Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Xərçəngi müalicə etdiyini deyən psixoloq: “40 dəqiqə bəs edir”

Xərçəngi müalicə etdiyini deyən psixoloq: “40 dəqiqə bəs edir”

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Gəncədə fəaliyyət göstərən psixoloq Muxtar Əsədov xərçəng və şəkər xəstəliyini dərmansız müalicə etdiyini bildirir.

O,Cebhe TV-yə müsahibəsində bu sahədəki təcrübəsini bölüşərək, insanların sağlamlıq problemlərinin həllində daha fərqli yolları nəzərdən keçirmək imkanlarından danışıb.

Turkustan.az Cebheinfo.az-a istinadən müsahibəni təqdim edir:

-Muxtar müəllim, xərçəng xəstəliyinin müalicəsi, bu xəstəlikdən sağalmaq mümkündürmü?

-Sağalmaq mümkündür, xərçəng xəstəliyinin sağalma metodları müxtəlifdir. Dərmanla da sağaldırlar, bir də qeyri-ənənəvi yol var. Azərbaycanda dərman üsuluna daha çox üstünlük verirlər. Mən Rusiyada təhsil alanda, bu haqda xeyli məlumat topladım.

Həm tibbi bilməyin lazım olduğunu başa düşdüm, həm də burada bir neçə faktor var: astrologiyanı, numerologiya elmini bilməlisən ki, bu məsələlərdən baş çıxarmaq olsun. Çünki xərçəng xəstəliyi stressdən, qəmli hadisələrdən qaynaqlanır, psixi durumu neqativ olan insanlarda baş verir.

Oxuduğum müəssisədə öyrətdilər ki, insan neqativə yüklənəndə daha çox xəstələnməyə meyilli olur. Sözsüz ki, uzunmüddətli narahatlıq olanda, mütləq travması insanda qalır. İnsanda iki cür enerji var: müsbət və mənfi. Mənfi enerji xəstəliklər yaradır, amma müsbət enerji daim insanın sağalmasına kömək edir. Avropada, bir çox ölkələrdə qeyri-ənənəvi həkimlikdən istifadə edilir. Əvvəl bu yol tutulur, yəni dərman vermədən insanın psixologiyasında o prosesin mənşəyi tapılır.

Çox vaxt soruşurlar ki, nədən xəstələndin? Deyir ki, yoldaşım avtoqəzaya düşdü və ya valideynimi itirdim. Bu problemləri araşdırıb izah etmək olur ki, bu hadisələr hər kəsin başına gələ bilər. Bunu travmatik qəbul edib uzunmüddətli beyində saxlayanda, mütləq fəsad verir. Şəxsin özünün dünyaya baxışında neqativlik çoxdursa, daim neqativ daşıyıcısıdırsa, neqativ, narahatlıq olan kimi bədəndə artizol artırıcı zəhər olur.

Onun da alternativi gülüşdür. Gülüş olmursa, neqativ arta-arta gedirsə, mütləq fəsadı olur. Deyilən kimi:

“Sirkə nə qədər tünd olsa, öz qabını sındırır”. Uzun müddət, illərlə neqativ düşüncə sahibində xəstəlik baş verir. O adam da düşünür ki, bu, məndə baş verirsə, yəqin bu xəstəlikdən ölürlər. Analizlərin cavabında həmin toxuma tapılanda deyir:

“Mən öləcəyəm”. Beynin belə neqativ düşüncələrlə yüklənməsi öz ölümünü gətirir. Eşidir ki, kimyaterapiyaya 1, 2, 3 dəfə getmək lazımdır,eşidəndə ki, 4-cü dəfə yoxdur, “bu sonuncudur” deyə düşünür. Onun bu halı beyinə əmr verir ki, öləcək. Mən uzunmüddətli təcrübələr əsasında öyrəndim ki, hansı ildən olan insanın necə əhvalı olur.

Bilirdim ki, məsələn, belə bir xanım var, xəstədir. Oxuyub bitirəndən sonra dedim ki, praktikada yoxlayım, görüm onu mənfidən çıxarıb müsbətə yükləsək, meditasiyadan istifadə edərək yüngülləşdirici hal gətirsək, yəqin sağalar. Praktikada gördüm ki, sağalır.

Psixoloqlara müraciətim odur ki, bu sahələri yenidən öyrənsinlər. Çünki xəstələrin artması məni narahat edir.

-Xərçəng xəstəliyinin müalicəsinin rahat həll yolu varsa, bu, niyə geniş yayılmayıb?

-Mənə elə gəlir ki, Azərbaycanda sadaladığım sahəni bilən, ya da inam yoxdur ki, insan dərmansız sağala bilər. Əslində bütün xəstəliklər dərmansız sağalır. Açığı, dərman sənayesində belə məsələlərin üzə çıxması heç kimin marağında deyil. Dərmanlara minlərlə investisiya qoyulur və gəlir əldə edirlər.

Yəni bu məsələ bəzi həkim qruplarının da marağında deyil. Həkimlər deyirlər ki, terapiya edirəm, qiymət 1000- 2000 manat olur. Bunlar böyük pullardır, az maaşla bu pulları vermək bir az çətindir. Amma mən dediyim üsulda o xərclər yoxdur. Psixoloq kimi bir neçə seansa bunu düzəltmək olar. Baxır o həkimin intellektinə, sənə və qarşındakının inamına.

Daxilimizdə iki qüvvə var: mələk və şeytan. Mələk qüvvəsi Allahın tərəfinə, yəni düz danışır. Amma vətəndaşa qeyri-müəyyən fikirlər söyləyib onu çaşdıranda, “sağala bilərsən, görək necə olur” deyəndə, beyin neqativə yüklənir.

Məsələn, qrip olursan, sonra öz-özünə sağalır. Hər kəsin özündə bir aptek var, o müəyyən xəstəliyə üstün gələ bilir. Amma stress olanda, xəstəliyə üstün gələ bilmir. Hormonlar, adrenalin, kortizol artır, zəhərlənmə gedir.

-Qidaların xəstəliklərin yaranmasına aidiyyəti varmı?

-Tamamilə var. Bizim əhvalimiz düzgün qidalanmadan asılıdır. Cavanlıqda həzm prosesi yaxşı olur, yaşlananda zəifləyir . Uzun müddət hər gün ət yesən, bu, həm zülaldır, hem yag, orda tərəvəz yoxdur, bunlar həzm prosesinə təsir edir . Bu yeməklərdən uzunmüddətli istifadədən sonra mütləq mədə - bağırsaq sistemində problem yaranır.

Bağırsaq sistemində sapdan nazik maddə var, onun cızılması bağırsaqda problem əmələ gəlir və ya düzgün yağlar yeməmək bağırsaq sistemində xəstəlik yaradır. Bədəndə enerji amili deyilən bir şey var. Demirəm ki, vegetarian olsun, amma 40 yaşından sonra həftədən 2 dəfədən çox ət yemək artıq riskli sayılır. Sıyıq, qarabaşaq və salat yemək lazımdır, göy - göyərti birinci dərmandır. Mənşəyi bilinməyən, kilosu 2-3 manat olan yağlardan uzaq olmaq lazımdır.

Mənşəyi bilinməyən yağ ürəkdə və digər orqanlarda problemlər yaradır. O yağları yemək olmaz. Zeytun yağı yemək olar, xalis bitki yağları, günəbaxan yağı ürək - damar sisteminə kömək edir.

-Bəs dediyiniz müalicə üsulu 100 % nəticə verirmi?

- Mən 4-5 nəfərə bu seansı etmişəm, hamısında da müsbət nəticə almışam. Yəni elə bir şey yoxdur ki, bunun nəticəsi birində olsun, başqasında olmasın. Amma elə adam var ki, sağalmaq üçün 1-2 seans, elə adam da var ki, 40 dəqiqə bəs edir. Enerji kanalını açmaqla neqativləri aparmaq olur. İnsan reallıqla barışmayanda, gərginlikdən antitellər əmələ gəlir.

İmmun sistemi əvvəl bunları blok edir, sonra isə neqativ fikirlərin daşıyıcısı olduqca, bədənin immun sistemi də zəifləyir, ona görə xəstəlik daha çox baş qaldırır. Həmin mikrob bədənə yayılır. Burada artıq mənfi qüvvə müsbət qüvvələri üstələyir və ölüm baş verə bilir. Oksigen-karbonat tarazlığı, əhval-ruhiyyə pozulur. Bunun sonu isə ölümlə nəticələnir. Bədən fəaliyyətini ona görə dayandırır ki, gücü çatmır, immun sistemi onu müdafiə edə bilmir.

- Ölkəmizdə kifayət qədər tanınan psixoloqlar var. Bəs onların maarifləndirmə tədbirlərini keçirməyə təsiri çatmırmı, insanlar niyə xərçəng kimi ciddi xəstəliklərdə analiz verib evdə oturaraq ölümü gözləyirlər?

- Bu, yaxşı hal deyil. Düzünü desəm, bu sahə üzrə təhsilimi 2001-ci ildə Rusiyada davam etdirmişəm. Mən Hüquq Akademiyasına qəbul oldum, orada eşitdim ki, ekstrasenslər məktəbi var, astromensial məktəb var.

Burada həm terapiya ilə narkomanları sağaldır, həm də neqativləri aradan qaldırmaq yolu ilə müalicə edirlər. Kronoterapiya ilə isə bıçaq dərinliyində olan bütün xəstəlikləri sağaltmaq mümkündür. Amma vətəndaş özü sıxıntılardan uzaqlaşıb, pozitivə köklənəndə, yaşadığına, həyatındakı insanlara şükür edəndə əhvalı dəyişir.

Mən pasiyentlərə çox deyirəm ki, gündə bir dəfə yumoristik videoya baxın, yaxşı söhbətdən zövq alın, insana bunlar lazımdır. Əks halda, insan daim neqativə yüklənirsə, düzgün qidalanmırsa, axırı ya insult, ya da başqa xəstəliklərdir. Həyatı sevə-sevə yaşayan insanların heç birində xəstəlik görməmişəm. Həyat eşqi ilə yaşayan insanlarda belə xəstəliklər olmur. Bu həyat eşqi hamıda olmalıdır. Şükür etmək lazımdır ki, müstəqil dövlətdə yaşayırıq, bunun özü xoşbəxtlikdir.

- Numerologiya maraqlı sahədir. Məsələn, sənədlərdə dünyaya gəldiyi tarix fərqli yazılarsa, doğum günlərinin insanın həyatına təsiri olurmu? Doğum tarixlərinin xəstəliklərlə əlaqəsi varmı?

- İnsanın doğulduğu gün təqvimdə qeyd olunmasa da, doğulduğu günün möhürünü üzərində daşıyır. Doğum tarixi ilə xəstəliklərin bağlılığı var. Bəzi bürclər neqativ enerji ilə çox yükləndiyi üçün onlar daha çox xərçəng xəstəliyinə tutula bilirlər. Mən bir neçəsinə də məsləhətlər vermişəm ki, neqativ daşıyıcıya çevrilməsinlər və o enerjidən çıxmağa çalışsınlar. Dörd tip insan mövcuddur: sanqvinik, xolerik, fleqmatik və melanxolik.

Məsələn, melanxolik bir az şəndir, xolerik hər şeyi dərd edəndir.Psixoloji mərkəzlər, psixoloji kitablar və internet vasitəsilə insanlar maariflənə bilərlər. Ən əsası, yaxşı psixoloqa müraciət etmək lazımdır, bundan qorxmamalıyıq.

Xaricdə insanlar ildə 1-2 dəfə psixoloq yanına gedirlər. Sovet dövründə bu imkan yox idi, hamı xoşbəxt və firavan yaşayırdı. Bu gün bütün dünyada psixoloqlar fəaliyyət göstərir. Dünyanın hər yerində psixoloq varsa, demək ki, buna ehtiyac olub. Vətəndaşlara deyirəm ki, xərçəng xəstəliyinə tutulmuş və ya risk altında olan insanlar əvvəlcədən psixoloqla məsləhətləşsinlər.

Əgər bu, onlara xeyir verməsə, həkim və dərman müalicəsi vacibdir. Eyni zamanda, psixoloq neqativ enerjidən qurtarmağa kömək edir və bilirsiniz ki, bu proses sağalmanı da dəstəkləyir.

-Ən çox yayılan xəstəliklərdən biri də şəkərdir. Şəkər xəstəliyinin də bu yolla müalicəsi mümkündürmü?

-Mən həmişə deyirəm ki, sağalmayan xəstəlik yoxdur. İnsanlar bilməlidirlər ki, şəkər, duz həm də dərmandır, amma bunların hamısını müəyyən miqdarda qəbul etmək olar. Gün ərzində 5-7 qram qədər duz, təxminən 2000 kalori, 5-7 qram şəkər qəbul edilməlidir. Biz bu dozaları hesablamağı bacarmalıyıq.

Duzu çox qəbul edəndə, ayaqlarda duzlaşma olur, daha sonra şəkər ayaqda yığılır. Eşidirik ki, filankəsin ayağı amputasiya edilib. Duz çox istifadə edildikdə, dadı itir və insan daha çox istifadə etməyə başlayır. Normal doza 5-7 qramdır və ona riayət etmək lazımdır.

Stereo faktoru mədəaltı vəzinin fəaliyyətini dayandıra, mədəyə spazm verə bilər. Şəkəri bir tərəfdən yeyib, bir tərəfdən əsəbləşəndə, mədəaltı vəzi insulin buraxmır. Çayı konfetlə içmək qəndlə içməkdən daha yaxşıdır, çünki qənd bütövlüklə şəkərdir. Bəzi insanlar deyirlər ki, “Şəkərim 400-dür, onunla yaşayıram”.

Mən izah edirəm ki, əgər o, bir dəfə təzyiqlə birgə qalxsa, insult keçirmə riski yaranır. Yəni maarifləndirmə işini sahənin öz həkimləri aparmalıdır. Çünki göstəricilər bizi narahat edir. Geniş məlumat vermək üçün masanın üstündən şəkəri götürmək, yerinə balaca konfet qoymaq daha sərfəlidir. Bu sahədə maarifləndirmə vacib məsələlərdəndir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see308

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see182

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see138

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see135

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see128

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see126

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see126

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see125

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see124

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see123

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see122

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see122

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see122

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see121

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri