Icma.az
close
up
RU
Xəbər televiziyanın bel sütunudur Yeni mövsümə yeniliklərlə gəlirik

Xəbər televiziyanın bel sütunudur Yeni mövsümə yeniliklərlə gəlirik

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir televiziyalarda xəbərlər proqramının olması, yayımı və təqdimatı forma,üslub cəhətdən mütəmadi olaraq yenilənir.

İllər öncəki xəbər proqramları ilə müasir dövrdə təqdim olunan xəbərlərin müqayisəsində oxşar cəhətlər çox azdır.  Müasir xəbərlərdə vizual və audio effektlərə geniş yer verilir.Hədəf auditoriyaları, yayım prosesində istifadə edilən yeni texnologiyalar, tematik yayımda xəbərin qrafik həlli,data jurnalistikanın önəmi, ilə yanaşı vizuallaşdırmanın televiziya xəbərlərində ilk tələb kimi ortaya qoyulmasına diqqət çəkilir.

Müasir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlərə geniş yer verilməklə yanaşı,qrafik həll də mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadə xəbərin məzmununu daha anlaşılan edir, keyfiyyəti və təsir gücünü artırır. Müasir texnologiyalar yayımın keyfiyyəti ilə yanaşı, səmərəliliyini və interaktivliyini də artırır. Televiziya kanallarını izlədikcə, demək olar bütün kanallarda xəbər proqramları var və xəbər proqramları tv kanallarının güzgüsü, simasıdır.

İllərin sınağından çıxmış, ölkənin ictimai-siyasi,iqtisadi,sosial və digər sahələrini işıqlandıran, gündəlik həyatda baş verənləri qərəzsiz, operativ şəkildə çatdıran xəbər proqramlarının rolu böyükdür. Artıq özünə kifayət qədər auditoriya toplayan xəbər proqramlarından öyrəniləsi çox şeylər var.

Yenicə fəaliyyətə başlayan xəbər proqramlarından biri də MTV kanalında yayımlanan “Xəbərdar” proqramıdır. Əslində ilyarım müddətdə efirə çıxan “Xəbərdar” izləyicilərini gündəlik xəbərlərlə məlumatlandırır. Proqramda ictimai və dövlət maraqlarının müdafiəsi ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələdir və proqramda buna ciddi əməl edilir. Dövlətin, ictimaiyyətin maraqlarına xidmət etmək kimliyindən asılı olmayaraq hamının  borcu olduğu kimi “Xəbərdar”da da bu prioritet məsələdir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar ciddi araşdırıldıqdan sonra yayımına qərar verilir.

Bu baxımdan ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir.

Yeni olmasına baxmayaraq, az bir kollektiv ilə xəbərlər proqramlarının sırasına qoşulan,gün ərzində 3 dəfə yayımlanan  “Xəbərdar”da Dövlət başçımız,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti, səfərləri, qəbulları yayımlanır. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, iqdisadiyyatımızda,sosial həyatımızda baş verən yeniliklər, dünya xəbərləri və mədəniyyət xəbərləri sıralanır.

Xəbər televiziyanın bel sütunudur. Yeni mövsümdə yeniliklər “Xəbərdar”dan da yan keçməyəcək. Efirə yeniliklərlə gələcəyik. Nəzərdə tutduğumuz yenilikləri izləyicilərimiz dərhal hiss edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısı bizi də ruhlandırır və ölkəmizə,dövlətimizə,dövlətçiliyimizə azacıq olsa da bu sahədə verdiyimiz töhfələrdən qürur duyuruq.

Fatimə Paşayeva

“Xəbərdar” proqramının baş redaktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri