XDS/XSS fraksiyasının lideri Merzin vaxtından əvvəl istefası ehtimalını rədd edib
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Frey “Funke” media qrupuna müsahibəsində deyib.
“Fridrix Merz seçilmiş kanslerdir. O, qanunvericilik müddətinin sonunadək bu vəzifədə qalacaq”, – deyə bildirib.
Onun sözlərinə görə, “kanslerin nüfuzuna heç bir xələl gəlməyib”.
Bundan əvvəl Merz hökumətdə həyata keçirilən son dəyişikliklərə görə XDS-dəki partiyadaşları tərəfindən tənqid olunub. Kanslerin özü isə mühafizəkarlar düşərgəsində vəziyyətin sentyabr ayına qədər “sakitləşəcəyini” bildirib.
Bununla belə, bəzi ekspertlər hesab edirlər ki, sentyabrda Berlində, Meklenburq-Ön Pomeraniyada və Saksoniya-Anhaltda keçiriləcək regional seçkilərdə XDS-nin uğursuz nəticə göstərməsi Merzlə bağlı narazılığı daha da artıra bilər. Bu halda partiyanın kansleri vaxtından əvvəl istefaya getməyə məcbur edə biləcəyi istisna edilmir.
Frey “Funke”yə müsahibəsində yalnız regional seçkilərin hakim koalisiyanın fəaliyyətinə təsir göstərə biləcəyini etiraf edib.
“Sentyabr seçkiləri, şübhəsiz ki, fəlakət olmayacaq, lakin istənilən halda Berlində hökumətin fəaliyyətinə təsir göstərəcək”, – XDS/XSS fraksiyasının lideri bildirib.
“Lakin bu, hamımıza aiddir”, – deyə Frey əlavə edib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Avqust 2026 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















