Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər KONKRET

XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə illərdir davam edən ən sərt qarşıdurmalardan biri, şübhəsiz, İran ilə İsrail arasındakı düşmənçilikdir. Son 12 günlük müharibə ilə bu münasibətlər son illərin ən gərgin mərhələsinə daxil oldu. Hər iki tərəfin qarşılıqlı raket zərbələri, hədəf alınan generallar və nüvə obyektlərinə edilən hücumlar, regionda böyük bir müharibənin hər an başlaya biləcəyi reallığını xatırlatdı.

İran və İsrail arasında uzunmüddətli sülh mümkündürmü? Bu, sadəcə diplomatik masa ətrafında həll edilə biləcək məsələdir, yoxsa ideoloji və geosiyasi ziddiyyətlər bu ehtimalı tarixin dərinliklərinə gömüb?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, İsrail və İran arasında atəşkəsin əldə olunması bütün dünyaya rahat nəfəs almaq imkanı verdi:

“Biz üçüncü dünya müharibəsinə səbəb ola biləcək böyük bir bəladan, az da olsa, uzaqlaşa bildik. Müharibə bizim sərhədlərimizə yaxın getdiyindən, ölkəmiz üçün təhlükə daha real idi. Xüsusilə, İsrailin raket zərbələri nəticəsində cənubda yaşayan soydaşlarımızın da həlak olması olduqca məyusedici haldır.

Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunan atəşkəs təqdir olunmalıdır. Ancaq nə İsrail, nə də İran apardıqları müharibə nəticəsində istədiklərinə nail ola bildi. Belə ki, İsrail müharibəyə başlayanda elan etdiyi məqsədlərə çata bilmədi. İran da cavab olaraq vəd etdiyi nəticələri əldə etmədi.

Bütün bunlar onu deməyə əsas verir ki, İsrail–İran müharibəsi bitməyib – sadəcə müvəqqəti olaraq dondurulub. Bu qarşıdurmanın istənilən anda yenidən alovlana biləcəyini unutmaq olmaz. Şübhəsiz ki, yeni müharibə əvvəlkindən daha dəhşətli və dağıdıcı ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyun 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see335

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see319

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see259

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see237

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see226

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see221

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see215

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see213

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see207

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see184

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see182

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see179

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see175

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see170

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see164

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see164

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see163

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see151

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see150

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri