Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Xatirəyə dönən insan

Xatirəyə dönən insan

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Görkəmli televiziya rejissoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, “Humay” və “Qızıl Dərviş” mükafatı laureatı Məhərrəm Bədirzadənin adı uzun illər bədii televiziya verilişlərinin sonluq titrlərində yazılıb. İnamla demək olar ki, ölkə əhalisinin bütün yaşlı və orta nəsil nümayəndələri onu, ən azı, ekran vasitəsi ilə tanıyıb. Ortaya qoyduğu proqramlar, teletamaşalarla yadda qalıb. 

Mən Məhərrəm müəllimlə televiziyada işə düzələndən sonra yaxından tanış olmuşam. Daimi işgüzarlıq onun vərdişi idi. Teleradionun çayxanasına gələndə də bir stəkan çay içib: “Mən qaçdım”, – deyirdi. – “Studiya qurulmalıdır”. İşinə olduqca ciddi yanaşan, şirkətin pillələrini sürətlə qalxıb-enən, gənclərə çox tələbkar və qayğıkeş münasibət sərgiləyən əsl ustad idi.      
Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında, Xəzərin qumsal sahillərində keçib. İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1971-ci ildən televiziyada çalışmağa başlayıb və Azərbaycanda teletamaşaların ilk nümunələrini yaradan sənətkarlardan olub. O zamanlar televiziyada dövrün bir neçə baxımlı verilişi  məhz Məhərrəmin adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin, birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”... “Sarı gəlin” televiziya filminə görə o, “Qızıl qılınc” mükafatı ilə təltif edilib. “Qaçaq Süleyman”, “Qaynana” əməliyyatı”, “Bağdada putyovka var”, “Mən sənin dayınam”, “Gəlinlər”, “Sonuncu şahid”, “Təlatüm”, “Dələduzlar” kimi 20-dən artıq film və teletamaşanın müəllifi olub. 2006-cı ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Televiziyada çalışmaqla bərabər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent kimi dərs deyib, bilik və təcrübəsini tələbələrə həvəslə öyrədib.
Məhərrəm Bədirzadə 8 aprel 2021-ci ildə – 76 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Ömrü filmotekanın lentlərində, fondun “yaddaş”ında davam edir.
Xalq artisti, professor İlham Namiq Kamalın unudulmaz dostu haqqında dedikləri:
– Gənclik illərindən son gününə qədər həmişə ayaqda görməyə adət etdiyim Məhərrəm qardaşıma nə “vida”, nə də “ölüm” sözünü yaraşdıra bilmirəm. Tanışlığımızın tarixi yarım əsrdən yuxarı olsa da, mənə elə gəlir ki mən ömrüm boyu bu pozitiv insanı tanımışam. Onunla saysız-hesabsız layihələrimiz olub. O, uşaqlıq illərindən son günlərinə qədər, az qala, hər bir ideyayasını mənimlə müzakirə edərdi. Elə ölümündən bir gün qabaq da zəng vurmuşdu. Bəzən də özü dediyi kimi “elə-belə”, hal-əhval tutmaq üçün zəng edərdi. Onun zəngləri insana pozitiv əhval bəxş edərdi. Məhərrəm daim axtarışda olan, nəsə etmək istəyən və həmişə nəsə edən, bir də teatr tarixini yaddaşında saxlayan nadir bir insan idi.
İstənilən tamaşa haqqında ondan dəqiq məlumat almaq olardı. Dostların əhatəsində olmaqdan xüsusi zövq alardı.
Məhərrəm peşəkar səviyyəli televiziya rejissoru olmaqla yanaşı, həm də maraqlı bir aktyor idi. Onun M.F.Axundovun “Mürafiə vəkilləri”ndə yaratdığı Ağakərim obrazı dediyimin bariz nümunəsidir. 
Onun nişan mərasimindən başlayaraq, övladlarının və nəvələrinin bütün xeyir işlərində iştirak etmişəm. O, mənim və qardaşımın haqqında “Sənətkar ömrü” verilişlərinin müəllifi olub. Bizim yaradıcılığımıza yüksək qiymət verib. Məhərrəm istedadlı və peşəkar səviyyəli insan olaraq istedada və peşəkarlığa həmişə yüksək qiymət verib. Görkəmli sənətkarımız Nəsibə xanım Zeynalovanın son günlərini belə tarix üçün çəkməyə çalışırdı... Bir gün öz ömrü də sona yetdi. Məhərrəm Bədirzadəyə ulu tanrı 76 illik ömür payı qismət etdi. Təskinlik bundadır ki, o, adını Azərbaycan televiziya tarixinə yaza bilib...
Telerejissor Nadir Diridağlı:
– Səmimi, dürüst, çalışqan insan, sənətinin əsl fədaisi idi Məhərrəm müəllim. Ondan çox şeyi görüb-götürmüşük, ən başlıcası isə iş üçün, sənət üçün can yandırmağı. Məhərrəm Bədirzadənin yoxluğu bizim telerejissuramız üçün böyük itkidir. Onu daim xoş xatirələrlə yad edirik.
Quruluşçu rəssam Rəfael Əsədov: 
– Biz gözəl telerejissor olan Məhərrəm müəllimlə çoxsaylı Yeni il, Novruz bayramı verilişlərində, “Yumoristik novellalar”ın ekran təcəssümündə, “Mürafiə vəkilləri”ndə birgə çalışmışıq. Vəfatından 4 il keçir, amma indi də hər studiyaya girəndə elə bilirəm ki, qarşıma çıxacaq, yaradıcılıqla bağlı nəsə bir maraqlı fikir söyləyəcək, təşəbbüs irəli sürəcək. Məhərrəm bütün varlığı ilə sənətə, ekrana, rejissuraya bağlı insan idi. Allah ona rəhmət eləsin...

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri