Icma.az
close
up
RU
“Xərçəngin ən müasir diaqnoz və müalicəsi ilə məşğuluq” Həkimlərimiz dünyanı gəzir

“Xərçəngin ən müasir diaqnoz və müalicəsi ilə məşğuluq” Həkimlərimiz dünyanı gəzir

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Tanınmış azərbaycanlı həkimlər-tibbi onkoloq Dr. Pərvanə Rüstəmova və mammoloq-radioloq Dr. Günel Qəmbərova növbəti dəfə beynəlxalq tibbi konfransda Azərbaycan səhiyyəsini təmsil edib. Hər iki doktorun məruzə ilə çıxış etdiyi tədbir Şimali Kipr Türk Respublikasında baş tutub. Bir çox xarici mütəxəssislərin, dünyaca məşhur elm adamlarının iştirak etdiyi konfransın mövzusu süd vəzi xəstəlikləri ilə bağlı olub.

Qeyd edək ki, Dr. Günel Qəmbərova Məlhəm Beynəlxalq Hospitalda mammoloq-radioloq,  Dr. Pərvanə Rüstəmova isə Ege Hospitalda tibbi onkoloq kimi fəaliyyət göstərir.

Tədbirlə bağlı hər iki həkim “Qafqazinfo”nun suallarını cavablandırıb. 

İlk olaraq, Dr. Pərvanə Rüstəmova bildirib ki, iştirak etdikləri “Süd vəzi xəstəlikləri” adlı tədbir XVIII Beynəlxalq Konfrans idi:

“Üç gün ( 27-30 noyabr) davam edən tədbirdə süd vəzinin müxtəlif xəstəlikləri, xüsusən də, süd vəzinin xərçəngi, xoşxassəli törəmələri haqqında maraqlı məruzələr oldu. Diaqnostika, fərqli yanaşma üsulları, cərrahi taktikalar, yeni müalicə imkanları barədə geniş müzakirələr aparıldı. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyədən, İtaliyadan, Almaniyadan mütəxəssislər qatılmışdı. Azərbaycanlı həkimlər də fəallıqlarına görə seçilirdi”.

Bu cür elmi tibbi konfransların əhəmiyyətini vurğulayan Dr. Günel Qəmbərova qeyd etdi ki, belə tədbirlərdə çıxış etmək qürur və məsuliyyətdir:

“Elm paylaşdıqca çoxalır. Beynəlxalq konfransa qatılmaq hər bir tibb işçisi üçün sərmayə kimidir. Bilik, nüfuz, yeni əlaqələrin qurulması və karyeranın inkişafı baxımından böyük imkanlar yaradır. Həmçinin elmi yeniliklər, ən son tədqiqatlar, yeni müalicə protokolları, klinik sınaqların nəticələri ilə birbaşa tanış olmaq fürsəti verir. Öyrəndiyimiz yenilikləri öz pasiyentlərimizə tətbiq etməklə daha yaxşı nəticələr əldə edə bilirik. Həmçinin bu cür nüfuzlu tibbi tədbirlərdə çıxış etmək akademik statusumuzu da yüksəldir. Bu isə həkim olaraq, həm  məsuliyyətimizi, həm də motivasiyamızı artırır”.

Onkoloq müsahibimiz konfransda üçlü neqativ süd vəzi xərçəngi haqqında məruzə etdiyini açıqladı:

“Bu süd vəzi xərçəngi aqressiv bir alt tip olmaqla bilinir. Müalicə taktikasında bir neçə xüsusi detal var. Xüsusən də daha gənc yaşda görünməsi ilə səciyyələnir. Daha aqressiv gedişata malik olduğu üçün çox incə nüanslara diqqət etmək zəruridir. Bu xəstələri müalicə edərkən, xərçəngin irsi faktora bağlılığı, immun müalicəyə uyğunluğu kimi məsələlər araşdırılmalıdır. Detallar dəqiqliklə diqqətə alındığı zaman uzun illər üzümüzü güldürən nəticələr əldə etmək mümkündür. Aktuallığını və əhəmiyyətini nəzərə alaraq, məruzə üçün bu mövzunu seçdim.

Çıxışım tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. “Ölkənizdə immun müalicə və genetik testlər mümkündürmü?”, “Xəstələrə ən son tibbi məlumatları verə bilirsinizmi?” kimi suallar çox verildi. Tək-tək bütün suallara aydınlıq gətirdik. Bir daha bu müsahibədə də vurğulamaq istəyirəm ki, Amerika və Avropada süd vəzi xərçəngindən əziyyət çəkən xəstələr necə müalicə olunursa, ölkəmizdəki xəstələr də eyni müalicəni alır. Doğrudur, sırf pasiyentlərin sosial təminatına bağlı olaraq, bir sıra hallarda müasir standartlara uyğun müalicə üsullarını təbiq edə bilmirik. Amma bu tibbi deyil, sosial məsələdir”.

