Xəngəl niyə yağışlı havaların sevimli yeməyidir? Maraqlı AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Yağış yağan kimi xalqımızın həm qadınları, həm də kişiləri xəngələ üz tutur. Soyuq və yağışlı havalarda xəngəl süfrələrimizin sevimli yeməklərindən birinə çevrilir. Bir çoxları belə havalarda ailəsi və yaxınları ilə bir araya gəlib xəngəl yeməyi sevir. Yağışlı hava sanki xəngəl üçün xüsusi bəhanəyə çevrilir.
Maraqlıdır, bəs xalqımız xəngəli niyə bu qədər sevir?
Redaktor.az-a danışan “Refresh Group” MMC-nin baş icraçı direktoru, qida təhlükəsizliyi üzrə mütəxəssis Seymur Qafarov bildirdi ki, yağışlı və soyuq havaların dəyişilməz simvolu olan xəngəl həm mədəni dəyərimiz, həm də xalqımızın birliyini simvolizə edən süfrə bəzəyidir.
Müsahibimiz diqqətə çatdırdı ki, xəngəl təkbaşına yeyilməkdən çox, böyük bir süfrə arxasında, ailə və dostlarla birlikdə yeyilən yeməkdir:
"Yağışlı havalarda evə çəkilən insanların bir süfrə arxasında toplaşması üçün xəngəl əla bəhanədir. Xəmiri, əti, qatığı və yağı ilə xəngəl yüksək kalorili yeməkdir. Sərin havada bu cür doyurucu qidalar insana güc verir və uzun müddət toxluq hissi yaradır. İllərdən bəri formalaşmış "yağış yağırsa, deməli, xəngəl bişməlidir" düşüncəsi artıq bir adətə çevrilib. Bu, nəsildən-nəslə keçən şirin bir mədəniyyət elementidir".
Həmsöhbətimiz xəngəlin təhlükəsizliyi məsələsinə də toxundu:
"İsti bir boşqabda təqdim olunan bu yeməyin hazırlanmasında qida təhlükəsizliyi əsas şərtdir. Xəngəlin sevilməsinin sirri onun psixoloji istilik bəxş etməsində, insanları bir araya gətirməsində və doyuruculuğundadır. Bu ənənəni sağ-salamat yaşamaq üçün isə xəmirin təmizliyinə, ətin və digər məhsulların düzgün saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. İstehsalçıların və ictimai iaşə obyektlərinin gigiyena qaydalarına əməl etməsi sağlamlığımızı qorumağın təməlidir. Beləliklə, xəngəl sadəcə bir yemək deyil, həm də birlik, sevgi və düzgün qida təhlükəsizliyi mədəniyyətinin gözəl bir nümunəsidir. Əlavə olaraq, karbohidratlarla bağlı kritik məqam xəmirin hazırlanması və saxlanması zamanı rütubət və temperaturun düzgün tənzimlənməsidir. Çünki düzgün saxlanmayan un məhsulları kif və bakteriyaların artması üçün münbit şərait yarada bilər".
Aytəkin TOFİQQIZI
Baxış sayı:72
Bu xəbər 06 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















