Xəstə şəxs və onunla təmasda olan ailə üzvləri maska taxmalıdır Təyyar Eyvazovdan ÇAĞIRIŞ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qış aylarında respirator virus infeksiyalarının yayılması sürətlənir. Hazırda da bir çox insanlarda xəstəlik halları müşahidə olunur.
Bəs bu virusun yoluxuculuq müddəti nə qədərdir, ev şəraitində virus infeksiyasından necə qorunmalıyıq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-infeksionist Təyyar Eyvazov bildirdi ki, bu xəstəliklərdə yoluxuculuq müddəti adətən 3-5 gün, bəzi hallarda isə 7 günə qədər davam edir:
"Xüsusilə xəstəliyin ilk 2-3 günü ən yüksək yoluxduruculuq mərhələsi hesab olunur. Bu dövrdə virusun ətraf mühitə yayılması pik həddə çatır, sonrakı günlərdə isə yoluxma riski tədricən azalır".
Onun sözlərinə görə, yoluxuculuq müddəti virusun növündən və şəxsin immun sistemindən asılı olaraq dəyişə bilər:
"Məsələn, qrip və adenovirus infeksiyalarında bu göstəricilər fərqli olur. Xüsusilə uşaqlarda və immun sistemi zəif olan şəxslərdə virusun yayılma müddəti daha uzun, hətta bir neçə həftə davam edə bilər".
Həkim bildirdi ki, ev şəraitində də insanlar özlərini qorumalıdır.
"İnsan xəstəliyin əlamətləri başlamazdan 1-2 gün əvvəl artıq yoluxdurucu ola bilər. Buna görə də ailə daxilində ilk simptomlar görünən kimi diqqətli olmaq və xəstəni erkən mərhələdə müəyyən etmək vacibdir. Əlamətlər yaranan kimi xəstə digər ailə üzvlərindən təcrid olunmalıdır. Mümkünsə, ayrıca otaqda qalmalı, təması minimuma endirilməlidir. Xəstənin olduğu otaq mütəmadi havalandırılmalıdır. Bu, asqırma və öskürmə zamanı havaya buraxılan virus hissəciklərinin ev daxilində yayılmasının qarşısını alır. Xəstə şəxs və onunla təmasda olan ailə üzvləri maska taxmalıdır. Maska virusun havaya yayılma riskini xeyli azaldır. Xəstəyə qulluq edən şəxs mümkün qədər bir nəfər olmalı, istifadə olunan qab-qacaq və əşyalar ayrıca saxlanmalı, hər təmasdan sonra əllər dezinfeksiya edilməlidir", - deyə Təyyar Eyvazov əlavə etdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