Tədbirdə çıxış etmiş Dr. Günel Qəmbərova da məruzə mövzusu haqqında məlumat verdi:

“Azərbaycanda, eləcə də dünyada aktual olan mövzulardan biri-süni mayalanmaya qədər və süni mayalanmadan sonra “3 D tomosintez” mammoqrafiyasında rast gəlinən süd vəzi xərçəngi və biopsiyası haqqında çıxış etdim. Mövzu böyük marağa səbəb oldu, çox sual yönəldildi. Xüsusən də, məruzəmin real xəstə nümunələri üzərində qurulması tədbir iştirakçılarının diqqətini cəlb etdi. Hətta konfrans həmsədrləri bu mövzunun daha çox işıqlandırmağımızı tövsiyə etdilər. Çünki dünya ədəbiyyatında süni mayalanmanın xərçənglə birbaşa əlaqəsi yazılmasa da təcrübədə əksini gördüyümüz olur. Yeni və üzərində ciddi araşdırmalar aparılan mövzudur. Düşünürəm ki, yaxın gələcəkdə ədəbiyyatlara düşəcək mühüm nəticələr əldə olunacaq”.

Nəzərə alsaq ki, tibb gündən günə yenilənən bir sahədir, maraqlıdır Azərbaycan həkimləri sürətlə yenilənən dünya tibbini təqib edə bilirmi?

Onkoloq P. Rüstəmova sualımızı belə cavablandırdı:

“Süd vəzi xəstəliklərinin müalicəsində bir çox yenilik var. Xüsusən də, hədəfə yönəlik müalicə, immunoterapiya xərçəngə qarşı mübarizə gücümüzü artırır. Hazırda dünya statistikasında süd vəzi xərçəngi say olaraq I yerdə dayansa da,  ölüm səbəbi kimi ilk sırada deyil. Çox erkən mərhələdə aşkarlandığı zaman düzgün müalicə ilə 90 faiz tam sağalmaq mümkündür. Gecikmiş xəstələrin isə 5 il yaşamaq müddəti kifayət qədər yüksək rəqəmdir. Bütün bu uğurlu nəticələr tibbin əldə etdiyi yeniliklərlə bağlıdır. Odur ki, yenilikləri təqib etmək hər bir həkim üçün çox önəmlidir. Biz də azərbaycanlı doktorlar olaraq, tibbi yenilikləri addım-addım izləyir, öz xəstələrimizin müalicəsində tətbiq edirik. Elə beynəlxalq konfranslara qatılmağımızın bir səbəbi də məhz budur: təcrübə mübadiləsi, məlumat transferi, yenilikləri öyrənmək fürsəti”.

Görək, həkimlərimiz beynəlxalq konfranslara necə hazırlaşır? Mammoloq-radioloq Dr. Günel Qəmbərova hazırlıq mərhələsini də oxucularımızla bölüşdü:

“Əvvəla, onu qeyd edim ki, artıq beynəlxalq tibbi tədbirlərdə Azərbaycanı ölkə olaraq tanıyırlar. Çünki hər il onlarla azərbaycanlı həkim müxtəlif konfranslarda çıxış edir. Mən özüm də uzun illərdir yerli və xarici tədbirlərdə həm iştirakçı, həm də məruzəçi qismində qatılıram. Bizi xarici həmkarlarımız da tanıyır. Hətta bu son toplantıda konfrans sədri dedi ki, afərin  Azərbaycana! Azərbaycanlı həkimlər 2 sessiyanın öhdəsindən gəldilər. Bu, bizim üçün qürur idi!  O ki qaldı hazırlaşmağımıza, əlbəttə ki, ciddi hazırlaşırıq. Çünki, məruzələrimizin məzmunu yalnız xəstə nümunələrindən ibarət olmur. Bu mövzu ilə bağlı dünya ədəbiyyatında, tibbi dərgilərdə çap olunan məqalələri də bilmək, onlara istinad etmək lazımdır. Bir sözlə, ölkəmizi dünya miqyasında təmsil etmək çətin, amma qürurverici məqamdır”.

Qeyd: Maraqlananlar Dr. Qəmbərova ilə 050-751-27-47 mobil nömrəsi vasitəsi və “gunelqemberova” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər. 

Dr. Pərvanə Rüstəmovaya isə 055-753-35-99 mobil nömrəsi və  “onkoloq_pervane_rustemova” instaqram hesabı vasitəsilə müraciət edə bilərsiniz.

Könül CƏFƏRLİ







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri