Icma.az
close
up
RU
“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 fevral, Göyçək Mahmudlu, Şövqi Əzizov, AZƏRTAC

Fevralın 6-da Nizami Kino Mərkəzində Azərbaycan sənədli kinosunun formalaşmasında mühüm rol oynamış Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin yaradıcılıq yoluna və sənət irsinə həsr olunmuş “Xatirələr sahilində” sənədli filminin nümayişi keçirilib. "Azərnyumedia" tərəfindən istehsal olunan filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov, təsvir rejissorları Rafiq Əliyev və Arif Zeynalov, bəstəkarı Yaşar Baxışdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən filmin ssenari müəllifi və quruluşçu rejissoru, "Azərnyumedia" şirkətinin direktoru Kamran Qasımovun sözlərinə görə, orta nəsil, o cümlədən gənc kinematoqrafçılar arasında elə birisi yoxdur ki, Yalçın Əfəndiyevin adı onun həyatından keçməsin.

O, Y.Əfəndiyev barəsində deyib: "O, son dərəcə xeyirxah, ziyalı və ən yüksək insani keyfiyyətlərə malik şəxsiyyət idi. Biz onun vəfatından sonra, 2020-ci ildə çəkilişlərə başladıq. Çəkiliş dövründə ölkəmizdə və dünyada müxtəlif hadisələr yaşandı və filmin ərsəyə gəlməsi beş il zaman aldı. Hətta ekran işində yer alan müsahiblərin bəziləri artıq həyatda yoxdur. Bu işdə bizə dəstək göstərən hər kəsə təşəkkür edirəm".

Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev, Xalq yazıçısı Natiq Rəsulzadə Y.Əfəndiyev barədə xatirələrini bölüşüb, onun həm rejissor, həm pedaqoq, həm də insan kimi müsbət keyfiyyətlərindən danışıblar. Natiqlər Y.Əfəndiyevin kino sahəsində ensiklopedik biliklərə malik şəxs olduğunu, onun yoxluğunun böyük boşluqlar yaratdığını deyiblər. Həmçinin, Xalq artistinin milli kinematoqrafiyamıza verdiyi töhfələrdən söhbət açıb, filmi onun xatirəsinə həsr olunmuş kiçik abidə adlandırıblar.

Yalçın Əfəndiyevin ailə üzvləri adından oğlu İbrahim Əfəndiyev çıxış edərək göstərilən diqqətə və verilən yüksək dəyərə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.

Daha sonra "Xatirələr sahilində" sənədli filmi nümayiş etdirilib.

Film böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Xatirələr sahilində" Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi post-prodakşn mərhələsində olan filmlər arasında keçirilən “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri