Xərçəng bu orqanlarda daha teztez inkişaf edir
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanınmış rusiyalı onkoloq Konstantin Titov «Говорит Москва» radiostansiyasına verdiyi müsahibədə bildirib ki, bədxassəli şişlər bəzi orqanlarda digərlərlə müqayisədə daha tez-tez inkişaf edir.
Həkimin sözlərinə görə, xərçəngin ən “sevimli” orqanları arasında süd vəziləri (qadınlarda), dəri, düz və yoğun bağırsaq və həmçinin prostat vəzidir.
Titov bildirib ki, erkən mərhələlərdə aşkar olunmuş metastazsız şiş 80-90% hallarda tam müalicə olunur.
Həmçinin həkim qeyd edib ki, “xərçəng əsasən yaşlıların xəstəliyidir”. 90% və bundan çox hallarda onkoloji xəstəliklər məhz yaşlı insanlarda qeydə alınır.
Onu fikrinə görə son zamanlar yayılmış “xərçəngin cavanlaşması” versiyası özünü doğrultmur. “Xərçəng cavan insanlarda və hətta uşaqlarda da inkişaf edə bilər, lakin buna baxmayaraq xərçəng əksər hallarda yaşlı insanların xəstəliyidir” – onkoloq bildirib.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Noyabr 2024 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















