Icma.az
close
up
RU
Xəbər gəldi ki, Adil ölüb Bakıdakı kütləvi davanın iştirakçısı DANIŞDI

Xəbər gəldi ki, Adil ölüb Bakıdakı kütləvi davanın iştirakçısı DANIŞDI

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə barəsində həbs qərarı olmayan, qətimkan tədbiri seçilən təqsirləndirilən Samir Abbasovun ifadəsi ilə davam edib.

S. Abbasov hadisə yerinə əmisi Ələkbər Abbasovla birlikdə getdiyini bildirdi:

"Gəldik hadisə yerinə. Mətləb də orada idi. Adil gələn kimi bıçağı çıxarıb "Kimdir ə, məni axtaran?" deyə soruşdu. Biz  həqiqətən dava olmağını istəmirdik. Ara qarışıb dava düşəndə əmimlə mən kənara çəkildik. Qabağımızda bir neçə adam vardı, gözlərim də zəif gördüyünə görə nələr baş verdiyini görə bilmirdim. Tək gördüyüm Adilin bıçaq hərləyən əli, eşitdiyim də onun nalayiq söyüşləri idi. O qarışıqlıqda Adili kimin vurduğunu görə bilmədim. Biz əmi ilə hadisə yerindən uzaqlaşıb Neftçilər istiqamətinə çatanda xəbər gəldi ki, Adil ölüb. Biz ona görə ora getdik ki, məsələni sülhlə danışıb yoluna qoyaq, çağırmadıq ki, xalqın balası ölsün".

Daha sonra S. Abbasov məhkəmənin və vəkillərin suallarını cavablandırıb. Bundan sonra növbəti prosrs 8 dekabr, saat 16:30-a təyin olunub.

Xatırladaq ki, 18 iyun 2025-ci ildə Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirmişdir. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanmış, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunmuş, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə  barələrində həbs olmayan qətimkan tədbiri seçilib.

Fərqanə Novruzova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri