Xəstəliyə yoluxmamaq üçün hovuzdan istifadə qaydası
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hovuzlardan istifadə edən vətəndaşlar öz sağlamlıqlarını qorumaq üçün bir sıra gigiyena qaydalarına əməl etməlidirlər.
Bu barədə Axar.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, vətəndaşlar hovuza daxil olmamışdan əvvəl duş qəbul etməlidirlər:
“Xəstəlik əlamətləri (dəri-zöhrəvi, yoluxucu və s.) olduqda hovuza girmək olmaz. Şəxsi dəsmal, baş örtüyü və rezin ayaqqabıdan istifadə edilməlidir, hovuzdan çıxdıqdan sonra yenidən duş qəbul etmək lazımdır. Bu qaydalara həm istifadəçilər, həm də obyekt rəhbərlərinin riayət etməsi vacibdir. Obyekt sahibləri hovuzlarda təmizlik və dezinfeksiya işlərini vaxtında həyata keçirməli, hovuz suyunda sərbəst qalıq xlorun ölçülməsi və digər tədbirlərin aparılmasını təmin etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 30 İyul 2026 02:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















