Icma.az
close
up
RU
Xəstəxanada yer yoxdur...

Xəstəxanada yer yoxdur...

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq xeyli vaxtdır ki, ölkəmizdə  kəskin respirator viruslar yayılıb.

Təbii ki, havanın qış mövsümünə uyğun olmayaraq mülayim keçməsi,  qarın yağmaması  və şaxtanın düşməməsi bu xəstəliyin  geniş yayılmasına münbit şərait yaradır. Bununla yanaşı, insanların sanitar- gigyenik qaydalara əməl etməməsi,metoda, avtobusda qoruyucu maskalar  vurmaması  istər- istəməz  virusun tüğyan etməsinə təkan verir.

Bunlar hamısı aydındır. Amma aydın olmayan odur ki, TƏBİB və  Səhiyyə Nazirliyi bildirir ki, epidemioloji şəraiti nəzarət edilir və xəstəlik- yeni qrip bir o qədər də təhlükəli deyil. Əgər bu, təhlükəli deyilsə, niyə  Yeni Klinikaya  təcili tibb yardım maşını ilə aparılan ağır xəstə  qəbul edilmir?! Və klinikadan deyilir ki, bizdə yer yoxdur.Eləcə də  digər xəstəxanalarda  da xəstələrə bu sözlər deyilir. Pandemiya  dövründə də belə idi:adamın, tanışın , pulu yox idisə, sən qəbul etmirdilər " yerimiz yoxdur"- deyirdilər.

O vaxt Yeni Klinikanın və Fövqəladə Hallar Nazirliyinin  Zığdakı  modul tipli xəstəxananın  baş  həkimini həbs etdilər. Və bir müddətdən sonra Yeni Klinikanın baş həkimi azadlığa çıxdı. Və bu gün də həmin klinikada heç nə dəyişməyib: köhnə hamam, köhnə tasdır". İndi də virusa yoluxanların sayı günbəgün artır. Bəs nə etməli? Əhali maarifləndirilməli və ölkədə epidemioloji şərait nəzarətdə saxlanılmalıdır. Deyilənlərə görə, Bakıda  reanimasiya şöbələrində yer  yoxdur.

Bu, nə dərəcədə həqiqətə uyğundur, onu aidiyyatı  qurumlar daha yaxşı bilər.  Ancaq  indiki durum onu göstərir ki, qrip virusunun  sürətlə yayılması çox təhlükəlidir.Təəssüf ki, buna xəstəxanalar və həkimlər tam hazır deyil. Və nə vaxta qədər ki, iki qurum- TƏBİB  və Səhiyyə Nazirliyi var, elə belə də olacaq!

Emil Faiqoğlu          

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Yanvar 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri