Icma.az
close
up
RU
Təsvirin tanınmasının analizi problemləri üzrə beynəlxalq təcrübə araşdırılır

Təsvirin tanınmasının analizi problemləri üzrə beynəlxalq təcrübə araşdırılır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin “Təsvirlərin tanınmasının analizi üzrə beynəlxalq təcrübə və yanaşmalar” mövzusuna həsr olunmuş növbəti seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Seminarda institutun baş mütəxəssisi Kəmalə Həşimova təsvirlərin tanınmasının süni intellekt və kompüter görməsi sahələrinin ən dinamik və sürətlə inkişaf edən istiqamətlərindən olduğunu bildirib.

Məruzəçi qeyd edib ki, təsvirin tanınması texnologiyaları insan, obyekt və məkanların avtomatik tanınması üçün geniş tətbiq olunur. K.Həşimova təsvirlərin tanınmasının tarixi inkişaf mərhələləri, kompüter görməsinin prinsipləri, bu istiqamətdə müasir yanaşmalar haqqında ətraflı məlumat verib. O, neyron şəbəkə modellərinin prinsipləri, üstünlükləri və real tətbiq nümunələri haqqında danışıb. Həmçinin təsvirin tanınmasında qarşıya çıxan əsas çətinlikləri – obyektin “örtülməsi”, miqyas və baxış bucağının dəyişməsi, siniflərarası variasiya kimi faktorları diqqətə çatdırıb.

K.Həşimova təsvirin tanınmasının dron texnologiyaları, avtonom nəqliyyat vasitələri, hərbi müşahidə, meşə təsərrüfatı və təhlükəsizlik kimi sahələrdə geniş tətbiq imkanlarına malik olduğunu qeyd edib. Məruzəçi dünyada bu texnologiyaları uğurla tətbiq edən aparıcı şirkətlərdən (“Google”, “Apple” və s.) bəhs edib. O, həmçinin təsvirin tanınması texnologiyalarının etik və sosial aspektlərinə toxunaraq bəzi ölkələrdə bu texnologiyaların vətəndaşların şəxsi məlumatlarının izlənməsi və hüquqlarının pozulması ilə nəticələnə biləcək risklər yaratdığını da qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri