsil müəssisəsinin yerləşdiyini, burada heç bir hərbi obyektin olmadığını qeyd edib.
"Üç nəfər qəlpə yarası alıb, onların arasında 9 aylıq qız uşağı da var. Həkimlər bütün zəruri yardımı göstəriblər. Təəssüf ki, iki kişi həlak olub", - Sineqoubovun məlumatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 26 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















