Icma.az
close
up
RU
Xəstəlik yaradan yağlar: Nələrə diqqət etməliyik...

Xəstəlik yaradan yağlar: Nələrə diqqət etməliyik...

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Market rəflərində müxtəlif növ bitki və heyvan mənşəli yağlar geniş çeşiddə təqdim olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu yağların hamısı eyni dərəcədə sağlam deyil və bəzi növlərin həddindən artıq və ya keyfiyyətsiz formada istifadəsi orqanizmə ciddi zərər verə bilər.

Ən çox riskli sayılan yağlar arasında trans yağlar xüsusi yer tutur. Bu yağlar əsasən sənaye üsulu ilə istehsal olunur və marqarin, fast-food məhsulları, hazır şirniyyatlar və bəzi qızartma məhsullarında rast gəlinir. Həkimlərin sözlərinə görə, trans yağlar “pis xolesterin”i artıraraq ürək-damar xəstəlikləri riskini yüksəldir, damarların tutulmasına və piylənməyə səbəb ola bilər.

Digər təhlükəli amil isə təkrar-təkrar qızdırılan yağlardır. Xüsusilə iaşə obyektlərində eyni yağın dəfələrlə istifadə olunması zamanı kanserogen maddələrin yaranması mümkündür. Bu isə qaraciyər, mədə-bağırsaq sistemi və ümumi metabolizm üçün zərərli hesab edilir.

Mütəxəssislər həmçinin yüksək dərəcədə rafinə edilmiş bitki yağlarının da ehtiyatla istifadə olunmasını tövsiyə edir. Günəbaxan, soya və qarğıdalı yağları emal prosesində bəzi faydalı xüsusiyyətlərini itirə bilir və həddindən artıq istifadədə orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.

Marketlərdə geniş yayılan palma yağı da sağlamlıq baxımından müzakirə mövzusudur. Tərkibində yüksək miqdarda doymuş yağ olduğuna görə bu yağın çox istifadəsi xolesterinin artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb ola bilər.

Bundan əlavə, “zeytun yağı” adı altında satılan bəzi saxta və qarışıq məhsullar da istehlakçılar üçün risk yaradır. Bu cür məhsulların tərkibində ucuz bitki yağlarının qarışdırılması nəticəsində həm keyfiyyət, həm də qida dəyəri aşağı düşür.

Mütəxəssislər sağlam qidalanma üçün soyuq sıxım zeytun yağı, kətan yağı və avokado yağı kimi daha təbii və az emal olunmuş yağlara üstünlük verilməsini tövsiyə edirlər. Eyni zamanda vurğulanır ki, istənilən yağın həddindən artıq istifadəsi sağlamlığa mənfi təsir göstərə bilər.

Nigar, 

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 May 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri