Xərçəngdən əziyyət çəkən sabiq ABŞ prezidentinin yeni görüntüləri yayıldı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2021-2025-ci illərdə ABŞ-nin prezidenti olmuş və hazırda prostat xərçəngindən əziyyət çəkən Co Bayden şüa müalicəsini başa vurub.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS" telekanalı Ağ Evin keçmiş mətbuat katibi Kelli Skalliyə istinadən məlumat verib.
Məlumata görə, gələn ay 83 yaşı tamam olacaq keçmiş dövlət başçısı oktyabrın 20-də Filadelfiyadakı xərçəng mərkəzində radiasiya müalicəsini tamamlayıb.
Həmin hadisənin görüntülərini onun qızı Eşli də sosial şəbəkədə yayımlayıb.
Yada salaq ki, mayın 30-da "The Washington Post" qəzeti Baydenin xərçəng xəstəliyinin müalicəsinə başladığını yazmışdı. Xəstəliyin prostat vəzindən başqa heç bir orqana təsir etmədiyi dəqiqləşdirilib.
Xərçəngdən əziyyət çəkən sabiq ABŞ prezidentinin yeni görüntüləri yayıldı


